Axtarış

The search found 105733 results in 0.031 seconds.

Search results

  1. Qazaxın 7 kəndi müharibə ilə qaytarılır? - Keçmiş nazir DETALLARI AÇDI

    Ermənistanın Dilican (Tovuzqala) vilayətinin qubernatoru Hayk Qalumyan adıçəkilən ərazilərdə Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.

    Muxalifet2 - 23-08-2021

  2. Ermənilər həmsərhəd zonadan 10 kilometr aralıya köçürülür – Qalumyan yeni təxliyə planı hazırladı

    Ermənistanın Dilican (Tavuş) vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla həmsərhəd rayonlardan əhalinin təxliyyəsi ilə bağlı planın yeni redaksiyasının hazırlanması barədə sərəncam imzalayıb.

    News.am xəbər verir ki, sənəddə bu rayonlar “yaşayış üçün təhlükəli” adlandırılıb. Sənədə görə, əhalinin həmsərhəd zonadan 10 kilometr aralıya, ölkənin iç bölgəsinə təxliyəsi nəzərdə tutulur. Bəhs edilən sənəd avqustun 19-da imzalanıb.

    Muxalifet2 - 23-08-2021

  3. Azərbaycanda son gündə 32 nəfər koronavirusdan vəfat edib

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

    Muxalifet2 - 23-08-2021

  4. Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

    Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

    Muxalifet4 - 24-08-2021

  5. “Payızda yoluxma indikindən dəfələrlə yüksək olacaq” - ŞOK PROQNOZ

    Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

    Bunu ARB24-ün gündəm verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:

    “Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. 

    Muxalifet4 - 24-08-2021

  6. Özünü 12-ci İmam Mehdi kimi təqdim edən şəxs saxlanıldı - VİDEO

    Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirdiyini bildiriblər.

    Muxalifet4 - 24-08-2021

  7. Bəylər Əyyubovun və “Bandotdel”in adından dələduzluq - SENSASİON FAKTLAR

    Zərərçəkən Çinarə Məmmədova DİN rəhbəri Vilayət Eyvazova müraciət edib

    Muxalifet4 - 24-08-2021

  8. Laçın dəhlizi bağlanır? - Ermənilər arasında böyük PANİKA

    Dağlıq Qarabağda bölgəni Ermənistana bağlayan yeganə yolun – Laçın dəhlizinin tezliklə bağlanacağı təlaşı hökm sürür. Son günlər bu təlaşın güclənməsi İrəvandakı erməni siyasətçiləri və ictimai fəalları hərəkətə gətirib.

    Muxalifet.az xəbər verir ki, aqibətləri barədə qeyri-müəyyənliyə qapılan Qarabağ erməniləri deyil. Amma talelərindən daha çox bədgüman olan məhz separatçıların əsarətində olan kəsimdir.

    Muxalifet4 - 24-08-2021

  9. Alim Qasımovun kürəkəni HƏBS EDİLDİ - Xalq artistinin evindən oğurluq edib / FOTO

    Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.

    Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

    Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

    Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

    Muxalifet4 - 24-08-2021

  10. “RUSİYA ERMƏNİSTANDAN QATI REVANŞİST HİSLƏRLƏ YAŞAYIR...” – “Moskva anlayır ki, Azərbaycanın onun təsir dairəsindən çıxmasının əsası qoyulub"

    Sülhəddin Əkbər: “Faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir ki, bu da Rusiyanın xoşuna gəlmir”

    “Rusiya kəşfiyyatı da bilir ki, Azərbaycanda Türkiyə Silahlı Qüvvələri var”

    “Görünən perspektivdə müharibə ehtimalı azdır, amma orta və uzaq perspektivdə bu ehtimal artacaq”

    Muxalifet4 - 25-08-2021

  11. "Dünyada peyvəndlərin paylanması olduqca ədalətsizdir" - ÜST rəhbəri

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirus peyvəndlərinin paylanmasını “dəhşətli dərəcədə ədalətsiz" olaraq xarakterizə edib.

