Juninyo rəsmən "Flamenqo"da

Baxış sayı:
142

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 

Bu barədə Braziliya klubunun yaydığı açıqlamada bildirilib. 28 yaşlı hücumçu Rio təmsilçisi ilə 2028-ci ilin  sonuna qədər müqavilə bağlayıb. O, "Flamenqo"da 23 nömrəli formanı geyinəcək.

Ağdam təmsilçisi də yaydığı açıqlamada Juninyonun "Flamenqo" müqavilə imzaladığını bildirilib.

Tərəflər müqavilənin maddi dəyəri barədə məlumat verməyib. Braziliya mətbuatı isə Ağdam klubuna 5 milyon avro təzminat ödəniləcəyini yazıb.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.