Axtarış

The search found 105753 results in 0.052 seconds.

Search results

  1. ERMƏNİLƏR ORDUMUZUN ŞUŞAYA DAXİL OLMA GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO

    Ermənistan mətbuatı Azərbaycan Ordusunun Şuşaya daxil olma görüntülərini yayıb.

    Muxalifet.az "Unikal.org"-a istinadla bildirir ki, ermənilər tərəfindən termal kameralar vasitəsilə qeydə alınan görüntülərdə Azərbaycan döyüşçülərinin qayalıqlarla, dağlıq ərazilərlər Şuşaya doğru irəlilədiyi görülür.

    Həmin görüntüləri təqdim edirik:

     

    Muxalifet2 - 22-02-2021

  2. PAŞİNYANI NECƏ DEVİRƏCƏKLƏR? - Müxalifət lideri "a" və "b" planlarını açıqladı

    Fevralın 20-də İrəvandakı mitinqdə çıxış edən Ermənistan müxalif hərəkat liderlərindən biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefasına nail olacaq "a" və "b" planlarını açıqlayıb. 

    Muxalifet.az "Azadlıq" radiosuna istinadla xəbər verir ki, müxalifət Paşinyanı Qarabağdakı məğlubiyyətin səbəbkarı sayır. Manukyana görə, mitinqlərə nə qədər insan toplansa da Paşinyan könüllü istefa verməyəcək.

    Muxalifet2 - 22-02-2021

  3. “Lady Sharm” işinə görə 300 min manatlıq vəd verdi, özü həbsə düşdü - MƏHKƏMƏ

    Külli miqdarda dələduzluğa cəhd və rüşvət verməyə təhriketmə cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilən Kənan Quliyev apellyasiya şikayəti verib.

    “Report” xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    K.Quliyev atası Hikmət Quliyev və Mehdi Sadıxov adlı şəxslə bilrikdə ititham edilib. H.Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Muxalifet2 - 22-02-2021

  4. "NİKOL XAİNDİR!", "NİKOL, GET!" - Paşinyanın rəqibləri yenidən Yerevan küçələrində

    Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə yürüş keçirilir.

    Xatırladaq ki, etiraz yürüşü "Vətənin xilası uğrunda" hərəkatı tərəfindən təşkil olunub.

    Bildirilir ki, hazırda bir neçə min adam polislərin müşayiəti ilə Yerevanın mərkəzindəki Fransa meydanına tərəf enir. Onlar orada itaətsizlik aksiyaları keçirmək niyyətindədirlər.

    Muxalifet2 - 22-02-2021

  5. Qaribaşvili yenidən Gürcüstanın baş naziri oldu

    Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib.

    Parlamentin bu gün keçirilən iclasında 89 deputat yeni hökumətə etimad göstərib, 2 deputat isə əleyhinə səs verib.

    Qeyd edək ki, İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi hökumətdə iki yeni nazir təmsil olunur.

    Muxalifet2 - 22-02-2021

  6. ZİYA MƏMMƏDOVUN DƏBDƏBƏLİ YENİ SARAYLARI AŞKARLANDI – Keçmiş nazir ölkənin hər yerində villalar tikibmiş / FOTOLAR

    Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun - o Məmmədovun ki, bugünlərdə dolanışıqdan şikayətlənir, arpa, yonca əkdiyini bildirirdi - Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.

    Bloqçu Mehman Hüseynovun hazırlayıb sosial şəbəkədə paylaşdığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin Google Maps koordinatları da təqdim olunub.

    Beləliklə, nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edirik:

    Muxalifet4 - 23-02-2021

  7. Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı - BAŞ PROKURORLUQDAN AÇIQLAMA / YENİLƏNİB

    Fevralın 23-ü saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

    Muxalifet4 - 23-02-2021

  8. “DEDİ Kİ, KLİNİKANI RAMİZ MEHDİYEV ALIR” – “Kürəkəni, o zaman deputat olan İlham Əliyevlə görüşdük...”

    Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

    Muxalifet4 - 23-02-2021

  9. Bakıda 4 dustaq qollarını ülgüclə doğradı - MƏHKƏMƏ ZALINDA

    Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər.

    Məhkəmədən bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.

    Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatıdırılıblar.

