Axtarış
The search found 105751 results in 0.044 seconds.
Search results
HEYDƏR ƏSƏDOV DA İSTİNTAQA CƏLB OLUNA BİLƏR - Keçmiş fəaliyyəti yoxlanılır
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, kirvəsi Səlim Müslümovun həbsindən sonra Heydər Əsədovun səksəkəli günləri başlayıb. Büdcə vəsaitlərini talayan, xalqdan pul oğurlayan məmurların ard-arda həbs edilməsi Əsədovun yuxusunu qaçırıb. Yüksək dövlət vəzifəsi tutmuş bir çox məmurlar kimi onun da qanunsuz əməlləri, korrupsiya cinayətləri yenidən gündəmdədir. Səlim Müslümovun həbsi yalnız indi yüksək vəzifə başında olanların yox, sabiq məmurların fəaliyyətinin diqqət mərkəzində olduğu, onların əməllərinin də təftiş olunduğunu göstərir.
Muxalifet2 - 27-02-2021
ABŞ Hərbi Hava Qüvvələri “Sibirə qədər çatan” 400 stels-raket alır - S-400 ONLARI DƏF EDƏ BİLƏCƏKMİ...
ABŞ Hərbi Hava Qüvvələri 400 ədəd AGM-158B Joint Air-to-Surface Standoff Missile-Extended Range (JASSM-ER) stels-raketinin alınmasına dair müqavilə bağlayıb.
Bu müqavilə haqda “Janes” nəşri yazır. Müqavilə Amerikanın “Lockheed Martin” şirkəti ilə imzalanıb və ümumi dəyəri 428 milyon dollardır. Müqavilənin şərtlərinə əsasən raketlər 2025-ci ilə qədər təhvil veriləcək.
Muxalifet2 - 27-02-2021
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış - VALİDEYİNLƏR DUYUQ DÜŞÜB VƏ ETİRAZ EDİR / SENSASİON VİDEOREPORTAJ
Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.
Muxalifet2 - 27-02-2021
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - DAHA 5 NƏFƏR ÖLDÜ
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.
Muxalifet2 - 27-02-2021
Hulusi Akar 450 metr məsafədəki hədəfi birdəfəyə vurdu - VİDEO
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar digər yüksək vəzifəli şəxslərlə HAVELSAN-da (Hava Elektronik Sanayii) təşkil olunan tədbirdə iştirak edib.
Snayper simulyatorundan 450 metr uzaqlıqdakı hədəfi nişan alan Akar onu birdəfəyə vurub.
Muxalifet2 - 27-02-2021
Qarabağda beynəlxalq aeroportun tikintisinə başlanıldı - VİDEO
Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.
Muxalifet2 - 28-02-2021
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
"AZAL-ın işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.
Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu yazıb. Ekspert bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb:
Muxalifet2 - 28-02-2021
Füzulidə daha bir əsgərimiz şəhid oldu - MİNAYA DÜŞÜB
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.
Bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.
Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
Muxalifet2 - 28-02-2021
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 544 nəfərdir.
Muxalifet2 - 28-02-2021
Ermənistan müxalifəti bu gün də mitinq keçirir
Ermənistan müxalifəti yenidən Yerevanın Baqramyan prospektinə toplaşıb.
Bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir.
Baqramyan prospektinə gələn siyasətçilər, şair və musiqiçilər də səhnədə çıxış edirlər. Əraziyə çoxlu sayda polis cəlb olunub.
Muxalifet2 - 28-02-2021
İdarə rəisi ola bilməyən Elxan İbrahimov rəqiblərindən qisas alırmış – FAKT
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis vəzifəsini icra etmiş polkovnik Elxan İbrahimovun bu vəzifədən azad edilməsi ilə bağlı xəbər ətrafında ajiotaj davam edir.
Muxalifet.az xəbər verir ki, etibarlı mənbədən “Rupor”a daxil olan məlumata görə, Elxan İbrahimov Tibb Baş İdarəsinin rəis əvəzi işləyərkən çoxsaylı kobud səhvlərə yol verib.
Muxalifet2 - 28-02-2021
"Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb" - Fransa mətbuatı
Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.
Muxalifet2 - 28-02-2021
Bakıda günü 15 manata işləyən iki fəhlə köhnə şkafdan 25 paçka (250 min) dollar tapdı - “ELƏ BİLDİK ERMƏNİDƏN QALIB...”
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.
Muxalifet2 - 28-02-2021
Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı
Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb.
Qonşu ölkəyə təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq.
Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.
Muxalifet2 - 1-03-2021
“10 NOYABR RAZILAŞMASININ 3 BƏNDİ YERİNƏ YETİRİLMƏYİB...” – “Gərginliyin baiskarı bir super dövlətidir...”
Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanat tam icra olunmalıdır.
"Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur", deyə ölkə başçısı vurğulayıb. Maraqlıdır, müzakirə edilən hansı məsələlərdir? Bu barədə ekspertlər nə düşünür?
Muxalifet2 - 1-03-2021
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - HESABLAMA PALATASI POZUNTULAR AŞKARLADI
Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.
Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını “Report”a təsdiqləyib:
Muxalifet2 - 1-03-2021
Etirazçılar İrəvanda hökumət binasına soxulublar
Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Yerevanda hökumət binasına soxulublar.
Məlumatı “RİA Novosti” yayıb.
Həmin binada bir neçə nazirliyin ofisi yerləşir.
Muxalifet2 - 1-03-2021
Paşinyanın partiyasından olan deputatı döydülər
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.
“Sputnik Armeniya” xəbər verir ki, hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.
Muxalifet2 - 1-03-2021
Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edildi - CƏLİLABADDA
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Muxalifet2 - 1-03-2021
PUTİN PAŞİNYANDAN İZAHAT TƏLƏB EDİB - Baş nazir “məni çaşdırıblar” deyib...
Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı onun “İsgəndər” operativ-taktiki raket komplekslərinin Qarabağ müharibəsindəki uğursuz tətbiqi barədə izahat istəyib. Paşinyan isə bildirib ki, bu məsələ ilə bağlı onu çaşdırıblar.
Muxalifet2 - 1-03-2021