Axtarış
The search found 105701 results in 0.006 seconds.
Search results
Zakir Nəsirovun ailəsi İlham Əliyevə müraciət etdi - ƏFV XAHİŞİ
2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs edilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Zakir Nəsirovun ailəsi generalın əfv edilməsi üçün Prezidentə müraciət edib.
Bu barədə Trend-ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.
Müraciətdə Z.Nəsirovun heç bir günahı olmadan həbs edildiyi bildirilib və buna görə də Prezidentdən generalın əfv edilməsi xahiş olunub.
Muxalifet - 25-12-2015
MTN-nin ləğvi müxalifəti gizli nəzarətdən xilas edəcəkmi?
Mirmahmud Mirəlioğlu: “MTN-nin ləğv edilməsi siyasi partiya və ya medianın gizli nəzarətdən sığortalanması demək deyil”
Əli Əliyev: “Şəxsi həyatdan kənar bütün sahələrə nəzarət dövlətin mühüm vəzifələrindəndir”
Vidadi Mirkamal: “Nə qədər ki, anti-demokratik rejim var, partiya və cəmiyyətlərə güc orqanlarının nəzarəti davam edəcək”
Əli Orucov: “Partiya və vətəndaş cəmiyyətləri ilə bağlı dinləmə və nəzarət güclənəcək”
Muxalifet - 25-12-2015
Qurani-Kərim gürcü dilinə tərcümə olundu
Tiflisdə Qurani-Kərimin Azərbaycan və gürcü dilində tərcümələrinin təqdimatı oldu
Ötən gün, Tiflisdə yerləşən “Ambasadori” mehmanxanasının iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dəstəyi ilə azərbaycanca ilk dəfə və gürcücə isə növbəti dəfə çap olunan Qurani-Kərimin tərcümələrinin təqdimat mərasimi oldu.Muxalifet - 27-12-2015
Marsda həyat olub keçib…
NASA-nın uçuş dispetçeri Robert Frost “başqa planetlərdə həyat varmı” sualına cavabverməzdən əvvəl əks-sual verib: Siz həyat deyəndə nəyi nəzərdə tutursunuz?
O deyib ki, biz başqa planetlərdə həyatdan danışanda nədənsə az və ya çox dərəcədə öz planetimizdəkinə bənzər həyatı nəzərdə tuturuq.
Məsələn, əgər həyat təbii artımdırsa, bəli heyvanlar və insanlar yaşayırlar.
Əgər söhbət böyümədən gedirsə, kristalı da canlı hesab etmək olar, axı o da böyüyür.
Frost hesab edir ki, biz əvvəlcə həyat anlayışının özü barədə müəyyən konsensusa gəlməliyik.Muxalifet - 27-12-2015
Eldar Mahmudov da həbs oluna bilər...
Artıq fəaliyyətinə xitam verilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyevin həbsi istintaqı keçmiş nazir Eldar Mahmudovun həbsinə daha bir addım yaxınlaşdırıb.
İstintaqa yaxın mənbələrdən virtualaz.org saytına məlum olub ki, MTN işi üzrə araşdırmalar dərinləşdikcə Eldar Mahmudova qarşı ittihamların irəli sürülməsi də qaçılmaz görünür.Muxalifet - 27-12-2015
Krediti ödəməsək, nə olacaq?!
Dollarla kredit götürmüş şəxslər devalvasiyadan sonra banklara ödəniş etmirlər.
Borcların silinəcəyi və ya köhnə məzənnə ilə ödəniləcəyi ilə bağlı yayılan şayiələr səbəbilə çoxları gözləmə mövqeyi tutub. Nəhayət, bununla bağlı Mərkəzi Bank məlumat yayıb.Muxalifet - 29-12-2015
Azərbaycanı gözləyən növbəti təhlükə!
Neftin qiymətinin bir neçə dəfə ucuzlaşması gözlənilir.
İqtisadiyyatı neftdən asılı olan ölkələr 2016-cı ildə ciddi sınaqlar qarşısında olacaqlar.
