Axtarış

The search found 105733 results in 0.144 seconds.

Search results

  1. “Yağış duası”ına çıxan Xankəndi sakinləri - ÜÇ HƏFTƏDİR SU YOXDUR: ÇIXIŞ YOLU AZƏRBAYCANA REİNTEQRASİYADIR

    Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki Xankəndi şəhərində artıq üç həftədən çoxdur ki, su yoxdur və oyuncaq rejimin nümayəndələri problemin aradan qaldırılması üçün intensiv yağışların yağmasını gözlədiklərini deyir. Rusiya sülhməramlı kontingentinin Xankəndi sakinləri üçün ara-sıra 10 tonluq maşınlarla çatdırdıqları su isə çıxış yolu deyil-hər dəfə rusların “vodovoz”u gələndə bu sudan uzağı hərəyə bir-iki vedrə düşür.

    Muxalifet2 - 29-08-2021

  2. Ermənistan Rusiyadan “Orion” döyüş PUA-ları, S-400 və “Pantsir”lər almaq istəyir

    Bu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən  yeni məhsullarının nümayiş olunduğu “Armiya-2021” satış-sərgisi də keçirilir.

    Muxalifet2 - 29-08-2021

  3. KARQO FİRMASININ FIRILDAQÇILIĞI... - Və ya "Koli.Az"ın "Sehrli Ay"ı

    Bir neçə həftə öncə Koli.az deyə bir karqo şirkətinin reklamına rastladıq. Təklif olunan qiymətlər yetərincə münasib idi, xüsusən də ABŞ tarifi. Və bir çox tanışlarla birlikdə xidmətdən istifadə etməyə qərar verdik. Etməz olaydıq... Yaşadığımız gülünc hadisələr seriyasını danışmağa vaxt və həvəs yoxdur, sadəcə 1-2-sini sadalayacağam.
     

    Muxalifet2 - 29-08-2021

  4. ​Paşa Talıblı: "Yerim bu dünyada qəm içi yenə"

    Çağdaş şeirin, müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı hələ keçən əsrin sonlarından, bir az da daha dəqiq desək 80-ci illərdən sənətə gəlmiş, mətbuat səhifələrində görünmüşdür...
    Uzun illərdir ki, Rusiyanın Volqoqrad şəhərində yaşayır. Bədii yaradıcılıq nümunələri müntəzəm olaraq ölkə mətbuatında oxuculara çatdırılır...
     
     
    ***
    Gecənin əli yox, ayağı yoxdu...
    Canıma yapışmış yosundu gecə.

    Muxalifet2 - 28-08-2021

  5. Əli Həsənovun “40 pilləkən”i kafeyə çevirməsi... – PREZİDENTİN SABİQ KÖMƏKÇİSİNİN ÖZBAŞINALIĞI NİYƏ ARAŞDIRILMIR?

    25 ilə yaxın müddətdə Azərbaycan Respublikası  Prezident Administrasiyasının ictimai – siyasi şöbəsinin müdiri kimi dövlətin başlıca postlarından birini tutan Əli Həsənovun gerçəkdə postundan,  görəvindən şəxsi məqsədilə, qohum – qardaşlarının adına gəlir əldə etməkdən yana yararlanması toplumdan gizlin deyildi. Bir neçə il prezident köməkçisi görəvini də daşıyan keçmiş məmur heç özü də bunu gizlətmir,  qohumlarının biznesi ilə “şərəf duyduğunu” açıqlayırdı. Elə indi “qoz kimi” ədası ritorikası ilə!

    Muxalifet2 - 29-08-2021

  6. Из огня в полымя: Байден теперь занялся Ираном - ПО ГОРЯЧИМ СЛЕДАМ

    Помимо дипломатического подхода к решению иранского ядерного вопроса у США есть и другие инструменты. Об этом заявил президент Соединенных Штатов Джозеф Байден на переговорах с премьер-министром Израиля Нафтали Беннетом.

    Muxalifet2 - 29-08-2021

  7. “İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ KÜTLƏVİ MƏZARLIQLAR TAPILIB” - XİN başçısının müavini

    “İşğaldan azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb. Oradakı meyitlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır”.

    Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

    Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir.

