Axtarış
The search found 105751 results in 0.047 seconds.
Search results
"BU YAZ BAŞQA OLACAQ..." - Almaniyada karantinin müddəti artırıldı
Almaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin müddəti martın 28-nə kimi uzadılıb.
“Report”un məlumatına görə, bununla belə federal torpaqların rəhbərləri yumşalmalara getməklə bağlı qərar vermək hüququnu özündə saxlayırlar.
Almaniyan kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında qərara münasibət bildirib:
Muxalifet2 - 4-03-2021
İlon Maskın “Starship”i üçüncü dəfə də partladı - VİDEO
Dünyanın ən varlı adamı İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən yaradılan “Starship” kosmik gəmisinin prototipi bir sıra uğursuz cəhdlərdən sonra yerə endirilib.
Belə ki, “Starship SN10” adlanan prototip bir neçə dəqiqə ərzində 10 km yüksəkliyə qalxıb və Texasdakı Boka Çika kosmodromunun yanına eniş edib.
Gəmidə baş verən yanğından sonra partlayış olub.
Qeyd edək ki, prototipin partlaması ilk dəfə deyil. “Starship” kosmik gəmisinin prototipi iki dəfə Texasdakı Boka Çika kosmodromunda sınaq uçuşları zamanı partlamışdı.
Muxalifet2 - 4-03-2021
"Biz öz tarixi torpaqlarımızı istəyirik..." - QAFAR ÇAXMAQLI
TRT\Azerbaycan saytı İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti ilə bağlı sözügedən hökumətin Millət Şurasının sədri, Kayseri Erciyez Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıdan müsahibə alıb. Muxalifet.az müsahibəni oxucularına təqdim edir.
- Niyə İrəvan Türk Cümhuriyyəti (İTC) adlı mühacir hökuməti yaradıldı? İdeyası və məqsədi nədir? Qərargahı haradadır?Muxalifet3 - 4-03-2021
Paşinyan onun istefasını tələb edən daha bir partiya sədri ilə görüşmək istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qagiq Sarukyanı görüşə dəvət edib.
“Report” xəbər verir ki, bunu hakim “Mənim addımım” parlament fraksiyasının sədri Lilit Makunts martın 4-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş üçün dəvət artıq göndərilib: “Görüşün və danışıqların olacağını gözləmək lazımdır. Hələ ki, Sarukyanla görüşün olub-olmayacağı aydın deyil”.
Muxalifet2 - 4-03-2021
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 235 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib. Hazırda 3 148 aktiv xəstə var.
Muxalifet2 - 4-03-2021
BİR NEÇƏ PARTİYA YAP-a BİRLƏŞİR - Hakim partiyanın qurultay hazırlığı...
Rəsmən hələ də təsdiqlənməsə də sabah hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay keçirəcəyi haqda xəbərlər yerli KİV-lərdə yayılmaqdadır. Və qurultay ərəfəsində bir sıra müxalifət partiyaları YAP-a birləşmək barədə qərar qəbul etməkdədir.
Muxalifet2 - 4-03-2021
Rusiyanın daha bir neçə şəhərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.
Bu barədə xəbər “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.
Beləliklə, tezliklə həftədə üç dəfə olmaq la Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.
Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və "Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
Muxalifet2 - 4-03-2021
KOÇARYAN MOSKVADAN 3 MİLYARD İSTƏYİR VƏ... - "Rusiya Türkiyəyə məğlub olub" deyir
Sabiq prezident müharibənin nəticəsini Rusiyanın Türkiyəyə məğlubiyyəti kimi qələmə verir
“Türkiyənin regiona təsiri güclənir. Biz Rusiyanın hərbi-siyasi müttəfiqi kimi uduzduq, Azərbaycan isə Türkiyənin müttəfiqi olaraq qalib gəldi.”
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq Prezidenti Robert Koçaryan Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirib.
Muxalifet2 - 4-03-2021
RAMİZ MEHDİYEVİN AİLƏ BANKI BAĞLANIR? - Bankın xalis zərəri 9 milyon manatdan artıq olub
"Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.
Muxalifet2 - 4-03-2021
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 9 nəfər şəhid olub
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi şəhid olub, 4-ü yaralanıb.
Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 4-03-2021
Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.
Muxalifet.az bildirir ki, başsağlığıda deyilir:
- Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.
Muxalifet2 - 4-03-2021
Türkiyədəki dəhşətli qəzada general Osman Erbaş və daha 10 hərbçi şəhid oldu - YENİLƏNİB
Türkiyədə baş vermiş hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirir ki, qəzada yaralanan hərbçilərdən daha birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla qəzada şəhid olanların sayı 11 nəfərə yüksəlib.
***
Muxalifet2 - 4-03-2021
Agentlikdən ÜST-ə cavab: “Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə qeydi ilə razı deyil. ÜST tərəfindən verilən məlumatda yanvarın 29-dək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub.
Agentlikdən verilən məlumata görə, bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb.
Muxalifet2 - 4-03-2021
"Strateq.az" saytı fəaliyyətini dayandırır! - Baş redaktordan açıqlama
Azərbaycanın tanınmış informasiya resurslarından olan "Strateq.az" saytı fəaliyyətini dayandırıb. Bu barədə saytın baş redaktoru Elxan Şükürlü "Facebook" hesabında məlumat verib. Onun açıqlamasını oxuculara təqdim edirik:
"Dostlar, düz, 6 ildir - 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum "Strateq.az" saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik.
Muxalifet2 - 5-03-2021
YAP-ın QURULTAYI BAŞLADI - Prezident də iştirak edir / FOTOLAR, Yenilənir
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
* * *
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.
"Report"un xəbərinə görə, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
Muxalifet2 - 5-03-2021
HAKİM PARTİYAYA BİRLƏŞƏN SİYASİ TƏŞKİLATLARIN SAYI 6 OLDU - Siyahı
Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib.
Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılaraq qərar qəbul ediləcək.
Muxalifet2 - 5-03-2021
RUSİYA “OXOTNİK”LƏ SƏMANI FƏTH EDƏ BİLƏCƏKMİ? – “Real şəraitdə yoxlanılması gərəkdir”
Hazırda bir çox ölkələrin silahlı qüvvələrinin döyüş cərgəsində yer alan PUA-ların əksəriyyəti, demək olar ki, ABŞ-ın “MQ Reaper”-na uyğun gəlir. Bu cür perspektiv hərbi PUA-lar hazırlamağı bacaran ölkələr çox deyil və onların arasında Rusiya da yoxdur. Hərçənd ki, SSRİ öz dövrünün şərtlərinə cavab verən yüksək sürətə malik kəşfiyyat dronlarının müxtəlif tiplərinə malikdi, amma buna baxmayaraq, Rusiya hələ də hərbi dronlar istehsalında rəqiblərindən geri qalır.
Muxalifet2 - 5-03-2021
Mübariz Mənsimov bu gün azadlığa qovuşa bilər... - MƏHKƏMƏ PROSESİ BAŞLAYIB
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsinin baş tutmasına az qalıb.
Bu haqda məlumatı “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Feysbuk hesabında yazıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun sərbəst buraxılması üçün protest verib. Bu gün hər kəs azərbaycanlı iş adamı və xeyriyyəçinin məhkəmə zalından azadlığa buraxılacağını gözləyir.
Muxalifet2 - 5-03-2021
"BİZİ ARXAYIN ETMİŞDİLƏR Kİ, AZƏRBAYCAN ORDUSU ZƏİFDİR…” - Erməni polkovnik
Türkiyədəki Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) hərbi və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan polkovnik Hayrettin Güler Ermənistandan ordusundan bu günlərdə istefa vermis polkovniklə sensasion söhbətini dərc edib. Virtualaz.org Timeturk.com internet-resursuna istinadən xəbər verir ki, həmin polkovnik özünün əsl kimliyini açıqlamayıb, özünü “Armen Minalyan” kimi təqdim edib. Həmin söhbətin bir qismini təqdim edirik:
Muxalifet2 - 5-03-2021
MÜBARİZ MƏNSİMOV AZAD OLUNDU - Məhkəmə qərarı
Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
Məhkəmə prosesində şahidlər dindirilib, daha sonra M.Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Muxalifet2 - 5-03-2021