Axtarış
The search found 105756 results in 0.111 seconds.
Search results
DƏYİŞMƏK GƏRƏK...
Növbədənkənar parlament seçkilərindən zorən “qalib çıxan” Azərbaycan iqtidarının demokratik qüvvələrə qarşı əsassız iddiaları günü-gündən artmaqda, onun saxta qələbə nəşəsindən doğan təkəbbür və qüruru ifrat həddini aşmaqdadır. Ləyaqətli, vicdanlı, 10 illərlə ömrünü, gününü hər cür məşaqətlərə dözərək, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr edən insanlar vətəndaş cəmiyyətinin əsas atributu sayılan azad mətbuat hər addımbaşı quduz hakimiyyətin yırtıcı hücumlarına tuş gəlməkdədir.
Muxalifet2 - 25-04-2020
NÖVBƏTİ SEÇKİ TAMAŞASI SONA ÇATDI
Mərkəzi Seçki Komissiyası (MSK) bir neçə dairədə seçkilərin nəticəsini ləğv etdi. Hansı ki, bundan cəmi bir gün əvvəl prezident İlham Əliyev bölgələrə səfəri zamanı Azərbaycanda seçkilərin “tam demokratik, şəffaf” keçirildiyini bəyan etmişdi. O cümlədən, dövlət başçısı seçkidən bir gün sonra da, ona verilən məlumat əsasında, ölkədə seçki prosesinin qanun çərçivəsində baş tutduğunu bəyan etmişdi. Üstəlik, onu da qeyd etmişdi ki, “əgər seçkidə saxtakarlıq halları müşahidə olunsaydı, vətəndaşlar qalxıb etiraz edərdi”.
Muxalifet2 - 17-02-2020
YALANÇI DEMOKRATİYA
Azərbaycan demokratiyanın, qanunun aliliyinin və hər cür azadlıqların pozulduğu ölkələr sırasında birinci olmasa da birinciliyə iddialığını saxlamaqdadır. Nə daxili müqavimət gücü, nə də beynəlxalq təsir vasitələri o qədər yetərli deyil ki, korrupsiyanın, rüşvətxorluğun və demokratiyanın digər iki qartımış düşməni olan avtoritarizm və totalitarizmin dərin kök saldığı Azərbaycandakı indiki status-kvonu dəyişmək gücündə olsun.
Muxalifet2 - 20-06-2019
Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 21-02-2021
Terrorçular "Barış pınarı" zonasına girməyə çalışdı, məhv edildilər... - TÜRK ORDUSUNDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT
Suriyanın şimalında "Barış pınarı" və "Fərat qalxanı" əməliyyatı zonalarında PKK terror təşkilatının Suriya qanadı YPG-nin üç silahlısı zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Nazirlikdə qeyd ediblər ki, iki terrorçu "Barış pınarı" zonasına girməyə çalışıb, daha bir silahlı "Fərat qalxanı" əməliyyatının keçirilməsinin zonasına hücum planlaşdırıb. Terrorçular vaxtında aşkar ediliblər və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin dəstəsi tərəfindən zərərsizləşdiriliblər.
Muxalifet2 - 21-02-2021
“Əfv Komissiyasına mindən çox müraciət daxil olub” – Martda əfv sərəncamı imzalanacaq
Son günlərdə Prezident yanında Əfv Komissiyasının bir neçə iclası keçirilib. Bu da mart ayında əfv sərəncamının imzalanacağı barədə ehtimalları artırıb. Komissiya üzvləri istisna etmirlər ki, Novruz Bayramı ərəfəsində sərəncam imzalana bilər.
Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “AzPolitika.info”-ya bildirib ki, bütün müraciətlərə hərtəfəli baxılır.
Muxalifet2 - 21-02-2021
DAHA BİR İCRA BAŞÇISI HAQQINDA ŞOK İDDİA - “200 nəfərin maaş kartını özündə saxlayır...”
Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.
Bakupost.az xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.
Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:
Muxalifet2 - 21-02-2021
Cavid Qurbanovun Azərbaycan, Çexiya və Slovakiyaya uzanan biznesi… - FOTOLAR
Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun da adına Avropada biznes şəbəkəsinin olması barədə xəbərin ardından Avropada yaşayan tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli mövzu ətrafında növbəti sənədlər və faktlarla çıxış edib.
Muxalifet2 - 21-02-2021
“Qarabağ” tələb edən gənc nə üçün polisə xəsarət yetirməli idi? – VƏ YAXUD MİLLİ MƏCLİSƏ DAXİL OLAN TƏXRİBATÇILARI KİM YÖNLƏNDİRİB…
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində bazar günündən başlayan və 3 gün davam edən atışmalarda general-mayorumuz da daxil olmaqla, 11 yüksək rütbəli hərbçimiz şəhid oldu. Tovuzda baş verənlərdən sonra çərşənbə axşamı – iyulun 14-də gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışdı. Aksiyaçılar öncə Azadlıq Meydanına toplaşsalar da, sonradan onların əksəriyyəti Şəhidlər Xiyabanı istiqamətində yürüş etdilər. Gecə saatları olmasına rəğmən, Şəhidlər Xiyabanının qarşısında minlərlə vətəndaşımız cəmləşmişdi.
