Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına...

Baxış sayı:
305

Cari ildən etibarən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin oğlu ABŞ-ın dünyaca məşhur Harvadrd Universitetində təhsil almağa başlayıb. İddia olunur ki, aşağı bal yığdığı üçün dövlət proqramından bəhrələnə bilməyən övladını “öz pulu ilə” oxutmağa qərar verən Səmyar Abdullayev, bunun üçün yenə ənənəvi üsuldan istifadə edib. O, gözdən əlil vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəməklə Harvarddakı övladının təhsil problemini həll edib.
 
Onu da qeyd edək ki, Səmyar Abdullayevin oğlunun illik təhsil haqqı 50 min ABŞ dollarıdır. Bundan başqa, o, dövlət proqramı əsasında təhsil almadığı üçün yataqxana, yemək, nəqliyyat və digər xərclərini də öz qarşılayır ki, bu da hər ay üçün 15-20 min dollar arasında əlavə xərc deməkdir. Bir sözlə, Səmyar Abdullayevin oğlunun bir aylıq təhsil haqqı gözdən əlil vətəndaşlarımıza 70 min dollara başa gəlir. Bu pulun hər qəpiyi əlil vətəndaşlarımızın boğazından kəsilir.
 
Hüquq-mühafizə orqanlarının bu faktı araşdırmasına ciddi ehtiyac var. Səmyar Abdullayev isə aşağıdakı suallara cavab verməlidir:
 
1.Oğlunu Harvard kimi məşhur və bahalı universitetdə hansı vəsait hesabına oxudur? Bu qədər böyük pulun mənbəyi nədir?
 
2.Ona yardım üçün müraciət edən gözdən əlil vətəndaşlara “imkan yoxdur”, “dövlət vəsait vermir”, “mən özüm sizdən də pis yaşayıram” deyən Səmyar Abdullayev necə olur ki, “birdən-birə” oğlunu Harvard kimi universitetdə oxudacaq qədər varlanır?
 
Gələn dəfə mövzu ilə bağlı daha ətraflı məlumat təqdim edəcəyik.
 
A.QASIMOV
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.