Axtarış
The search found 105753 results in 0.091 seconds.
Search results
“XOCALI QƏTLİAMI İNSANLIĞA QARŞI CİNAYƏTDİR!”- İrəvan Türk Cümhuriyyəti Millət Şurası bəyanat yaydı
Uzun illərdir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti yürütməkdədir. Beynəlxalq hüququn qaydalarını kobudcasına pozaraq Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri qətliamdan /soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı terror təşkilatları keçmiş sovet ordusunun Moskvaya tabe olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhalini qətl etdilər. Bu dəhşətli faciə erməni şovinistlərinin Azərbaycan xalqına qarşı davam edən soyqırım siyasətinin daha bir dəhşətli təzahürüdür.
Muxalifet2 - 26-02-2021
Ermənistanda parlament binasına əlavə polis qüvvələri cəlb edildi
İrəvanda Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib.
Trend-in məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament yaxınlığındakı meydanda, eləcə də digər mərkəzi meydanlarda çadırlarda gecələyiblər.
Günorta saatları üçün müxalifətin növbəti aksiyası təyin olunub.
Bundan əlavə, bu gün parlamentin növbədənkənar iclası da nəzərdə tutulub.
Qeyd edək ki, ötən gün Ermənistan ordusunun Baş qərargahı N.Paşinyanın istefası tələbi ilə bəyanat vermişdi.
Muxalifet2 - 26-02-2021
"Xocalı soyqırmı “Xolokost”, “Qolodomor” genosid aktlarına bərabərdir" - VHP BƏYANAT YAYDI
Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının il dönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
Muxalifet2 - 26-02-2021
YENƏ SƏRT KARANTİN GƏLİR?
Bəri başdan deyim ki, yenidən sərt karantin olması ehtimalının lehinə olan amillər, son bir neçə həftədə daha da çoxalmışdır.
Muxalifet2 - 26-02-2021
İlham Əliyev Rusiyanı "İsgəndər" raketini Ermənistandan geri almağa çağırdı
"Mən müharibə zamanı da Rusiya tərəfində təklif edirdim ki, “İskəndər”i qaytarsın yerinə. Bu günə kimi eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısının almağın yeganə yolu raketlərin qaytarılması və onlara bundan sonra pulsuz silah verməmək olardı".
Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Muxalifet2 - 26-02-2021
Gürcüstan müxalifəti Tiflisdə mitinq keçirir
Gürcüstanın müxalifət partiyaları Tbilisidə parlament binası qarşısında mitinq keçirir.
“Report”un yerli bürosu xəbər verir ki, mitinqdən öncə iştirakçılar "Azadlıq" şüarı altında yürüş ediblər.
Aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azad edilməsi və növbədənkənar parlament seçkiləri tələb olunur.
Muxalifet2 - 26-02-2021
“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək” - İLHAM ƏLİYEV
“Dövlət şirkətlərində idarəetmə sistemi axsayır. Müasir tələblərə cavab vermir. Demək olar ki, heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir. Bir və ya ikisi istisna olmaqla. Belə davam edə bilməz. Digər tərəfdən strateji infrastruktur, hal-hazırdakı vəziyyəti və Qarabağdakı vəziyyəti nəzərə alsaq dövlətin əlində qalmalıdır. Bu birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Fərz etsək ki, bizim dövlət şirkətlərimiz bu gün korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar indi bərpa layihələrinə pul qoymazdılar.
Muxalifet2 - 26-02-2021
"Ermənistandakı hadisələr Qarabağ razılaşmasına təsir etmir" - PESKOV
"Kreml Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmaların icrasına təhlükə görmür".
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bütün razılaşmalar icra olunur. Ermənistandakı hadisələrə baxmayaraq, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin davam etməsi çox vacibdir", - Peskov vurğulayıb.
Muxalifet2 - 26-02-2021
Gürcüstan parlamenti yaxınlığında çadırlar qurulub - YENİLƏNİB
Tbilisidə Gürcüstanın müxalifət partiyalarının təşkil etdiyi aksiya davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, parlamentin binası yaxınlığında hazırda 7 çadır quraşdırılıb.
Aksiyaçılar bu etiraz forması ilə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın azadlığa buraxılmasını və növbədənkənar seçkilər tələb edirlər.
Muxalifet2 - 26-02-2021
Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxdu – 4 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 26-02-2021
Putin Qarabağdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını topladı
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Qarabağla bağlı vəziyyəti müzakirə edib.
Bu barədə “Sputnik” xəbər verir.
“Bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyi güclərinin, sərhədçilərin necə işlədiyi və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getdiyi barədə qiymətləndirmələrinizi dinləmək istərdim”, - Putin deyib.
