Axtarış
The search found 105733 results in 0.092 seconds.
Search results
“PULLAR ŞƏXSƏN ƏBÜLFƏS QARAYEVƏ VERİLİRDİ!” – Nazir müavininin istintaqa sensasiyalı ifadəsi
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov son söz dedi və məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edildi.
Muxalifet2 - 26-08-2021
Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edib - Müdafiə Nazirliyindən açıqlama
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.
Muxalifet2 - 26-08-2021
Sement monopolistinə qarşı iş qaldırıldı
Bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Muxalifet2 - 26-08-2021
“MEHRİBAN DOLANIRDILAR, TƏSADÜF NƏTİCƏSİNDƏ FACİƏ BAŞ VERİB…” - Arvadını öldürən hakimin qaynatası və qaynanası onu bağışlayır
Sabunçu rayon məhkəməsinin keçmiş hakimi, həyat yoldaşını odlu silahdan atəş açaraq öldürməkdə təqsirləndirilən Fəqan Əhmədov cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə əvvəlcə jurnalistləri buraxmaq istəməyiblər, daha sonra qərar dəyişib və prosesin başlamasına təxminən yarım saat qalmış KİV nümayəndələrinin zala daxil olmasına icazə verilib.
Muxalifet2 - 26-08-2021
İRƏVAN GORUS-QAFAN YOLUNUN AÇILMASINA NAİL OLA BİLMƏDİ - Danışıqlar nəticəsiz bitdi / FOTOLAR
Ermənistan tərəfi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqların dünən gecə yekunlaşdığını bildirib.
Qafan şəhərinin meri Gevorg Parsyanın sözlərinə görə, yol hələ açılmayıb. Rusiya sərhəd qüvvələrinin Azərbaycan tərəfi ilə apardığı danışıqlar nəticəsiz bitib.
Ermənistan üçün həyati əhəmiyyətli yolun açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.
Muxalifet2 - 27-08-2021
SAXTA PEYVƏND BƏLLİ OLACAQ - Azərbaycanda yeni sistem tətbiq olundu
COVID-19 pasportunun xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın ölkəyə daxil olması üçün yetərli olmadığı məlum olub. Pasportla yanaşı koronavirus testinin neqativ nəticələri ilə bağlı sənəd də ölkəmizə səfər üçün əsas vermir.
Hava Limanında bu iki sənəddən əlavə immun testindən keçmək də tələb olunur.
Qeyd edək ki, xaricdən qayıdan vətəndaşlarımız dünyanın digər ölkələrinin hava limanlarında bu cür durumla üzləşmədiklərini bildiriblər.
Muxalifet2 - 27-08-2021
"YOLUXANLARIN SAYI RƏSMİ RƏQƏMLƏRDƏN 5 DƏFƏ ÇOXDUR" - Həkimlərdən qorxudan açıqlamalar
"6-8 ay öncə sadəcə peyvənd alanlarda “Delta” variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur"
“Ya hamı xəstələnməlidir ki, virusdan birdəfəlik qurtulaq, ya da...”
Muxalifet2 - 27-08-2021
Eldar Həsənovun məhkəməsi təxirə salındı - YENİLƏNDİ
Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.
"Report" xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutmalı idi.
Növbəti iclas sentyabrın 3-ə təyin olunub.
***
Muxalifet2 - 27-08-2021
ERMƏNİ TƏRƏFİ TƏXRİBATLARININ CƏZASINI ÇƏKİR - Azərbaycan sərhədçisinə hücumun ardınca Ermənistanın İranla əlaqəsi kəsilib
İki gün əvvəl, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb. Belə ki, iki gündür Ermənistan rəhbərləri bu barədə danışırlar, yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyini deyirlər. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.
Muxalifet2 - 27-08-2021
ERMƏNİ SİLAHLILARI TOVUZU YENİDƏN ATƏŞƏ TUTUB - Rəsmi açıqlama
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Muxalifet2 - 27-08-2021
“Zəngəzur kəndlərinin bütün ümidi rus sərhədçilərindədir” - "Hraparak" qəzeti
“Qərbi Zəngəzur valisi Melikset Poqosyan və bölgənin təhlükəsiz olduğunu, torpağın düşmənə verilmədiyini qürurla bəyan edən millət vəkilləri haradadır? Niyə burada deyillər və blokadada olan sakinləri dəstəkləmirlər?”
