Axtarış
The search found 105733 results in 0.043 seconds.
Search results
Paşinyan Xankəndiyə kimləri göndərir? - Qarabağ separatçıları 2 sentyabra hazırlaşır
Qarabağda məskunlaşan ermənilər sentyabrın 2-də separatçıların “müstəqilliyinin” elan edilməsinin 30 illiyilə bağlı "tədbirə" hazırlaşırlar.
Belə ki, separatçılar Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndiyə gəlməsini təmin etmək üçün canfəşanlıq edirlər.
Bu məsələyə toxunan "Hraparak" qəzeti yazır ki, Ermənistanın yüksək vəzifəli şəxsləri Xankəndiyə getmək istəmir, hazırda buna həvəs göstərmirlər.
Muxalifet2 - 31-08-2021
Alim Qasımovun evindən oğurlanan pul və qızıllar İsmayıllıda tapılıb
Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamov cinayətin işi üzrə məhkəmə prosesi keçirilib. İclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Hüseynovun sədrliyi ilə baxılıb.
Prosesdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verib. O bildirib ki, Elnur Mövlamovu əməliyyat-axtarış tədbirləri nəticəsində tutublar.
Mövlamov polisin dediklərinə irad bildirib.
Muxalifet2 - 31-08-2021
“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb
“Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.
Muxalifet2 - 31-08-2021
Bakıda koronavirus xəstələri metroya daxil olmağa cəhd etdilər - VİDEO
Koronavirus pandemiyası ilə əlaqədar, ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.
Muxalifet2 - 31-08-2021
“MALİYYƏ MƏSƏLƏLƏRİNƏ ŞƏXSƏN ÖZÜ BAXIRDI, TENDERLƏR KEÇİRİLMİRDİ...” - İstintaqda Əli Həsənovun və oğlunun əleyhinə xeyli ifadələr toplanıb
Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində 20 milyon manata yaxın yeyinti ilə bağlı cinayət işində prezidentin sabiq köməkçisi Əli Həsənov və ailə üzvlərinin də adı hallanır. İş materiallarında xüsusən Həsənov və oğlunun əleyhinə xeyli ifadələr var. Təsadüfi deyil ki, məhkəmə prosesi başlayan kimi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi məsələsi qaldırıldı.
Muxalifet2 - 31-08-2021
Yol polisi gizli radar quraşdırır? - DİN-dən REAKSİYA / VİDEO
Maştağa yolunda hasara gizli qoyulan sayğac qutusuna radar yerləşdirildiyi iddia edilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yol polisi tərəfindən gizli şəkildə heç bir kamera qoyulmayıb:
Muxalifet2 - 31-08-2021
“İran Ermənistana daha çox dəstək verməyə çalışır” – NATİQ CƏFƏRLİ
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli ilə Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaqdan boyun qaçırması, Rusiya, Fransa və İranın sülh sazişinə qarşı atdıqları addımlar, Ermənistanın sərhəddə törətdiyi təxribatlar, Kremlin İrəvanı növbəti müharibəyə hazırlamaq üçün gördüyü tədbirlər, Zəngəzur dəhlizinin açılma ehtimalı, Fransa prezidenti Emmanuel Makronun Minsk Qrupu formatını canlandırma cəhdi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
Muxalifet2 - 31-08-2021
“AZƏRBAYCAN NAXÇIVANLA NƏQLİYYAT ƏLAQƏSİ ƏLDƏ ETMƏLİDİR” – Paşinyan prioritetlərini açıqlayıb
"Regionda kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır".
Bunu Baş nazir Nikol Paşinyan parlamentə hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramını təqdim edərkən deyib. O qeyd edib ki, bu proses Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi və həyati maraqları hesabına başa gəlməməlidir.
Muxalifet2 - 31-08-2021
"YA TƏSLİM OLUN, YA DA ÖLÜN!" - “Taliban” “Qərb”lə işləyənlərə məktub göndərir
ABŞ-ın son əsgəri də Kabili tərk edəndən sonra Əfqanıstanda yeni dövr rəsmi olaraq sona çatdı.
20 ildən sonra Əfqanıstanda hakimiyyətə sahib olan “Taliban” ölkənin çox hissəsinə nəzarəti ələ keçirib.
Onlar bu 20 illik müddətdə “Qərb”lə işləyənlərin qapılarına məktublar asır.
Taliblər “səlibçilərin işçiləri” kimi xarakterizə etdikləri insanlara “Ya təslim olun, ya da ölün” kimi məktub göndərir.
Sözügedən məktubda bu şəxslərin “Taliban” məhkəmələrinə təslim olmaları haqqında əmr də var.