    APA xəbər verir ki, Baş direktor bu barədə Afrika Regional Komitəsinin 71-ci sessiyasında çıxışı zamanı deyib.

    Muxalifet4 - 25-08-2021

  12. Sabiq vəzifəli şəxsin gəlini İNTİHAR ETDİ - Psixi zorakılığa MƏRUZ QALIB

    Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyevin 31 yaşlı gəlini Nəbizadə Turan Məmmədəli qızı intihar edib.

    Bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıblar.

    Bildirilib ki, Turan Nəbizadə 22 avqust 2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb.

    Muxalifet4 - 25-08-2021

  13. "Rusiya Qazax və Tovuz istiqamətində münaqişəyə hazırlaşır” - MƏKRLİ PLAN

    "Rusiya sərhədçiləri Ermənistanın Voskepar kəndinə yerləşdirilib. O istiqamətdəki hərəkətlilik yeni münaqişə ocağı yarada bilər”.

    Bunu Qazax rayonu istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi və Rusiyanın bölgədəki fəaliyyətini şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

    Rövşən Məhərrəmov bildirib ki, Rusiya bölgədə yeni münaqişə ocağı yaratmaq istəyir:

    Muxalifet4 - 25-08-2021

  14. "MƏKTƏBLƏR ONLAYN OLMALIDIR..." - Ekspert: "Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur"

    “Təəssüflər olsun ki, bugün Azərbaycanda sərt qapanma – mərhələli və ya birbaşa – yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar”.

    Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

    Onun sözlərinə görə, sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya mövcud idi, lakin buna əməl olunmadı:

    Muxalifet4 - 25-08-2021

  15. Qardaşı oğlunu bıçaqlayan əmi intihar etdi

    Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

    Muxalifet4 - 25-08-2021

  16. Azərbaycanda 3-cü doza vaksinin vurulması ilə bağlı AÇIQLAMA

    Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

    Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

    Muxalifet4 - 25-08-2021

  17. KORONAVİRUS NECƏ YARANDI? - ABŞ kəşfiyyatı Ağ Evə yeni hesabat təqdim edib

    ABŞ-ın kəşfiyyat agentlikləri Covid-19-un mənşəyi üzrə qəti bir qənaətə gələ bilməyiblər. Səbəb isə Çinin detallı informasiya verməməsidir. Bunu “Wall Street Journal” qəzetinə ABŞ-ın iki aparıcı rəsmisi deyibKəşfiyyat agentlikləri avqustun 24-də Ağ Evə yeni dəyərləndirmə təqdim ediblər.

    Muxalifet4 - 25-08-2021

  18. “MƏNƏ BİR-İKİ FOTO GÖNDƏRİBLƏR...” – Əli Həsənovdan şantaj olunması barədə yeni açıqlama / AUDİO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu bildirib. Həsənov bununla bağlı Twitter hesabında da paylaşım edib. 

    “Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır,” - o qeyd edib.

    Muxalifet2 - 26-08-2021

  19. AZƏRBAYCAN GORUS-QAFAN YOLUNU BAĞLADI - Ermənistanın təxribatlarına cavab... / Yenilənib

    Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

    Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

    Muxalifet2 - 26-08-2021

  20. İRANIN XƏZƏRDƏ SAXTA QAZ YATAĞI ƏMƏLİYYATI - "Bu, sadəcə siyasi bir gedişdir"

    Ötən həftəsonu İran KİV-ləri sevinclə xəbər yayadılar ki, Khazar Exploration and Production (KEPCO) şirkəti (İranın milli neft şirkətinin Xəzərin özlərinə aid hissəsində işləri həyata keçirən törəməsidir) Xəzər dənizinin İran sektorunda yataq tapıb. Özü də aşkarlanan yataq qazdır. Həmin andaca şirkət yatağa "Çalus" adı verdi (tapılan yatağın Çalus şəhərinə yaxın olmasına görə).

    Muxalifet2 - 26-08-2021

Pages