Muxalifet.az məlumatına görə, bu barədə “Royal Bank of Scotland” bankının ekspertləri bildiriblər.Muxalifet - 29-12-2015
Rus iti olmağın özəllikləri - "5-Cİ KOLON"DA OLANLARIN MENYÜSÜNƏ
Rusun qapısında it olmaq, avantajlı olduğu qədər də risklidir
Muxalifet - 6-12-2020
Azərbaycan sosial fəlakət astanasında
Gələn il ölkədə vəziyyətin daha ağır olacağı artıq kimsədə şübhə doğurmur
Manatı “susuz hovuzda üzdürməklə” heç nəyə nail olmaq mümkün deyil
Muxalifet - 29-12-2015
“MTN işi”ndə qara “bloknot” müəmması
İlqar Əliyevin yatağından tapılan qeyd dəftərçəsində nə yazılıb?
Muxalifet - 30-12-2015
“İlham Əliyev imkanı qaçırdı; Sanksiyalardan başqa əlac qalmayıb”
David Kramer: “Heç bir siyasi məhbusu azadlığa buraxmamaq Konqresdə sanksiyalar haqda qanun layihəsinə dəstək qazandıracaq”
Muxalifet - 30-12-2015
Bu qəzetlərə pul ayrıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Fondun 2016-cı ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat vermək üçün üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.Muxalifet - 30-12-2015
"Azdrama”ya yeni baş direktor təyin edildi
Azərbaycan Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə yeni təyinat olub.
APA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş direktoru təyin olunub.
İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.
Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.Muxalifet - 6-01-2016
DİN-in baş idarəsində faciə: xanım işçi pəncərədən yıxılıb öldü
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.Muxalifet - 6-01-2016
Canahgir Hacıyevi “Bandotdel”ə qaytardılar
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.
Bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.Muxalifet - 6-01-2016
Kredit borcuna görə özünü yandırdı – 2 GÜNDƏ 3-CÜ DƏHŞƏT
Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bu gün səhər saatlarında özünü məktəbin qazanxanasında yandırıb.
Virtualaz.org saytının Neftçala şəhər sakinlərindən əldə etdiyi məlumata görə, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş.Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.Muxalifet - 7-01-2016
Hacı Məmmədov vəkilinə nələri dedi...?
Çoxsaylı qətllər və adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov vəkili ilə görüşüb. Bu barədə Trend-ə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.
Vəkil bildirib ki, görüş zamanı H.Məmmədovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb. H.Məmmədov saxlanma şəraiti və səhhətindən şikayəti olmadığını bildirib.
A.Qazıyeva əlavə edib ki, görüş zamanı H.Məmmədovla bəzi məsələlər barədə müzakirələr aparılıb.Muxalifet - 7-01-2016
MTN polkovniki ölümündən əvvəl kiminlə üzləşib?
Eldar Mahmudovun dəstəsinin açar fiquru İlqar Əliyevlə bağlı ilginc iddialar
Muxalifet - 7-01-2016
“Cavid Qurbanov bizi qırıb qurtarmağa gəlib”
Mirsahib Sahibov: “Bizə verilən zülm, İslam yolunda şəhid olmuş 12 imamın müsibətindən pis oldu”
“İlham Əliyev hakimiyyətə gələndən sonra Ziya Məmmədov və Əlirza Süleymanova sanki Həzrət Əlinin qılıncını verdi ki, Azərbaycan xalqını kəs-doğra”
“Hürriyyət”in ötən saylarının birində xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) onlarla işçisi aclıq aksiyası keçirməyə hazırlaşır. Bələdçilər QSC rəhbərliyi tərəfindən onlara ödənilməli olan vəsatin mənimsənilməsinə etiraz edirlər.Muxalifet - 8-01-2016
Sosial-iqtisadi şok və ondan çıxış yolları
(QISA ANTROPOLITOLOJİ TƏHLİL)
BU GÜN AZƏRBAYCANDA NƏ BAŞ VERİR?
Azərbaycanda manatın bir an içində 50 faiz dəyərinin itirməsinə və bir gündə xalqın on milyard dollarlarla ölçülən ziyana düşməsinə xalqın susqunluqla reaksiya verməsi hamıda cavabını bilmədiyi iri bir sual yaradıb. Hətta hər bir fərd düşdüyü vəziyyətdə özünün bu dərəcədə sakit olmasını özü üçün belə anlaya bilmir. Bütün bunlar əslində şok vəziyyətinin təzahüridir.Muxalifet - 8-01-2016