Axtarış
The search found 105751 results in 0.041 seconds.
Search results
“Qarabağa casuslar yerləşdirmək istəyirlər” – ƏHMƏD OBALI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə fevralın 26-da daxili və xarici mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə iranlı xanım jurnalist “Qarabağın azad edilməsində terrorçuların iştirakı” barədə sual verib.
44 günlük Vətən savaşının gedişində İran rəsmiləri bu məsələni qabardır, guya Azərbaycanın Qarabağda savaşmaq üçün Suriyadan terrorçu gətirdiyini iddia edirdi. Savaşdan sonra İran rəsmiləri Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi.Muxalifet2 - 1-03-2021
“Ermənistanda hakimiyyətin çevriliş yolu ilə dəyişilməsini məqbul hesab etmirik” – “Bu, Cənubi Qafqazda uzunmüddətli destablizasiya yarada bilər”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə həyatına dair bir sıra ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub.
Muxalifet2 - 1-03-2021
Azərbaycanda daha 125 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 1-03-2021
Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
“Android” əməliyyat sistemi üçün nəzərdə tutulan pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, söhbət əsas auditoriyası internet-resursların əngəlinin mütəmadi olduğu Rusiya, Çin və Yaxın Şərq dövlətləri olan “Super VPN”, “Gecko VPN” və “Chat VPN” proqramlarından gedir.
Muxalifet2 - 1-03-2021
Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
“Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", - xəbərdə deyilir.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti ehtiyatda olan general mayor hərbi rütbəsi verilib.
Muxalifet2 - 1-03-2021
PAŞİNYAN REFERENDUM ELAN EDİR - Ermənistan prezident idarəetmə üsuluna keçə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum elan edib.
O, bu barədə Respublika Meydanında keçirilən mitinqdə məlumat verib.
Baş nazir bildirib ki, Ermənistanın yenidən prezident respublikasına keçirilməsi üçün oktyabr ayında referendum elan edir.
Bildirək ki, 2018-ci ildə sabiq prezident Serj Sarkisyan Konstitusiyaya dəyişiklik etmişdi.
Muxalifet2 - 1-03-2021
“Bozqurdlar” İrəvanın mərkəzində - ERMƏNİLƏR ÇAŞBAŞ QALDI / Foto
İrəvanın mərkəzində “Bozqurd işarəsi” tutan şəxslərin fotosu Teleqram sosial şəbəkəsinin erməni seqmentnidə böyük qalmaqala səbəb olub.
Ermənilərdən bəziləri bu fotonun feyk olduğunu iddia etsə də, əksəriyyət Nikol Paşinyana qarşı bundan böyük kampaniya kimi istifadə edib.
Fotodakılardan birinin tanınmış türkiyəli ekspert Həsən Oqtay olduğu bizim də diqqətimizi çəkdi. Doğrudanmı Həsən Oqtay İrəvandadır?
Saytımıza açıqlama verən H.Oqtay fotonun həqiqi olduğunu və dörd il öncə çəkildiyini bildirib:
Muxalifet2 - 1-03-2021
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Xatırladaq ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.
Muxalifet2 - 2-03-2021
General Əfqan Nağıyevin qardaşına yenidən cinayət işi açılıb
Dövlət Sərhəd Xidmətinin tabeliyində olan "Sərhədçi" İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.
Muxalifet2 - 2-03-2021
Deputat Operativ Qərargahı tənqid etdi - "METRO AÇILMAYACAQ, TOYLARA İCAZƏ VERİLMƏYƏCƏK..."
Millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı sərt tənqid edib. Deputat özünün "facebook" səhifəsindən paylaşımda bir neçə vacib məsələni gündəmə gətirib.
“Bir neçə dəfə gündəmə gətirdim: Əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar.
Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq. Əslində bunlar çox sadə məsələdir”, - deyə, deputat bildirib.
Muxalifet2 - 2-03-2021
YAP-DAN QƏFİL QURULTAY QƏRARI! - Hakim partiyanın faktiki idarəçiliyinə kim gətirilir?
Hakim Yeni Azərbaycan Partiyası sensasiyalı qəfil qərarla qurultaya gedir. Qurultay 2 gündən sonra - martın 5-də baş tutacaq.
Qəribədir ki, hakim partiyanın 2 gün sonra keçiriləcək qurultayı haqda nəinki ictimaiyyət, siyasi çevrələr, media xəbərsiz olub, hətta bir çox tanınmış YAP-çılar belə məlumatsızdır. Lakin YAP-dakı mötəbər mənbələr martın 5-də onlayn qurultay keçiriləcəyini təsdiq edirlər.
Muxalifet2 - 2-03-2021
“"İSKƏNDƏR"Ə HÜCUM ÖZ QAPISINA VURULMUŞ QOL İDİ...” - "Hədəflər sırasında "Bayraktar"ların bazası da var idi"
Ermənistan hərbiçilərinin ölkənin baş naziri Nikol Paşinyana qarşı çıxmaları, onun 44 günlük Qarabağ müharibəsi zamanı istifadə olunan Rusiya silahları barəsində söylədiyi fikirlərlə bağlıdır.
23 fevralda yerli televiziyaya müsahibəsi zamanı Paşinyan bildirib ki, ”İskəndər” raketləri Ermənistan ordusunun döyüş cərgəsindəki ən müasir silahdır, ancaq bu silah mahiyyət etibarıyla faydasız olub. Onun sözlərinə görə, müharibənin gedişi zamanı buraxılan “İskəndər” raketləri “partlamayıb və ya onların yalnız on faizi partlayıb”.
Muxalifet2 - 2-03-2021
Müxalifət İrəvanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək
Ermənistanın müxalif "Vətənin xilası hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
“Aysor.am” xəbər verir ki, bunu müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.
"Nikol mövcud deyil, vəssalam", - vurğulayıb.
İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq: "Biz etiraz aksiyalarını davam etdirəcəyik".
Muxalifet2 - 2-03-2021
Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında qarşdurma olub - YENİLƏNİB
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib.
Belə ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.
İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.
Muxalifet2 - 2-03-2021
Türkiyəli mütəxəssislər AzTV-nin əməkdaşları ilə birlikdə Qarabağda film çəkəcək
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.
Sənədə əsasən, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək.
Muxalifet2 - 2-03-2021
“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA
Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır. Sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.
Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.
Muxalifet2 - 2-03-2021
Keçmiş deputat DTX-da ifadə verdi - "Rasim Məmmədova demişdim ki..."
Tanınmış iş adamı, iqtisadçı Nazim Bəydəmirli "Baku Steel Company" MMC-nin rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.
O, bildirib ki, üç saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı adıçəkilən qurumun vəzifəli şəxslərinə məlumat verdiyini deyib: "DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır".
Muxalifet2 - 2-03-2021
Müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı - İRƏVANDA
Ermənistanın paytaxtı İrəvanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.
Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.
Qeyd edilir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb. Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.
Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.
Muxalifet2 - 2-03-2021
Bakıda küçəyə atılmış uşaq tapılıb
Bakıda kimsəsiz azyaşlı tapılıb.
APA xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.
Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.
Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.Muxalifet2 - 3-03-2021
Saakaşvilinin partiyasının ofisinə hücum edildi - SAXLANILANLAR VAR
Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın ofisi hücuma məruz qalıb, iki nəfər saxlanılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
“Başqasının əmlakına ziyan vurmaq ittihamı ilə polis tərəfindən iki nəfər – 1994-cü il təvəllüdlü G.K. və 1966-cı il təvəllüdlü G.B. saxlanılıb”, - DİN-in məlumatında belə deyilir.Muxalifet2 - 3-03-2021