Axtarış

The search found 105701 results in 0.008 seconds.

Search results

  1. Putinin “bizim terrorçu yaxşıdır” məntiqi

    ABŞ-ı ikili oynamaqda ittiham edən Rusiya prezidentinin özü nə qədər səmimidir?

    Muxalifet - 5-09-2015

  2. ​Eldar Mahmudov üzə çıxdı, yasda iştirak etdi

    Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad ediləndən bəri ilk dəfə ötən bazar günü üzə çıxıb və  qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasında iştirak edib.
    Bu barədə virtualaz.org saytına məlumat verən mötəbər mənbə bildirib ki, Eldar Mahmudov mərhumun dəfn mərasimində də iştirak edib və bütün yas mərasimi boyu qudası C.Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb. Sabiq nazir fikirli və pərt görünüb.
    Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir.

    Muxalifet - 26-10-2015

  3. MTN-də “təmizləmə əməliyyatı”nın şok səbəbi

    Eldar Mahmudovun “vurulması”na MTN-nin Rusiya əleyhinə fəaliyyəti səbəb olub? Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması istər Azərbaycanda, istər də ölkədən kənarda ciddi müzakirələrə yol açdı. Təsadüfi deyil ki, bu mövzu Türkiyə və Rusiya mediası ilə yanaşı, Avropanın nüfuzlu mətbuat orqanlarında da geniş işıqlandırıldı. Xüsusən də nazirin işdən çıxarılmasına paralel olaraq Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirilməsi və bir sıra yüksək rütbəli məmurların həbs olunması daha çox diqqət mərkəzində oldu və müxtəlif versiyalara yol açdı.

    Muxalifet - 26-10-2015

  4. ​Arif Məmmədovun anasını ölkədən buraxmadılar

    Azərbaycanın Avropa Şurasında və İslam Konfransında Avropa Birliyinin keçmiş səfiri olmuş Arif Məmmədovun Latviyaya getmək istəyən anası ölkədən buraxılmayıb.
    Bu barədə keçmiş səfir Facebook səhifəsində məlumat verib.
    Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəsi A.Məmmədov mayın 19-da Bakıda yaşayış binasında baş verən dəhşətli yanğından sonra öz facebook səhifəsində buna görə hakimiyyəti ittiham etmişdi.
    Onun bu fikirləri bir çox diplomatlar tərəfindən dəstəklənmiş, sonradan həmin diplomatlar vəzifəsindən azad olunmuşdu.

    Muxalifet - 26-10-2015

  5. “Yenə də naşı bir adamı MTN-in başına gətirəcəyiksə...”

    Əli Ömərov: “Mənə MTN rəhbəri vəzifəsi tapşırılarsa, onu xəyanətsiz, canla-başla, prezidentə sədaqətlə həyata keçirməyə qadir adamam”
     
    “MTN rəhbərlərinin illərdir verdiyi bütün informasiyalar yenidən yoxlanılmalıdır”
     
    “MTN rəhbərliyinə yalnız sədaqətli deyil, eyni zamanda peşəkar şəxslərin gətirilməsi vacibdir. Əks-təqdirdə yenidən ağır problemlərlə üzləşməli olacayıq”
     

    Muxalifet - 26-10-2015

  6. ​MTN-in həbs etdiyi qalmaqallı bankir yenidən “Bank Technique”nin rəhbəri oldu

    Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən və barəsində dələduzluq, mənimsəmə ittihamları ilə cinayət işi qaldırılan qalmaqallı bankir Etibar Əliyev yenidən “Bank Technique”nin rəhbəri olub.
    Bu barədə musavat.com saytı məlumat yayıb. Etibar Əliyev özü məlumatı təsdiqləyib və Qafqazinfo”ya açıqlamasında deyib ki,  ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

    Muxalifet - 27-10-2015

  7. ​Rabitə Nazirliyinin Aparat rəhbəri həbs olundu

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.
    Bu barədə virtualaz.org-a nazirlikdən bildiriblər.
    Məlumata görə, bu, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla. daha dəqiq desək, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işi ilə əlaqəlidir.

    Muxalifet - 27-10-2015

  8. ​Əli İnsanov qardaşının yasına buraxılmadı - YENİLƏNİB

    Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilməyib.
    Bu haqda modern.az-a vəkil Toğrul Babayev məlumat verib.
     
    *   *   *12:31
     
    Sabiq səhiyyə naziri Əli İnsanov dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edilib.
    Keçmiş nazirin hüquqlarını müdafiə edən vəkil Toğrul Babayevin modern.az saytına verdiyi məlumata görə, onun yas mərasimində iştirak edib-etməyəcəyi bu gün bəlli olacaq.

    Muxalifet - 27-10-2015

  9. ​Eldar Mahmudovun qohumu barəsində 3 aylıq həbs qərarı

    Bir müddət əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov həbs olunub.
    Yasamal Rayon Məhkəməsinin qərarı ilə B.Hüseynovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
    B.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.
    Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.