Muxalifet2 - 26-02-2021
Zakir Həsənovun bacanağı vəzifədən çıxarıldı
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis əvəzi polkovnik Elxan İbrahimov vəzifəsindən çıxarıldı. Ona bu vəzifə 6 ay öncə tapşırılmışdı.
"Rupor"a daxil olan məlumata görə, nazir bununla bağlı 1 saat öncə əmr imzalayıb. Rəis əvəzinin xidmətə uyğunsuzluq maddəsi ilə vəzifəsindən çıxarıldığı bildirilir.
Elxan İbrahimov həm də həkim Komissiyasının sədri idi. Onu mətbuat yaxşı tanıyır: barəsində dəfələrlə tənqidi məqalələr dərc olunub.
Muxalifet2 - 26-02-2021
Həbsdə olan icra başçısı və müavininin işi: on şahid dindirildi - HAMISI ABADLIQ ADI ALTINDA PUL YIĞILDIĞINI DEYİB...
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un əldə etdiyi xəbərə görə, prosesdə on nəfər şahid dindirilib. İş üzrə dindirilən şahidlərin əksəriyyəti Ağstafa rayonunda abadlaşdırma işləri aparılması adı ilə pul yığıldığını deyiblər.
Muxalifet2 - 26-02-2021
Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü
Ermənistan prezidenti Armen Sarkisyan "Vətənin xilası hərəkatı"ndan baş nazirliyə namizəd Vazgen Manukyan, "Vətən" Partiyasının lideri Artur Vanetsyan, ARFD və ERP-nin nümayəndələri Artsvik Minasyan və Vaqram Baqdasaryanla görüşüb.
Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüş zamanı tərəflər ölkədə yaranmış böhran barədə fikir mübadiləsi aparıblar: “"Gərginliyin azaldılması və vəziyyətin sülh yolu ilə həlli məsələləri müzakirə olunub”.
Muxalifet2 - 26-02-2021
Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.
Bu barədə Rusiya Federasiyasının vilayət üzrə İstintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, “Bakı” kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.
Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll etmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.
Muxalifet2 - 26-02-2021
Müxalifət Yerevanın mərkəzini blokadaya alır və... - VACİB BƏYANATLAR VƏD EDİR
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Vətənin xilası uğrunda hərəkat"ın yüzlərlə tərəfdarı parlamentin yanındakı Yerevanın mərkəzi prospektini mühasirəyə almaqda davam edir.
TASS bildirir ki, etirazçılar müxalifət liderlərinin yeni bəyanatlarını gözləyirlər.
"Bu gün bizim gələcək hərəkətlərimizlə bağlı çox vacib bəyanatlarımız olacaq", - deyə "Daşnaksütyun" partiyasının nümayəndəsi Geqam Manukyan bildirib.
Muxalifet2 - 26-02-2021
BAYDENDƏN UKRAYNAYA DƏSTƏK - "ABŞ Krımın ilhaqını heç vaxt tanımayacaq"
Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki "aqressiv hərəkətlərə" görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.
Bunu ABŞ Prezidenti Co Bayden cümə günü bəyan edib.
"Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik", - deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.
Muxalifet2 - 26-02-2021
Məktəblər yenidən distant təhsilə qayıda bilərmi? – Təhsil Nazirliyi aydınlıq gətirdi
Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.
Yenidən məktəblərin tam formada distant təhsilə keçidi baş verə bilərmi?
Muxalifet2 - 27-02-2021
ABŞ kəşfiyyatı “Putinin aşbazı”-nı axtarır – 250 min dollar mükafat təyin edib...
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rusiyalı oliqarx Yevgeni Priqojinin həbsinə kömək edəcək informasiya üçün 250 min dollar mükafat təyin edib. Rusiya mediası prezidentin yaxın çevrəsinə daxil olan Priqojini “Putinin aşpazı” adlandırır.
O, ABŞ-da 2016-cı ilin prezident seçkisinə müdaxilədə ittiham olunur. Priqojin FTB-nin bu hərəkətini "əcinnə ovu" adlandırıb və ABŞ-ı Rusiyanı "xortdana döndərməkdə" ittiham edib.
Muxalifet2 - 27-02-2021
NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...
Kənardan nə qədər qüsurlu və sadəlövh təsir bağışlasa da, indi ən dəbdə olan mövzu “vurulmuş” oliqarx-məmurların oğurladıqları milyonların, hətta milyardların əllərindən alınıb, Qarabağın yenidən qurulmasına xərclənməsidir. Özü də qəribədir ki, bu mövzunu qaldıranların əhəmiyyətli bir qismi son vaxtlaradək elə həmin məmurlardan qidalananlardır...
Muxalifet2 - 27-02-2021