BAYDENDƏN UKRAYNAYA DƏSTƏK - "ABŞ Krımın ilhaqını heç vaxt tanımayacaq"

Baxış sayı:
652

Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki "aqressiv hərəkətlərə" görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.

Bunu ABŞ Prezidenti Co Bayden cümə günü bəyan edib.

"Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik", - deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.

O qeyd edib ki, ABŞ "yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq": "Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub".