Axtarış
The search found 105701 results in 0.115 seconds.
Search results
Fazil Məmmədov "MTN-nin adamı"nı işdən qovdu
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.Muxalifet - 24-10-2015
“AST Telman”ın Kipr şirkətinə 140 milyon dollar borcu var
Məhkəmə oliqarxın şirkətinin aktivlərinə həbs qoyub
Muxalifet - 24-10-2015
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 13 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək sərəncama götürülməsi barədə məlumat vermişik.
"Trend" MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin də işdən azad olunaraq, sərəncama göndərilməsi ilə bağlı yeni informasiya əldə edib.
Qeyd edək ki, Ə.Əliyev sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” hesab olunurdu.Muxalifet - 24-10-2015
Saakaşvili Gürcüstan hakimiyyətini istefaya çağırdı
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili qapadılmış “Rustavi 2” telekanalı ətrafında gedən proseslərlə bağlı bəyanat verib.
Məlumata görə, eks-prezident qeyd edib ki, Gürcüstan cəmiyyəti ölkənin bataqlığa qayıtmasına imkan verməyəcək.
Saakaşvili indiki hakimiyyəti 2007-ci ildə - “İmedi” telekanalı bağlandıqdan sonra göstərdiyi davranışı göstərməyə, yəni istefaya çağırıb.Muxalifet - 24-10-2015
Verglilər Nazirliyinin işdən çıxarılan idarə rəisi istintaqa cəlb olundu
Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.
APA-nın əldə etdiyi məlumata görə, V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.
* * *14:15
Vergi strukturlarında yeni təyinat olub.
Vergi Xidmətinin baş müşaviri Ramiz Ağayev Vergilər Nazirliyi Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi əvəzi təyin edilib.Muxalifet - 24-10-2015
Saakaşvili dövlət çevrilişində günahlandırılır
Qonşu ölkədə dövlət çevrilişinə cəhdlə bağlı araşdırmalara başlanılıb
Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı araşdırmalara başlanılıb.
ANS PRESS-in məlumatına görə ölkənin daxili işlər nazirliyi KİV-də sabiq prezident Mixeil Saakaşvili və Təhlükəsizlik şurasının sabiq katibi Qiqa Bokeriyanın görüşü haqda yayılan məlumatlar əsasında hərəkətə keçib.Muxalifet - 25-10-2015
General Vidadi Məmmədov saxlandı
MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası görünür, artıq başqa güc strukturlarına da çatır.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq saxlanılıb.
General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.Muxalifet - 25-10-2015
Hacı İbrahim Nehrəmli barədə daha bir iddia
"Xəzər adaları"nın tikintisi aparılan 300 hektar torpaq sahəsi zəbt olunub
Məşhur oliqarx, "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmlinin fantastik "Xəzər adaları" layihəsi ilə bağlı "Bizimyol.info" saytına sensasiyalı məlumatlar daxil olub.
Məlumata görə, vaxtilə adıçəkilən şirkətdə çalışmış mənbənin verdiyi məlumata görə, şəhərciyin tikintisi ilə bağlı heç bir dövlət sənədi yoxdur. "Xəzər adaları"nın tikintisi aparılan 300 hektar torpaq sahəsi faktiki zəbt olunub.Muxalifet - 25-10-2015
Saakaşvili səsverməyə velosiped ilə gedib
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili seçki məntəqəsinə velosiped ilə gəlib.
"Report" xəbər verir ki, bu barədə yerli "Pervıy qorodskoy" portalı məlumat yayıb.
"Bu gün bizim şəhərin taleyi həll olunur. Əgər fəal olarıqsa, şəhər çiçəklənəcək, yox əgər əvvəlki kimi olacağıqsa, o zaman elə bataqlıqda qalacağıq", — deyə Saakaşvili qeyd edib.Muxalifet - 25-10-2015
“MTN işi” daha iki nazirliyi silkələyir
Eldar Mahmudovun Afrikadakı biznesi -“Zamin Bank”la hər gün ölkədən 50 milyon çıxarıblar
Muxalifet - 26-10-2015
Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunması ilə bağlı xəbər vermişdik.
Trend keçmiş nazirin yaxın qohumu B.Hüseynov barəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işinin açılmasına dair özəl informasiya əldə edib.Muxalifet - 26-10-2015
Əli İnsanovun qardaşı vəfat edib
Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib. Bu barədə “AzPolitika”ya Deportasiya Qurbanları Cəmiyyətindən məlumat verilib.
Cəmiyyət sabiq səhiyyə naziri Əli İnsanova, eləcədə İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə səbir diləyir.Muxalifet - 26-10-2015
Bir həftədə MTN-dən 9 general uzaqlaşdırıldı – SİYAHI
Eldar Mahmudovun yaxın adamlarının vəzifədən kənarlaşdırılması prosesi davam edir. Dünən sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi olan və MTN-də çox mühüm bir vəzifə tutan daha bir general – MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Ədalət Əsədullayev də vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb. Beləliklə, artıq son bir həftə ərzində vəzifələrindən çıxarılan generalların sayı 9-a çatıb.
İndiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısı:
1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov;Muxalifet - 26-10-2015
Bakıda deputatlığa namizəd yoxa çıxıb
Azərbaycan Avropa Hərəkatının pəhbəri, Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı oktyabrın 25-də axşam saatlarında yoxa çıxıb.
Bu barədə "Turan"a R.Hacılının həyat yoldaşı Aysel Əlizadə bildirib.
O, R.Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil.
“Polisə məlumat vermişik, axtarırlar” - A.Əlizadə qeyd edib.
A.Əlizadə özü 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. R.Hacılı həm də A.Əlizadənin səlahiyyətli nümayəndəsidir.Muxalifet - 26-10-2015
Nazir müavini: Azərbaycan “Putin İttifaqı”na qoşula bilər
Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanını istisna etmir.
“RİA-novosti” bildirir ki, bunu Azərbaycan iqtisadiyyat və sənayə nazirinin müavini Sevinc Həsənova bəyan edib.
“Biz Azərbaycana fayda gətirəcək ittifaqlarda iştirak edə bilərik. Bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır”, - deyə, nazir müavini jurnalistlərə açıqlamasında vurğulayıb.Muxalifet - 26-10-2015
Hüseyn Bağırov Hacı İbrahimin layihəsinə rəy verməyib – RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş adamı Hacı İbrahim Nehrəmlinin Xəzər dənizinin sahilində tikdiyi "Xəzər adaları" layihəsinə müsbət rəy vermədiyini təsdiqləyib.
Muxalifet - 26-10-2015
İlqar Məmmədovun dişi sındırılıb
Həbsxanada döyülən zaman REAL Hərəkatının sədri İlqar Məmmədovun dişi sındırılıb. Hazırda başağrıları azalıb, durumu yaxşıdır.
Bu barədə Azadlıq Radiosuna oktyabrın 25-də onunla görüşən həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.
Vəkili Cavad Cavadov İlqar Məmmədovun oktyabrın 16-da həbsxanada döyüldüyünü iddia edərək, Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və ombudsman Elmira Süleymanovaya müraciət etmişdi.
5 GÜN SONRA HƏKİM MÜAYİNƏSİNDƏN KEÇİBMuxalifet - 26-10-2015
Zaman və Məkan arasındakı “Qatil”
Azərbaycan kinosunun möhətəşəm sənət təntənəsi
Muxalifet - 26-10-2015
Deputat ona zəng vuran seçicini polislə hədələdi
Fəzail İbrahimlinin ona müraciət edən seçiciyə cavabı: “Məni siz seçmisiniz ki, məndən dəstək istəyirsiniz?!...”
“Hürriyyət”in ötən sayında 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində seçki saxtakarlığının əsası qoyulduğu haqda informasiya vermişdik. Qeyd etmişdik ki, artıq bütün məntəqələrə VHP-dən deputatlığa namizədliyi təsdiq olunan və iki dəfə bu dairədən deputat təyin olunan Fəzail İbrahimlinin “seçiləcəyi” haqda tapşırıq verilib.Muxalifet - 26-10-2015
Kadr siyasətinin fəlsəfəsi... - SƏRDAR CƏLALOĞLUNUN YAZISI
Və yaxud kifayət qədər səlahiyyət əldə etmiş məmurun “birincilik” həvəsinə düşməsinin səbəbləri Məmurun səlahiyyət həddini aşması ilə əldə etdiyi zövq onda hakimiyyət əzmi hissi yaradır Azərbaycan müstəqillik əldə etdikdən sonra kadrlarla baglı iki ciddi neqativ hal durmadan inkişaf etməkdədir. Bura kadrların dövlət çevrilişlərinə və vəzifə cinayətlərinə - səlahiyyət həddini aşmağa, vəzifədən sui-istifadəyə, vəzifəsini yerinə yetirməməyə, korrupsiya və rüşvətə, nəhayət vəzifəyə bağlanmayan cinayətlərə meyl etmələri aiddir.
Muxalifet - 21-04-2018