Axtarış
The search found 105701 results in 0.006 seconds.
Search results
Nazirin vəzifə verdiyi şəxslərdən biri Yaqub Eyyubovun oğlu imiş...
Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişiklikləri edib.
Aznews.az xatırladır ki, dəyişikliklərdən biri də baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubovun vəzifəsinin yüksəldilməsi olub. Nazirin imzaladığı müvafiq əmrə əsasən, İdarədə şöbə rəisi kimi çalışan polkovnik-leytenant F.Eyyubov bundan sonra rəisin ikinci müavini kimi fəaliyyət göstərəcək.
* * *20:52Muxalifet - 10-11-2015
MTN generalının “Quantanamosu” - ŞOK
Akif Çovdarovun gizli həbsxana saxladığı üzə çıxdı; Akif Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub; Elçin Behbudov: “3 metr yerin dərinliyində, havasız, sanitar qovşağı olmayan dəhşətli bir yer idi”
Muxalifet - 10-11-2015
“MTN işi”ndə yeni sensasiya - generalitetin kabinetlərindən nə tapılıb?
Bəzi kabinetlərdə hələ aktiv olmayan gizli xüsusi dinləmə qurğuları aşkar edilib; Eldar Mahmudovun da həbsi sanksiyası imzalanmaq üçün hazırdır
Eldar Mahmudovun işdən azad edilməsi ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış “17 oktyabr inqilabı” yenidən medianın bir nömrəli mövzusuna çevrilib. Buna səbəb isə bu strukturda “təmizləmə” və həbslərin davam etməsidir. Hər gün demək olar ki, MTN-də kiminsə işdən çıxarılması, kiminsə həbs edilməsi barədə xəbərlər yayılır, bu qurumda sahibkarlara qarşı baş vermiş cinayətlərin yeni-yeni təfərrüatları məlum olur.Muxalifet - 10-11-2015
“Seçki”dən ən az ziyan çəkən müxalifət oldu - TƏHLİL
Əksəriyyət peşəkar siyasətçilər üçün nəticəsi öncədən bəlli olan Milli Məclisə seçkilər artıq başa çatmış hesab oluna bilər. Seçkilərə start verilməmişdən öncə seçki ilə bağlı real durumu analiz edərək iki yazı hazırlamışdıq. “Hakimiyyətə açıq və gizli vəkillik edə biləcək şəxslər parlamentə “seçiləcək” ” və ”Seçkidə iştirak, yoxsa boykot” başlıqlı yazılarda toxunduğumuz məsələlər əsasən öz təsdiqini tapdı. Cəmiyyətin siyasi baxımdan maarifləndirilməsi işinə dəstək vermək məqsədilə “seçki” məzhəkəsindən sonra növbəti analizimizi müzakirənizə təqdim edirik.
Muxalifet - 10-11-2015
“MTN-də məndən 5 milyon dollar tələb etdilər...”
“Vosmoy” bazarının keçmiş sahibi də danışdı...
Muxalifet - 10-11-2015
MTN-nin həbs olunan 4 əməkdaşının adı məlum oldu
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barəsində həbs qətimkan tədbiri seçilmiş 4 əməkdaşının adı məlum olub.
Həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.
Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədovdur.Muxalifet - 12-11-2015
Ziyafət Əsgərov MTN olayından danışdı
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
MTN ətrafında baş verən olayla əlaqədar hüquq-mühafizə orqanlarında iş getdiyini bildirən viste-spiker qeyd edib ki, baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz: “Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.(azvision.az)Muxalifet - 12-11-2015
Türkiyənin “Zaman” qəzeti Eldar Mahmudovun müdafiəsinə qalxdı
Türkiyənin “Zaman” qəzetinin Azərbaycan redaksiyası sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovu müdafiə edən məqalə ilə çıxış edib.
Qəzetin baş redaktoru Anar Qaraxançallı öz müəllif yazısında Əhməd Mahmudovun keçmiş Şərur Türk Liseyi önündəki heykəlinin sökülməsinə belə münasibət bildirib: “Sabiq nazir Eldar Mahmudovun atası professor Əhməd Mahmudovun Naxçıvandakı heykəli sökülüb. Həm də tanınmış alimin heykəlinin başına ip bağlayaraq...Muxalifet - 12-11-2015
Eldar Sabiroğlu Ramiz Mehdiyev haqqında hekayə yazıb
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş deputatının Amerikanın Səsinə müsahibəsi
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş deputatı Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbərinin fəaliyyətini tənqid edib.
Amerikanın Səsi: Siz parlament seçkilərindən sonra daha ətraflı bəyanatla çıxış edəcəyini bildrmişdiniz. Seçkilər başa çatıb. Buyurun.