Bu fikilər erməni nəşri “Hraparak”da dərc olunub.
Qəzet vurğulayır ki, liderlərinin başçılıq etdiyi Mülki Müqavilə nümayəndələri populist açıqlamalar verərək günahı birincilərə ötürsələr də, Qərbi Zəngəzur kəndləri yalnız Rusiya sərhədçilərinə güvənə bilər.
Muxalifet2 - 27-08-2021
Zakir Fərəcovun 2,3 milyonluq yaşıllaşdırması: “Arsenal-M” MMC kimindir?
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub.
Müsabiqənin qalibi “Arsenal-M” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 287 566 AZN-dir.
Muxalifet2 - 27-08-2021
Rəsmi Bakı əsgərimiz yaralayan ermənilərin verilməsini tələb edir
Azərbaycan vilayətlərarası və dövlətlərarası əhəmiyyətli Qorus-Qafan yolunun (yol İranla sərhədə doğru aparır) açılması ilə bağlı erməni tərəfilə danışıqlar aparmaqdan imtina edib.
"Sputnik Armeniya” xəbər verir ki, azərbaycanlılar Rusiya hərbçiləri ilə əlaqə saxlayırlar.
Agentlik qeyd edir ki, Bakının Sünik vilayətində Qorus-Kapan yolunun hissələrinin açılması ilə bağlı erməni tərəfilə danışıqlardan imtina etməsi Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin yaralanması ilə əlaqədar irəli sürülən tələblərlə bağlıdır.
Muxalifet2 - 27-08-2021
KORONAVİRUSUN YENİ SİMPTOMLARI... - Rusiyalı infeksionist açıqlayıb
"Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir".
Bu barədə rusiyalı infeksionist Oksana Staneviç məlumat verib.
İndi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.
Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.
Muxalifet2 - 29-08-2021
"HƏR KƏS ONUN ƏKBƏROV TƏRƏFİNDƏN ÖLDÜRÜLDÜYÜNÜ DEYİRDİ" - Generalın məhkəməsində şahidlər danışdı
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı Bakı Hərbi Məhkəməsində davam edir. Virtualaz.org xatırladır ki, general ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib. Elə istintaq dövründə də susmağa üstünlük verib.
Muxalifet2 - 29-08-2021
AZƏRBAYCANDA XÜSUSİ KARANTİN REJİMİ UZADILDI - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.
Muxalifet2 - 28-08-2021
"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək oldu - FOTOLAR
“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirdiyi "YAŞAT" düşərgəsinə dəstək oldu. Uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər və qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, konsultasiyalar və konsert proqramı keçirilib. İştirakçılara “Nar” tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Muxalifet2 - 27-08-2021
Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - "Əvvəlki ildə alınan formaları geyinə bilərlər..."
Muxalifet2 - 28-08-2021
Azərbaycanda jurnalist koronavirusdan vəfat edib
Azərbaycanda jurnalist koronavirusdan vəfat edib.
Femida.az saytının 32 yaşlı əməkdaşı Oğuz Altay bu gün dünyasını dəyişib. Bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, O.Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.
Allah rəhmət eləsin!
Muxalifet2 - 28-08-2021
“Azərbaycanın bu yolu bağlaması Rusiya üçün gözlənilməz idi” - ELXAN ŞAHİNOĞLU
“Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə günlərində Rusiya Prezidenti Vladimir Putinə az qala hər gün zəng edir, Azərbaycanı dayandırmaq üçün ona yalvarırdı. İndi isə tərsinə, Putin Paşinyana zəng edib sərhəddəki vəziyyəti onunla müzakirə edib”.
Bunu politoloq Elxan Şahinoğlu Gorus-Qafan yolunda baş verən hadisələrə Rusiya və Ermənistanın reaksiyasını şərh edərkən bildirib.
Ekspert əlavə edir ki, Putin sərhəddə baş verənlər barədə səhih məlumatlara malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir.
Muxalifet2 - 28-08-2021