    Muxalifet - 27-10-2015

  10. ​Telman İsmayılov batdı, ortağı italyanlarla restoran işinə girdi

    Azərbaycan əsilli keçmiş yəhudi milyarder Telman İsmayılovun biznes ortağı Leonid Rafailov Moskvada restoran biznesinə girib.
    “Kommersant” xəbər verir ki, Rafailov Moskvanın mərkəzində yerləşən “La Scarpetta” italyan restoranının və “Don Giulio Salumeria” ərzaq dükanının həmsahibidir.
    İtalyan Culio Dzompi ilə birlikdə o, həmin biznesə 1 milyon dollar yatırıb. Partnyorlar bizneslərini genişləndirməyə və Moskvada italyan üslubunda kofe-şirniyyat evi açmağa hazırlaşırlar.

    Muxalifet - 27-10-2015

  11. ​Namizədliyini geri götürən YAP-çı Eldar Mahmudovun qohumudu

    1 noyabr parlamet eçkilərində namzizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Xəzər rayon İcra hakimiyyəti başçısının müavini Lalə Əhmədovanın seçki marafonundan uzaqlaşdırılmasının səsəbi var.
    Məlumata görə, YAP-ın namizədi, 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin favoriti Lalə Əhmədova hakim partiyanın siyahısına, bu günlərdə Milli Təhlükəsizlik naziri postundan uzaqlaşdırılan Eldar Mahmudovun kvotasından daxil edilbmiş.

    Muxalifet - 27-10-2015

  12. ​General Çovdarovun oğlu işdən çıxarıldı

    MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.
    Bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.
    Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.
     

    Muxalifet - 27-10-2015

  13. ​Elşad Abdullayevin qardaşı Baş Prokurorluqdan qovuldu

    Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elsevər Abdullayev bu gün baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib və prokurorluq orqanlarından xaric olunub.
    Bu barədə hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən məlumat daxil olub.
    Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsi virtualaz.org saytının prokuror Elsevər Abdullayevin vəzifəsindən azad olunmasına dair informasiya ilə bağlı sorğusuna cavab olaraq faktı təsdiqləyib.

    Muxalifet - 27-10-2015

  14. Mədət Quliyev peşəkarları MTN-ə qaytarır

    MTN-in öz kadr siyasətində əsasən polisin OBXSS və cinayət-axtarış bölmələri əməkdaşlarına üstünlük vermiş əvvəlki rəhbərliyinin istefasından sonra nazirliyin yeni rəhbərliyi köklü kadr dəyişikliklərinə başlayıb.
    Bütün şüurlu həyatı boyu OBXSS rəhbəri işləyən və polis nazirliyinin iqtisadi cinayətkarlıqla mübarizə aparan bu qurumunun əksər iş metodlarını və ənənələrini özü ilə MTN-ə gətirən sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş peşəkar çekistlər yenidən MTN-ə qaytarılır.

    Muxalifet - 27-10-2015

  15. ​MTN-də daha bir general işdən çıxarıldı

    Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. Məlumata görə, nazirliyin istintaq idarəsinin rəisi general Mövlan Şıxəliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
    Eyni zamanda Eldar Mahmudovun yaxın qohumu olan, nazirliyin əməkdaşı Elşad Mahmudov da işdən çıxarılıb.
    Həmçinin qeyd edək ki, bir neçə gün əvvəl isə işdən çıxarılan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovu isə nazirliyin əməkdaşı Ceyhun Şadlinski əvəzləyib.

    Muxalifet - 27-10-2015

  16. ​MTN generalı rektordan 10 milyon manat istəyib

    Mahir Abdullayevin işində yeni faktlar ortaya çıxıb
     
    Fəaliyyəti dayandırılmış ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşının işi ilə bağlı yeni faktlar açıqlayıb. O bildirib ki, Mahir Abdullayevin tapılması üçün MTN-nin general Akif Çovdarov ondan 10 milyon manat tələb edib:

    Muxalifet - 27-10-2015

  17. ​"Ruslan Çovdarov işdən öz ərizəsi ilə çıxıb" – RƏSMİ AÇIQLAMA

    Azərbaycan Milli Məclisindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovun işdən çıxarılmasına rəsmi aydınlıq gətirilib.
    Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, Ruslan Çovdarov ötən gün öz ərizəsi ilə işdən çıxıb.
    R. Çovdarov MM aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsində işləyirdi.

    Muxalifet - 28-10-2015

  18. Öldürülən qızın qohumları "morq"a hücum etdi...

    Nizami Rayon Polis idarəsinin əməkdaşları İlahə Yusubovanın qatilini saxlayıblar. Bu, Sabunçu rayonunda yaşayan 1990-cı il təvəllüdlü Əliyev Babək Tərlan oğludur.

    Qətli törədəndən sonra o, 14-cü Polis bölməsinə gələrək könüllü təslim olub.

    İlkin araşdırmalara görə, gənclər arasındakı qanlı insidentə səbəb qızın valideynlərinin onu Babək Əliyevə ərə vermək istəməmələri olub.

    *   *   *13:46

    Muxalifet - 29-10-2015

  19. ​Hacı Məmmədov MTN-dən çıxarılacaqmı?

    Eldar Mahmudov onu niyə gözdən uzaq qoymurdu?

    Muxalifet - 29-10-2015

  20. ​MTN-dən təyinat açıqlaması

    Arif Babayev: "Mənim bu haqda məlumatım yoxdur"

    Muxalifet - 29-10-2015

Pages