    Muxalifet4 - 23-02-2021

  10. MEHDİYEVDƏN DAHA BİR QALMAQALLI QƏRAR - "İnstitutlara məktub göndərərək..."

    Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

    AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

    Muxalifet4 - 23-02-2021

  11. “Gürcüstandan tezliklə heç nə qalmayacaq” - Saakaşvili

    “İvanişvilinin xüsusi təyinatlıları Gürcüstanı ağır vəziyyət, ümidsizlik və səfalətdən xilas etmək üçün mübarizə aparan bütün liderlərin yanına gedəcək”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili müxalifət lideri Nika Meliyanın həbsini şərh edərkən deyib.

    Onun sözlərinə görə, Gürcüstan tarixində, son onilliklərdə əsas müxalifət partiyasının sədri və lideri həbs olunmayıb.

    Muxalifet4 - 23-02-2021

  12. Məmmədovlar ailəsi Almaniyada ağır güzaranda - 15 AİLƏYƏ BİR PALTAR YUYAN MAŞIN...

    Məmmədovlar ailəsi yeddi ildir Şimali Reyn-Vestfaliyada yerləşən Almaniyanın regional mərkəzi Mettmannda qaçqın sığınacağında yaşayır.  

    "Schaufenser Mettmann" nəşri yazır ki, Şirinbacı və Ayaz Məmmədovlar 3 övladı və ərinin qardaşı ilə birgə cəmi 52 kv.m ölçüdə olan kiçik mənzildə yaşayırlar. Nəşr koronavirus pandemiyası zamanı karantin şəraitində belə məhdud məkanda yaşamaq Məmmədovlar ailəsi üçün əsl stress-testinə çevrildiyini yazır.

    Muxalifet4 - 23-02-2021

  13. Gürcüstanda müxalif partiyanın sədri həbs olundu - ÇOXLU SAYDA SAXLANILAN VAR

    Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.

    Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.

    N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb.

    Muxalifet4 - 23-02-2021

  14. PARTİYA SƏDRİNİN HƏBSİNƏ ETİRAZ - Gürcüstan müxalifəti mitinq keçirəcək

    Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirməyi planlaşdırır.

    Bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Xatiya Dekanoidze bildirib.

    Muxalifet4 - 23-02-2021

  15. Gürcüstan ombudsmanı hökuməti sərt tənqid etdi

    “Gürcüstanın müstəqilliyini itirməsindən 100 il sonra müxalifət partiyasına basqın və müxalifət liderinin həbsindən daha utancverici hadisə baş verə bilməzdi”.

    Bunu Gürcüstan ombudsmanı Nino Lomcariya Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi ilə bağlı feysbuk səhifəsində yazıb.

    Muxalifet4 - 23-02-2021

  16. TİFLİSDƏ 21 MÜXALİFƏTÇİ SAXLANILDI - Onlar arasında partiya lideri də var...

    Tiflisdə Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi qərargahı yaxınlığında 21 nəfər saxlanılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    Saxlanılanlar arasında VMHP-nin liderlərindən biri Giorgi Baramidze də var.

    Muxalifet4 - 23-02-2021

  17. Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edildi - FOTOLAR

    Gürcüstanın Marneuli rayonunda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlı mərasim keçirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təşkil olunan tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Muxalifet2 - 23-02-2021

  18. Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

    Muxalifet2 - 23-02-2021

  19. ​İCRA BAŞÇISI MÜRACİƏT ETDİ, TƏHSİL NAZİRLİYİ YOXLAMALARA BAŞLADI... - Ağdam rayon Təhsil Şöbəsi rəhbərinin çoxsaylı qanunsuzluqları üzə çıxıb...

    Təhsil Nazirliyinin komissiyası Ağdam rayon Təhsil Şöbəsində geniş yoxlamalara başlayıb. Bu barədə məlumat “Sözçü” qəzetinin redaksiyasına  Ağdam rayonundan daxil olub.

    Muxalifet2 - 23-02-2021

  20. Müxalifət parlamentin qarşısında çadırlar qurdu - NÖVBƏDƏNKƏNAR SEÇKİ TƏLƏBİ VƏ... / YENİLƏNİB - 2

    Tbilisidə müxalifətin mitinqi Gürcüstan parlamentinin binası qarşısında davam etdirilir.

    “Report”un yerli bürosu xəbər verir ki, binanın önündə Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

    Aksiyaçılar qanunverici orqanın qarşısında çadır qurublar.

    ***16:30

    Tbilisidə müxalifətin mitinqi davam edir.

    “Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar parlamentin binası qarşısına doğru yürüş edəcəklər.

    Muxalifet2 - 23-02-2021

Pages