Axtarış
The search found 105733 results in 0.035 seconds.
Search results
“Müşfiq Məmmədov içməli suyu çəltik sahələrinə satdığı üçün susuzluqdan məhv oluruq” – UCAR SAKİNLƏRİ ETİRAZ EDİR / VİDEO, FOTOLAR
Ucar rayonunun Bərgüşad kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Biz, Ucar rayon Bərgüşad kəndinin aşağı hissəsinin sakinləri, susuzluqdan və yolsuzluqdan əziyyət çəkirik. Demək olar ki, özünü öldürmə həddindəyik. Ancaq Ucar rayon İcra Hakimiyyəti başçısı şikayətimizə baxmaq istəmir.
Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur. Buna görə çoxlu sayda ailənin, 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik.Muxalifet2 - 16-08-2021
Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Muxalifet2 - 17-08-2021
ŞƏHİD XUDAYARIN MEDALLARI AİLƏSİNƏ TƏQDİM OLUNDU - FOTOLAR
14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
DSX-dən verilən məlumata görə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Muxalifet2 - 17-08-2021
PREZİDENT KƏLBƏCƏR DÖYÜŞLƏRİNDƏN DANIŞDI - "Ermənistan ordusunu iflic vəziyyətə salmışdıq"
Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.
Muxalifet2 - 17-08-2021
AZƏRBAYCANDA BU QƏSƏBƏYƏ GİRİŞ-ÇIXIŞI BAĞLADILAR - Yoluxmaya görə
Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq
Muxalifet2 - 17-08-2021
"Müharibə başlasa, o ərazidə erməni qalmayacaq" - TOFİQ ZÜLFÜQAROV
"Layk qazanmaq üçün çalışırlar ki, qorxunc fikirlərlə zəngin iddialar səsləndirsinlər... İnsanları real olmayan, şou xarakterli ”təhlillərlə" aldatmaq olmaz"
Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq get-gedə artır. Bu narazılığın fonunda Azərbaycanda bəzi siyasi analitiklər və siyasətçilər iddia edirlər ki, əslində Rusiya Qarabağı ələ keçirir.
Muxalifet2 - 17-08-2021
ÖLÜMLƏ TƏHDİD OLUNAN GÖYGÖL SAKİNİNİN ŞİKAYƏTİNƏ BAXILMIR – Babək Əliyev: “Böyük və qorxunc cinayətə zəmin hazırlanır…”
Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əliyev Babək Ramiz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Muxalifet2 - 17-08-2021
İRANIN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ MƏKRLİ PLANI - Fars rejimi həm narkotiklə, həm də zərərli dini təbliğatla Azərbaycan gəncliyini məhv etməyə çalışır
İkinci Qarabağ savaşından sonra rəsmi Tehranın Azərbaycana qarşı münasibətində radikal dəyişikliklər müşahidə edilməkdədir. Buna, müharibə zamanı ermənilərə göstərilən hərbi dəstəyin yeni mərhələsi kimi də yanaşmaq olar. Söhbət ondan gedir ki, İran əvvəllər olduğu kimi, hələ də ölkəmizi məhv etməyə, dəyərlərimizi ayaqlar altına atmağa çalışır. Buna isə bütün mümkün variantlarla nail olmaq istəyir. Hətt gənclərimizi narkotik tərkibli dərmanlarla zəhərləmklə.
Muxalifet2 - 17-08-2021
“Bayden öz səhvini Trampa yükləməyə cəhd edir” - “Guardian”
“Guardian” nəşri ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı səhvini başqalarına yükləməyə çalışdığını yazıb.
“Report” xəbər verir ki, qəzet Əfqanıstan məsələsini Baydenin prezidentlik dövrünün böyük böhranı adlandırıb.
Bildirilib ki, ABŞ Prezidenti öz səhvi ilə üzləşməkdən uzaqdır.
“Bayden öz səhvini Əfqanıstan hökumətinə, sələfi Donald Trampa yükləməyə cəhd edir”, - deyə qeyd edilib.
Muxalifet2 - 17-08-2021
“HƏR GÜN MİNLƏRLƏ İNSANI BELƏ SOYURLAR…” – Avtomobillərin qeydiyyatı idarəsində rüşvət yığılmanın şok görüntüləri / VİDEO
Ucar rayonu, Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində açıq-aşkar bazar açılıb. Belə ki, rəis Cavanşir Vəliyev və onun müavini Yusif İsmayılov vətəndaşlara qiyməti özlərinin təyin etdiyi dəllalar vasitəsi ilə elan edib, pulları onların vasitəsi ilə alırlar.Muxalifet2 - 17-08-2021
FHN-dəki 1,4 milyonluq yeyintinin izi ilə... - SENSASİON FAKTLAR
İlahə Ağalarova: "Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov və Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadənin azğınlıqları artıq sərhəd tanımır"
Muxalifet2 - 17-08-2021
Azərbaycanda daha 3322 nəfər koronavirusa yoluxdu – 18 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. 27 813 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 17-08-2021
ERMƏNİSTAN SİLAHLILARI KƏLBƏCƏR VƏ GƏDƏBƏYİ ATƏŞƏ TUTUB - Rəsmi açıqlama
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Muxalifet2 - 18-08-2021
ELDAR HƏSƏNOVUN İŞİNDƏ 2 NAZİRLİK ZƏRƏRÇƏKƏN KİMİ TANINIB
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub.
“Report”un xəbərinə görə, iş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər.
Qeyd edək ki, Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Muxalifet2 - 18-08-2021
Pəncşir Şirinin oğlu taliblərlə mübarizə aparacaq - ATASININ MƏZARINA AND İÇDİ
Müəllif: Leonid Şvets
Kabilin praktik olaraq bir güllə də atılmadan süqutundan sonra taliblər hamını öz sülhpərvər niyyətlərinə inandırmağa davam edir. Bütün məmurlara amnistiya elan olunub, onlara işlərini davam etdirməyi təklif ediblər. Əslində dövlət öz orqanlarının fəaliyyətinin heç olmasa cüzi əlamətlərini nümayiş etdirməsə, yeni hakimiyyətdən danışmağa dəyməz.
Muxalifet2 - 18-08-2021
Azərbaycanda "QHT-lər haqqında" və “Qrant haqqında“ qanunlar dəyişir
Azərbaycanda QHT qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanır.
"Report"un əldə etdiyi məlumata görə, dəyişikliklər “Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və “Qrant haqqında “ qanunları əhatə edəcək.
Həmin qanunlara bir neçə vacib istiqamətdə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Muxalifet2 - 18-08-2021
“Taliblər” geyiminə görə qadını qətlə yetirib - ABŞ MEDİASINDAN İDDİA
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər yayılıb.
Belə bir iddia ilə ABŞ-ın “FOX News” telekanalı çıxış edib.
Bildirilib ki, Əfqanıstanın Taxar vilayətində bir qadın şəriət qaydalarına uyğun geyinmədiyinə görə “Taliban” qruplaşmasının üzvləri tərəfindən öldürülüb.
Qeyd edək ki, dünən “Taliban”ın sözçüsü Süheyl Şahin qadınların işləməsi və oxuması barədə müsbət mesajlar vermişdi.
Muxalifet2 - 18-08-2021
ƏFQANISTANDAKI QALİBLƏR VƏ MƏĞLUBLAR - “Çin, Pakistan və İran uduşdadır, Ankara və Moskva isə...”
Məlum hadisələrdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etdi, vitse-prezident Əmrulla Saleh də ölkədən qaçdı. Əfqanıstandan qaçanlar içərisində keçmiş “ulduzlar”, 1990-cı illərin sönmüş əfsanələri Əbdül Rəşid Dustum və Əttah Məhəmməd Nur da var.
Xalq müqavimətinin lideri və “Herat aslanı” kimi tanınan Məhəmməd İsmayıl Xan isə öz şəxsi mühafizəçiləri tərəfindən taliblərə təhvil verilib və sonradan “Taliban” yaraqlılarını dəstəklədiyi barədə bəyanat yayıb.
Muxalifet2 - 18-08-2021
Azərbaycanla sərhəddə 3 erməni əsgərin meyiti tapıldı
Ermənistan ordusunun ölkənin cənub-şərq istiqamətindəki mövqelərindən birində odlu silahdan açılmış atəşlə öldürülmüş 3 erməni əsgərinin meyiti tapılıb.
Erməni KİV-ləri xəbər verir ki, meyitlər bu gün avqustun 19-na keçən gecə saat 02.15-də aşkarlanıb. Bunlar sıravi əsgərlər Murad Muradyan (2002), Levon Arutyunyan (2002) və Qor Saakyandır (2002). Baş verənlərin təfərrüatı aydınlaşdırılır. KİV-lər bildirir ki, hadisə Zəngəzurun Kornidzor kəndi ətrafında (Laçın rayonu ilə həmsərhəd ərazi) baş verib./Virtualaz.orgMuxalifet2 - 19-08-2021
“Heç kim gözləmirdi ki, 300 minlik əfqan ordusu 11 günə buxarlanacaq...” - PREZİDENT BAYDEN VƏ GENERAL MİLLİ BAŞ VERƏNLƏRİ İZAH ETMƏYƏ ÇALIŞIR
ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Əfqanıstanda hökumətin ildırım sürəti ilə çöküşünü və “Taliban”ın ölkəyə nəzarəti ələ almasını əvvəlcədən görməyin mümkün olmadığını deyib. Bayden ABŞ kəşfiyyatının da hadisələrin bu cür sürətlə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini vurğulayıb.
Muxalifet2 - 19-08-2021