    Muxalifet2 - 30-08-2021

  8. “Bütün ölkələrlə siyasi münasibətlərimizin olmasını istəyirik” - “Taliban” rəsmisi / VİDEO

    “İnşallah, Kabilin beynəlxalq hava limanına böyük təhlükə yoxdur. Biz hava limanının təhlükəsizliyini təmin edəndən, ABŞ-ın hərbi qüvvələri buranı tərk edəndən, aeroportda və onun ətrafında olan qarışıqlıq aradan qaldırılandan sonra rəsmilərimiz təhlükəsizliyi təmin edəcək, buna diqqət ayıracaq. Biz insanların Kabildə təhlükəsizliyi barədə məlumatlıyıq və hava limanının təhlükəsizliyi üçün heç bir problem olmayacaq”.

    “Baku TV” xəbər verir ki, bu sözləri “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid deyib.

    Muxalifet2 - 30-08-2021

  9. Ermənistanın şimalını Gürcüstanla birləşdirən avtomobil yolu da Azərbaycana veriləcək - ŞOK İDDİA

    Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin təhlükələrindən söz açıb.

    Erməni mətbuatı xəbər verir ki,  Abovyan son prosesləri belə şərh edib:

    1. Ermənistan Zəngəzurda delimitasiyanın birinci mərhələsini ört-basdır etdi.  Artıq Zəngəzurun bir hissəsi rəsmi olaraq Azərbaycan ərazisi hesab edilir. Söhbət dövlətlərarası Gorus-Qafan yolundan gedir. Bu ərazilər SSRİ xəritələrinə əsaslanaraq Azərbaycan torpaqları kimi təqdim edilir.

    Muxalifet2 - 30-08-2021

  10. “AZƏRBAYCAN HƏRBÇİLƏRİ TƏSLİM OLMAQ ÜÇÜN 20 DƏQİQƏ VAXT VERDİ...” - Hadrut ətrafında ələ keçən erməni silahlılarının komandiri məhkəmə qarşısında

    Ötən ilin dekabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndlərinə sızıb orada mövqe tutmuş bir qrup erməni hərbçisinin komandiri Arsen Kazaryan Ermənistanda mühakimə olunur.

    Muxalifet2 - 30-08-2021

  11. 9 MİN MANATA 3 OTAQLI EV ALMAQ İSTƏYƏNLƏRİ ALDADIB... - Sosial şəbəkələrdən məşhurlaşan məktəb direktoru bu dəfə dələduzluqda ittiham olunur

    Sosial şəbəkələrdə paylaşdığı video ilə gündəm olan xanım məktəb direktoru bu dəfə dələduzluğa görə hakim qarşısına çıxarılır.  Söhbət Binəqədi rayonunda müvəqqəti yerləşən 23 saylı Kəlbəcər rayon məktəbinin direktoru olmuş Şükürova Həqiqət Əvəz qızından gedir.

    H.Şükürova şəxsi avtomobilində musiqi sədaları altında çəkdiyi və sosial şəbəkələrdə paylaşılan videosu ilə məşhurlaşmışdı. Sonra isə dələduzluqda təqsirli bilinərək məhkəmə qərarı ilə direktor vəzifəsindən azad edilmişdi.

    Muxalifet2 - 30-08-2021

  12. 2 milyard dollarla xaricə qaçan kriptodələduza görə manekenlər cavab verməli olacaq - “THODEX” ŞİRKƏTİNİN AZƏRBAYCANDA DA FƏALİYYƏTİ OLUB...

    Türkiyədə “Thodex” adlı kriptovalyuta birjasının qurucusu, yüz minlərlə adamı aldadaraq 2 milyard dollarla xaricə qaçan Faruk Fatih Özerin aylardır izi-tozu bilinmir. İndi zərərçəkənlərin vəkili “Thodex” şirkətini reklam edən məşhur manekenlər haqda prokurorluğa şikayət verib. Şikayətdə göstərilir ki, həmin manekenlər Faruk Fatih Özerlə əlbirdir və ələ keçirilən pulların bir hissəsi onların hesabına ötürülə bilər.

    Muxalifet2 - 30-08-2021

  13. Kəmaləddin Heydərovun işçisi həbs olundu - DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı Bərdə Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə rayon prokurorluğundan məlumat verilib.