Muxalifet2 - 20-07-2020
SAXTA ŞİRKƏTLƏR YÜZ MİLYONLUQ TENDERLƏRİ NECƏ “UDUR?” – "Hesaba gələn pul nağdlaşdırılır və bölünür"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehsal Bazarlarına Nəzarət Dövlət Xidməti-nin saytında tenderlərlə bağlı məlumatlar bir xeyli diqqət çəkir. Məsələn bəlli olur ki, qaliblər arasında ötən ilin dekabrında yaradılan və kapitalı cəmi 10 manat olan təşkilat da var.
Muxalifet2 - 22-02-2021
BU SAHƏDƏ DƏ KƏSKİN BAHALAŞMA BAŞ VERİB... - 350 manatdan 800 manata... / VİDEO
Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb. "Xəzər" televiziyasının məlumatına görə, son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.
Muxalifet2 - 22-02-2021
ERMƏNİSTANIN “XƏRİTƏ OYUNU"... - Qarabağa qayıdışı ləngitməyə çalışırlar
Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Trend bildirir ki, Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbətdəki bu Ermənistan tərəfinin növbəti yalanıdır.
Məqsəd isə bəllidir: 1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq. 2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.
Muxalifet2 - 22-02-2021
Makron NATO-nu mövcud olmayan təşkilat adlandırdı
Fransa prezidenti Emmanuel Makron NATO-nu növbəti dəfə tənqid edib.
Bu barədə “Financial Times” qəzeti xəbər verir.
Fransa rəhbəri qeyd edib ki, NATO daha aktual deyil.
O, xatırladıb ki, Şimali Atlantika alyansı indi mövcud olmayan Varşava Müqaviləsi təşkilatına qarşı mübarizə üçün yaradılmışdı.
"Bəzən biz artıq geopolitik məntiqlə mövcud olmayan və Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilata qarşı mübarizəmizi davam etdiririk", - Emmanuel Makron deyib.
Muxalifet2 - 22-02-2021
İrəvanda kütləvi itaətizlik aksiyası keçiriləcək
Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.
Muxalifet2 - 22-02-2021
Gürcüstan parlamenti bu gün yeni hökumətə etimad göstərməlidir
Gürcüstan parlamentinin bugünkü plenar iclasında yeni hökumətə etimad məsələsi müzakirə olunacaq.
İlk öncə hökumət başçısı və nazir vəzifələrinə namizədlər “Gürcü Arzusu” fraksiyası ilə görüş keçirəcəklər.
Müxalifət nümayəndələri yeni hökumətin üzvləri ilə fraksiya formatında görüşdən imtina edib.
Muxalifet2 - 22-02-2021
Qarabağdakı sülhməramlılar hazırda konkret nə ilə məşğuldurlar? - RUSİYA MN MƏLUMAT YAYDI
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd edilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.
Məlumatda vurğulanıb ki, rus sülhməramlıları insanların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.
Muxalifet2 - 22-02-2021
Şuşaya yol çəklişində iştirak edən Türkiyə şirkətlərinin adları məlum oldu
Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişin Türkiyənin 2 şikəti - Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret AŞ Şirkətləri iştirak edir.
Trend -in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:
Muxalifet2 - 22-02-2021
AZƏRBAYCANDA İNTİHARLARIN SƏBƏBLƏRİ... - Azadlıq istədiyin hər şeyi əldə etmək deyil...
Bakıda Sevil adlı gənc qız özünü yaşayış binasının 20-ci mərtəbəsindən ataraq intihar etdi. Hansı ki, bu hadisə son günlər mətbuatda ciddi müzakirə olunmaqdadır. Təbii ki, bu məsələyə böyük diqqət ayrılması heç də təsadüf deyil. Çünki ölkəmizin gənclərini bir yandan narkotik maddələrin istifadəsi, bir yandan səbəbi bilinməyən intiharlar sözün əsl mənasında məhv etməkdədir.
Niyə ölkə gəncləri bu fəlakətlərə düçar olub, nədir bunların səbəbi?
Yeri gəlmişkən, son günlər artıq bir neçə bu cür intihar hadisəsinin şahidi oluruq.Muxalifet2 - 22-02-2021
65 İL YAŞAMAYAN ƏLİL SUÇLUDUR? - Əlilliyi olan şəxslərə işləməyə görə pensiya hesablanmaması ayrı-seçkiliyi
Bir neçə gün öncə ƏƏSMN bilgi yaydı ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondu 6297 işləyən pensiyaçının yaşa görə əmək pensiyalarını yenidən hesablayaraq artırıb. Bu 6297 “xoşbəxt pensiyaçı” yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyi sürdürərək 6 ilə çatdıranlardır.
Muxalifet2 - 22-02-2021
"Azərsığorta"da ağlagəlməz fırıldaq - Departament müdiri fotoşopla 22 mini ələ keçirib / FOTOFAKT
Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb. Baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlığa edib. Musavat.com xəbər verir ki, söhbət "Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.
Muxalifet2 - 22-02-2021