Muxalifet2 - 1-09-2021
Azərbaycanda məktəblilərin COVID-19 testi verməsi təklif olundu - YENİ ÜSULLA
"Hələ pandemiyanın dünyada başladığı ilk aylardan bəlli idi ki, uşaqlar SARS-CoV-2 virusunun yayılmasında çox böyük rol oynayırlar. Belə ki, onların əksəriyyəti xəstəliyi yüngül və ya bəzən simptomsuz formada keçirsələr də virusu böyüklər qədər yaya bilirlər, bu da öz növbəsində viruslu uşağın xəstəliyə yoluxduğunu bilmədən normal gündəlik həyatına davam etməsi halında çoxlu sayda insanın yoluxması deməkdir. Məhz bu səbəbdən də bütün dünyada məktəblərdə tədris sisteminin müvəqqəti və ya illik olaraq distant təhsilə keçməsi vacib idi.
Muxalifet2 - 1-09-2021
ERMƏNİLƏR ZƏNGƏZURDAN QAÇIR - Bir neçə aya 700 nəfər ərazini tərk edib
Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.
Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.
Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.
Muxalifet2 - 1-09-2021
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 41 NƏFƏR ÖLDÜ - Rəsmi açıqlama
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.
Muxalifet2 - 1-09-2021
KOMİTƏ SƏDRİ MƏHKƏMƏDƏ İFADƏ VERDİ - Rövşən Əkbərov Nazim İbrahimovu təhqir etdi
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Hüseynov və şahidlər ifadə verib.
Muxalifet2 - 1-09-2021
HƏBSDƏKİ GENERALIN OĞLU VƏKİLƏ HÜCUM ETDİ - Vəkil müraciət yaydı
Həbsdə olan general Rövşən Əkbərovun oğlu Telman Əkbərov vəkil Elçin Sadıqova hucum edib. Telman Əkbərovun qarşısını digər şəxslər alıb.
Bu barədə vəkil özü sosial şəbəkədəki hesabında məlumat verib.
Hadisə Rövşən Əkbərovun cinayət işi üzrə prosesin keçirildiyi Bakı Hərbi Məhkəməsinin inzibati binasında baş verib.
Bununla bağlı vəkil Elçin Sadıqov Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Muxalifet2 - 1-09-2021
"BUNUN HESABINI MÜTLƏQ VERƏCƏKSİNİZ!" - Tanınmış həkimdən səhiyyə sistemindəki vəzifəlilərə etiraz
"Yoluxma və ölüm sayının artması birbaşa yuxarı ranq tibb məmurlarının vicdanındadır. Onların acgözlüyü, yarıtmazlığı, səriştəsizliyi, korrupsionerliyi səbəbindən xalq və tibb işçiləri əzab çəkir!"
Muxalifet.az xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib.
Muxalifet2 - 2-09-2021
ABŞ başqa ölkələrdə inqilab projelərindən imtina edir? - POLİTOLOQDAN ŞƏRH
Co Bayden ölkələrin güc yolu ilə yenidən qurulması siyasətindən imtina edildiyini açıqladı
Prezident Co Bayden deyib ki, ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə digər ölkələrin güc yolu ilə yenidən qurulması cəhdləri dövrünün üzərindən xətt çəkilmiş oldu. Sitat: “Əfqanıstanla bağlı qərar təkcə Əfqanıstanla əlaqədar deyil. Qərar həm də digər ölkələrin yenidən qurulmasına yönəlmiş böyük hərbi əməliyyatlar dövrünün başa çatması ilə bağlıdır”.
Muxalifet2 - 2-09-2021
DƏHŞƏTLİ STATİSTİKA! – 8 ayda vaksindən ölənlərin sayı 18 ayda COVİD-19 nəticəsində dünyasını dəyişənlərin sayını üstələdi
İngiltərədəki rəsmi rəqəmlərə görə, Covid-19 vaksinlərindən ölənlərin sayı virusdan ölənlərin sayından dəfələlər daha çoxdur
Qafqaz.media xəbər verir ki, İngiltərə İctimai Səhiyyə Xidməti idarəsinin və hökumətin rəsmi göstəricilərinə ğörə, son 8 ayda Covid-19 peyvəndi səbəbilə dünyasını dəyişənlərin sayı 18 ayda Covid-19 infeksiyasından ölən insanlardan daha çoxdur.Muxalifet2 - 2-09-2021
ƏLİ HƏSƏNOVUN “TROL BİZNESİ”... - Vüqar Səfərli keçmiş şefinin çirkli əməllərini ifşa edir
Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF–nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib.
Həmçinin əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.
Muxalifet2 - 2-09-2021
NAZİR DƏYİŞDİ, AMMA “TENDER SİYASƏTİ” DƏYİŞMƏDİ... - Mədəniyyət Nazirliyi həm müasir avadanlıqları, həm də odunu eyni şirkətdən necə alır?
“Stone Construction” nazirliyin “favoritinə” çevrilib
Əbülfəs Qarayevin müavini də daxil olmaqla, başının dəstəsi həbs olunanda, həmin adamlara qarşı irəli sürülən ittihamların əsas hissəsi Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və yeyinti faktları ilə əlaqədar idi.
Muxalifet2 - 2-09-2021
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 45 NƏFƏR ÖLDÜ - Rəsmi açıqlama
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53298 nəfərdir.Muxalifet2 - 2-09-2021