    Muxalifet2 - 30-08-2021

  14. AZƏRBAYCANDA NARKOTİK ALVERÇİLƏRİNƏ QARŞI NÖVBƏTİ ƏMƏLİYYAT.. - 9 nəfər həbs olundu

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 30-08-2021

  15. Əhməd Məsud: “Taliban” inklüziv hökumət qurarsa, dayanmağa hazıram

    Əfqanıstan müqavimət ordusunun lideri Əhməd Məsud, "Taliban" ın inklüziv hökumət (bütün vətəndaşlar üçün bir hökumət - red.) quracağı və ölkədə vətəndaş hüquqlarına hörmət ediləcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib. Bu barədə RİA Novosti yazır.

    "Taliban iqtidarı hər kəslə bölüşmək, Əfqanıstanda ədalət mühütü qurmaq və hər kəsə bərabərlik və azadlıq bəxş etmək niyyətindədirsə, geri çəkilib siyasəti tərk edəcəm", - o bəyan edib.

    Muxalifet2 - 31-08-2021

  16. Pentaqon Əfqanıstanı tərk edən sonuncu ABŞ hərbçisinin fotosunu yaydı - O, GENERAL-LEYTENANT KRİS DONAHYUDUR...

    ABŞ Əfqanıstanı tərk edən sonuncu hərbçisinin fotosunu yayıb. Pentaqonun rəsmi Tvitter hesabında dərc edilmiş və infraqırmızı kamera ilə çəkilmiş fotoda general-leytenant Kris Donahyu əks olunub. O, ABŞ ordusunun 18-ci hava-desant korpusunun komandanıdır. Fotoya əsasən general əlində avtomat ABŞ Hərbi Hava Qüvvələrinin C-17 nəqliyyat təyyarəsinin göyərtəsinə qalxır. Onun təyyarəyə minməsindən sonra ABŞ Əfqanıstandan qoşunlarının çıxarılmasının başa çatdığını rəsmən elan edib.

    Muxalifet2 - 31-08-2021

  17. RUSİYANIN “QƏRB” KOD ADLI HƏDƏ-QORXUSU - “Xüsusilə Ukrayna və Latviya narahatdır”

    Rusiyanın hər il keçirdiyi “Qərb” kod adlı mühüm hərbi təlimlərdən biri bu ilin sentyabrında baş tutacaq. Bu təlim Avropa Birliyi və NATO ölkələrinin sərhədləri yaxınlığında keçiriləcək və bir həftəyə kimi davam edəcək.

    Finlandiyanın “Xarici Siyasət İnstitutu”nun tədqiqatçısı Yuri Lavikaynen deyir ki, Rusiya və Belarusun müştərək hərbi təlimləri NATO ilə siyasi münaqişə modeli əsasında aparılacaq. Ssenariləşdirilmiş həmin modelə görə, nüvə silahından da istifadə olunacaq münaqişə tədricən iri miqyaslı müharibəyə çevriləcək.

    Muxalifet2 - 31-08-2021

  18. BAŞ KƏSMƏK, İNTİHAR HÜCUMLARI, NARKOTİK VƏ S... - Ağlını itirmiş qəssablar Vəziristan dağlarından endilər

    Dinc sakinlərin qəddarlıqla qətlə yetirilməsi, təxribatlar, narkotiklər və silah qaçaqmalçılığı – bütün bunlar döyüşçüləri hazırda Əfqanıstanda özlərini “dünya cihadının əsl bayraqdarları” adlandıran “İslam Dövləti-Xorasan” qruplaşmasının əsl simasıdır.

    Muxalifet2 - 31-08-2021

  19. Ukrayna prezidenti Baydenin dəvəti ilə ABŞ-a getdi - MÜHÜM DANIŞIQLAR OLACAQ

    Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena ABŞ prezidenti Cozef Baydenin rəsmi dəvəti ilə bu ölkəyə səfərə gedib. Bu haqda Ukrayna prezidentinin mətbuat xidməti bildirir.

    Proqrama əsasən sabah sentyabrın 1-də iki ölkə liderləri təkbətək və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Zelenski habelə ABŞ-ın bir sıra nazirliklərinin və strukturlarının rəhbərləri ilə görüşəcək. Gözlənilir ki, danışıqların nəticəsi olaraq bir sıra vacib sənədlər imzalanacaq.

    Muxalifet2 - 31-08-2021

  20. Azərbaycanda sabahdan bu məhdudiyyətlər qüvvəyə minir - RƏSMİ

    Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

    Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

    Sabahdan COVID-19 pasportu olmayanlar üçün məhduddiyyətlər qüvvəyə minəcək.

    Muxalifet2 - 31-08-2021

Pages