Muxalifet - 12-11-2015
Arif Alışanov Eldar Mahmudovun atası ilə bağlı arxivləri silib
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişlər dövlət televiziyasının arxivindən silinib. Bu barədə İstiqlal.az-a daxil olan məlumata görə, AzTV-nin sədri Arif Alışanov bu addımı “MTN işi”ndən narahat olduğuna görə atıb. Qeyd edək ki, Əhməd Mahmudov 1923-cü il mayın 25-də anadan olub, 1989-cu il mayın 8-də isə dünyasını dəyişib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra hər il AzTV Əhməd Mahmudovun doğum və ölüm günləri ilə bağlı veriliş verirdi.
Muxalifet - 13-11-2015
“MTN işi” daha iki naziri bitirəcək
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra ölkənin ictimai-siyasi həyatında “yatmış vulkanlar” oyanmağa başladı.
Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəhbərlik etdiyi zamanlarda onun kurasiyasında olan bir neçə yüksək rütbəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərə imza atıb.Muxalifet - 13-11-2015
Akif Çovdarovun adamı özünü asdı – “MTN işi” ilə bağlı ilk intihar
İki gün əvvəl Abşeron rayon Fatmayı kəndində intihar hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, Mehman Nadirov adlı şəxs özünü yaşadığı həyətdəki ağacdan asıb. Əsasən ev və torpaq alğı-satqısıyla məşğul olan M.Nadirovun ölüm səbəbləri barədə dəqiq məlumat olmasa da, bir neçə maraqlı versiya var.
Yaxın çevrəsindən bildirilir ki, onun canına qəsd etməsi aldığı mənzilləri sata bilmədiyindən külli miqdarda borca düşməsiylə bağlı olub.Muxalifet - 13-11-2015
MTN-in daha bir şöbə rəisi işdən qovuldu
Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib. Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Rafiq Hümbətov hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun qohumu – bacısının kürəkənidir.Muxalifet - 15-11-2015
“MTN-də məndən 100 min manat tələb etdilər” - VİDEO
Ramiz Əliyev erməni əsirliyində olan qohumu Dilqəm Əsgərovla bənzər taleyi paylaşdığını deyir.Ötən il MTN-nin əməkdaşları tərəfindən qaçaqmalçılıq adı ilə tutularaq nazirliyə gətirildiyini bildirir. Keçmiş kəşfiyyatçı maddi imkanı zəif olduğu üçün ara-sıra Gürcüstandan qızıl gətirib yaşadığı Gəncə şəhərində və Bakıdakı dükanlara qızılları satmaqla ailəsini dolandırdığını deyir. Buna görə o 6 ayını Mtn-nin təcridxanasında keçirməli olub.
Muxalifet - 15-11-2015
General Akif Çovdarov məhkəmədə ifadə verir
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.
Virtualaz.org saytının hazırda məhkəmə binasının önündə olan müxbirinin verdiyi xəbərə görə, məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirir.
Müxbirimizin müşahidəsinə görə, general Çovdarov həddən artıq əzgin və dilxor görünüb, ümidini itirmiş adam təsiri bağışlayıb.
Məhkəmə prosesi qapalı şəkildə keçirilir.Muxalifet - 15-11-2015
Akif Çovdarov barəsində həbs qərarı
Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi həbs edilib
Muxalifet - 15-11-2015
“Akif Çovdarov Elmar Hüseynovun izlənilməsinə başçılıq edib”
“Haqqin.az” saytının rəhbəri, vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq “Elmarın qatili qandallandı” deyib.
Həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsədilə yaradılan İctimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu Modern.az saytına açıqlamasında bunu təsdiq edib:
Muxalifet - 16-11-2015
Bakıda 22 yaşlı oğlan özünü öldürüb
Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Sadiq Məmmədli özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Muxalifet - 16-11-2015
Fransa İŞİD-in paytaxt elan etdiyi şəhəri bombaladı
Fransa Hava Qüvvələri dünən axşam saatlarında İŞİD-ə qarşı hava zərbələri endirib. Fransa Müdafiə Nazirliyi Suriyanın şimalındakı Rakka bölgəsində reallaşdırılan hava əməliyyatına 10 döyüş təyyarəsinin qatıldığını, İŞİD hədəflərinə 20 zərbə endirildiyini açıqlayıb.
Açıqlamada vurulan hədəflər arasında təlim mərkəzi və sursat anbarlarının olduğu qeyd edilir.
Fransa sentyabr ayından IŞİD-in Suriyadakı hədəflərini bombalayır.
Azadlıiq.infoMuxalifet - 16-11-2015
Avro-2016-nın keçiriləcəyi məkan dəyişə bilər
Avropa Çempionatının ev sahibi dəyişə bilər. Parisdəki törədilən qanlı terror, çempionatda iştirak edəcək bəzi ölkələri qorxuya salıb. Artıq bir neçə ölkə final oyunlarının keçirilməsi üçün UEFA-dan daha etibarlı ölkələrin seçilməsini xahiş edib. Artıq Almaniya, İtaliya və İngiltərə kimi ölkələr namizəd kimi göstərilib.
Muxalifet - 16-11-2015