Axtarış
The search found 105753 results in 0.062 seconds.
Search results
NORVEÇDƏ RUSİYA SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ – Qafqazlılar Moskvanın soyqırım və deportasiya siyasətinə etiraz etdilər / VİDEO, FOTO
Bu gün Norveçin paytaxtı Osloda azərbaycanlılar, çeçenlər, inquşlar və Qafqaz xalqlarının digər nümayəndələri Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Muxalifet.az xəbər verir ki, bu haqda hazırda Norveçdə mühacir həyatı yaşayan, Azərbaycan Müdafiə nazirinin sabiq müavini, polkovnik İsa Sadıqov məlumat verib.Muxalifet2 - 23-02-2021
Bakı-Qazax yolunda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşdu
Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.
Muxalifet2 - 24-02-2021
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binadakı yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhərinin Yasamal rayonunda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet.az bildirir ki, məlumatı FHN yayıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
Muxalifet2 - 24-02-2021
Bəzi məktəblərdə dərslər təxirə salındı - QARLI HAVA SƏBƏBİNDƏN
Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Belə ki, bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.
Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.
Muxalifet2 - 24-02-2021
Nəqliyyat Agentliyindən qarlı hava şəraiti ilə bağlı AÇIQLAMA - FOTOLAR
Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
"Bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Muxalifet2 - 24-02-2021
Bakıda 5 dərəcəyə yaxın şaxta olub - KÜLƏYİN SÜRƏTİ DAHA DA GÜCLƏNİR
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Muxalifet2 - 24-02-2021
Ölkə ərazisində qarlı hava sabah səngiyəcək - RƏSMİ
“Azərbaycanın bəzi rayonlarda qarın yağması intensiv olacaq”.
Bunu bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
U.Tağıyeva əlavə edib ki, yağıntı fevralın 25-i şəhər saatlarından başlayaraq səngiyərək, tədricən kəsəcək.
Muxalifet2 - 24-02-2021
Bakıda qar, şaxta, çovğun, buz bağlamış yollar... QIŞIN ƏN SOYUQ GÜNLƏRİ YAŞANIR / YENİLƏNİB, VİDEO
Sinoptiklərin proqnozlaşdırdıqları kimi, fevralın 23-ü axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləklə müşaiyət olunan qar yağıb, havanın temperaturu kəskin aşağı düşüb və bir sözlə, qışın ən soyuq günləri başlayıb.
Muxalifet2 - 24-02-2021
Zelenskinin Ofisi qarşısında toqquşmalar - SAXLANILANLAR VAR
Kiyevin mərkəzində Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin qarşısında toqquşmalar baş verib, nəticədə 27 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, toqquşmalar polis və insan oğurluğuna görə yeddi il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.
Polis 24 nəfəri saxlayıb və hüquq-mühafizə orqanının nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə cinayət işi qaldırıb.
Muxalifet2 - 24-02-2021
“Axı o keyfiyyətli texnikanı kim bizə satacaqdı?...” - PAŞİNYAN YARARSIZ “İSGƏNDƏR”LƏR VƏ SƏRKİSYANIN İTTİHAMLARI HAQDA
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə ilk müsahibəsini verib. 1in.am saytına müsahibəsində Paşinyan əsasən keçmiş prezident Serj Srkisyanın onun ünvanına səsləndirdiyi son ittihamlara cavab verib. Və silahlanma, hərbi məğlubiyyətin səbəbləri haqda danışıb, buna görə məsuliyyətin həm də keçmiş hakimiyyətlərin üzərində olduğunu deyib.
Muxalifet2 - 24-02-2021
Bakıda hava daha da soyuyacaq - 9 dərəcə şaxta olacaq
Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq: "Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq".Muxalifet2 - 24-02-2021
"Təhqiredici yayımların çoxunu rusiyapərəst mühafizəkarlar maliyyələşdirirdi" - SABİQ NAZİR
"Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakim elitanın bir hissəsi mühafizəkar, bir hissəsi islahat yönümlü idi. Bu komponentlərin düzgün nisbəti idarəetmənin effektivliyini müəyyənləşdirirdi. Bir qayda olaraq, "qərb yönümlülər" islahatçılar, "rusiyapərəstlər" mühafizəkarlar idi. Mühafizəkarlar mövqelərini möhkəmləndirmək üçün Qərblə münasibətlərdə insan hüquqları, seçki və bu kimi sahələrdə problemlər yaratma taktikasından istifadə edirdilər. Tez-tez siyasi “qapazaltılar” seçilir, tamamilə əsassız və nümayişkaranə şəkildə “əzilirdilər””.
Muxalifet2 - 24-02-2021
Xırdalanın bir hissəsi işıqsız qalıb – “Soyuqdan donuruq, bilmirik nə edək..."
Dünən gecədən etibarən Xırdalan şəhərinin bir hissəsi elektriksiz qalıb.
Bu barədə “AzPolitika.info”-ya şəhər sakinləri məlumat veriblər.
“Güclü külək əsəndə, havalar soyuyanda elektrikin kəsilməsi adı haldır. Dünən də belə oldu. Hələ də işıqlarımız yanmır, evlər kombi ilə qızdırıldığına görə, soyuqdan donuruq” - deyə, məlumatda qeyd olunur.
Muxalifet2 - 24-02-2021
Mayor Ziya Kazımov ev dustaqlığına buraxıldı - Prezidentə müraciət nəticə verdi
Bir müddət öncə həbs olunan Vətən müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib.
Unikal.org xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Z.Kazımovla bağlı seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Muxalifet2 - 24-02-2021
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü... - BİRGƏ BƏYANAT YAYILDI
Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün Birgə Bəyanat yayılıb.
Bəyanada deyilir:
Türkiyə Respublikası Xarici İşlər Naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra - "tərəflər") iştirakı ilə 23 fevral 2021 il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutdu.
Muxalifet2 - 24-02-2021
Yanğında 17 mənzilə ziyan dəyib, 1 nəfər xəsarət alıb - "QAÇQINKOM"DAN AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
Bildirilir ki, fevralın 24-də “Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66” ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb:
Muxalifet2 - 24-02-2021
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - DAHA 2 NƏFƏR ÖLDÜ
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Muxalifet2 - 24-02-2021
Döyüşçünün haqqını yeyən mətbuat, maliyyə, deputat “döyüşçülər” - MƏĞRUR BƏDƏLSOY YAZIR
Qarabağ bölgəsində xidmət edən hərbi qulluqçulara təminat xərcliyinin məbləğinin ikiqat ödənilməsindən imtina edilməsinin günümüzün başlıca qonusu olması mübahisə doğurmur. İqtidar yetkililəri sözügedən imtinanı Qarabağın artıq döyüş bölgəsi olmaması ilə izah edirlər.
Muxalifet2 - 24-02-2021
Gürcüstanın yeni baş naziri ilk səfərini Azərbaycana edəcək
Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.
Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, gürcü həmkarına fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.
Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər.
Muxalifet2 - 24-02-2021
“Oğurlanan pullara Qarabağı tam bərpa etmək olardı...” - ARİF ƏLİYEV
"Bu balaca xalq o boyda icra hakimiyyətini yedizdirə bilməz"
Muxalifet2 - 24-02-2021