İlham Əliyev Rusiyanı "İsgəndər" raketini Ermənistandan geri almağa çağırdı

Baxış sayı:
423

"Mən müharibə zamanı da Rusiya tərəfində təklif edirdim ki, “İskəndər”i qaytarsın yerinə. Bu günə kimi eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısının almağın yeganə yolu raketlərin qaytarılması və onlara bundan sonra pulsuz silah verməmək olardı".

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

"O vaxt Ermənistana “İskəndər” raketləri veriləndə mən bu haqda Rusiya rəhbərliyinə məlumat vermişdim. Mən onlara demişdim ki, bu düzgün addım deyil, bu, regionda sabitliyin gücləndirilməsi üçün atılan addım deyil. Bu bizi heç nədən çəkindirə bilməyəcək. Mən müharibə zamanı da Rusiya tərəfində təklif edirdim ki, “İskəndər”i qaytarsın yerinə. Bu günə kimi eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısının almağın yeganə yolu raketlərin qaytarılması və onlara bundan sonra pulsuz silah verməmək olardı. Təəssüf ki, bu baş verirdi, amma müharibədən sonra artıq olmur. Biz buna müsbət baxırıq. Bu yaxınlarda Ermənistandakı Rusiya səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşdirilməsində iştirak edəcək. Nəyə görə? Hansı məqsədlə? Mənə elə gəlir ki, kifayət qədər ağlabatan sualdır. Birbaşa efirlə soruşuram. Bizə uzun müddətli sülh lazımdırsa, belə məsuliyyətsiz adamların əllərində belə dağıdıcı vasitələr olmamalıdır", - ölkə başçısı əlavə edib.