Axtarış

The search found 105701 results in 0.006 seconds.

Search results

  1. ​Fətullah Gülənin başına milyonluq mükafat qoyuldu

    "Hizmet" hərəkatının lideri qırmızı siyahıda axtarışa verildi
     
    Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayt hazırlayıb. Məlumata görə, “mükafat nizamnaməsi” çərçivəsində hazırlanan saytda axtarılanların siyahısı qırmızı, göy, yaşıl, narıncı və boz kateqotiyalara ayrılıb.

    Muxalifet - 29-10-2015

  2. ​"AMAY Abdulla"nın işi Avropa Məhkəməsinə çıxarıla bilər

    "AMAY" ticarət mərkəzinin sahibi Abdulla Abdullayevin vəkili Osman Kazımov mətbuat konfransı keçirib.
    O. Kamızov hüquqlarını müdafiə etdiyi şəxsə 13 il azadlıqdan məhrumetmə cəzasının verilməsini "qanunsuz" adlandırıb. Onun sözlərinə görə, məhkəmə hökmünün qanunsuz olması haqda sübutlar var: "Uzun sürən məhkəmə prosesi başa çatdı. məhkəmə hökmündə göstərilib ki, dəymiş ziyan ödənilib. Amma yazılıb ki, ziyanın ödənilməsi Abdulla Abdullayevə şamil olunmasın.Digər şəxslər tərəfindən ziyanın ödənilməsi nəzərə alınır, ancaq Abdulla Abdullayevdə bu iş nəzərə alınmır.

    Muxalifet - 29-10-2015

  3. ​ Müsavatda etiraz: Tural Abbaslı boykot qərarına məhəl qoymadı

    Müsavat başqanlığına sabiq namizəd, təsisçisi olduğu “Ağ blok”un təşəbbüsü ilə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd Tural Abbaslı namizədliyini geri götürməyəcəyini bəyan edib.
    Bunu virtualaz.org saytına açıqlamasında Tural Abbaslı özü deyib. O, hesab edir ki, partiyanın seçkidə iştirakdan imtina etmək barədə verdiyi qərar yalnışdır.

    Muxalifet - 29-10-2015

  4. ​Vidadi Zeynalov haqqında 3 aylıq həbs qərarı verildi

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.
    APA-nın məlumatına görə, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.
    Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.

    Muxalifet - 29-10-2015

  5. Bakıda maaşını ala bilməyən işçilərin etiraz yürüşü

    Paytaxtda “Azərinşaatservis” MMC-nin işçiləri etiraz aksiyası keçirirlər.
    İşlədikləri halda 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər (xeberle.com).

    Muxalifet - 29-10-2015

  6. ​Xədicə İsmayılın məhkəməsi 20 gün sonraya qaldı

    Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, prosesə hakim İlqar Murğuzov sədrlik edib.
    Hakim bildirib ki, Xədicə İsmayıl məhkəmənin ilkin baxış iclasının qərarını oktyabrın 18-də alıb və həmin qərardan kasasiya şikayəti verilməyib. Onun bu qərardan 1 ay müddətinə kasasıya şikayət vermək hüququ var.
    Həmin müddət başa catmadığına görə proses noyabrın 19-na kimi təxirə salınıb.

    Muxalifet - 29-10-2015

  7. ​İrandan nüvə silahı etirafı

    Keçmiş prezident Rəfsancani nüvə silahı haqqında düşündüklərini etiraf edib

    Muxalifet - 29-10-2015

  8. ​Zakir Qaralov MTN tərəfindən 740 min dolları alınan iş adamı ilə görüşdü

    Baş prokuror Zakir Qaralov iş adamı Vidadi Əzizi qəbul edib.
    Bu barədə Lent.az-a ailənin vəkili Fəxrəddin Məmmədov məlumat verib.
    Vəkil bildirib ki, baş prokuror Vidadi Əzizi şəxsən qəbul edərək, onun şikayətini dinləyib. İş araşdırılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə verilib.

    Muxalifet - 29-10-2015

  9. Eldar Mahmudov daha bir vəzifəsini itirdi

    Yaxın vaxtlarda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçiriləcək. İclasda komissiyanın yeni sədri seçiləcək.
    Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri vəzifəsini sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov tuturdu.

    Muxalifet - 29-10-2015

  10. ​Eldar Mahmudovun atasının Naxçıvandakı abidəsi söküldü

    Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb.
    Bu barədə musavat.com məlumat yayıb.
    Saytın yazdığına görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin büstünə ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.

    Muxalifet - 29-10-2015

  11. Kadr siyasətinin fəlsəfəsi... - SƏRDAR CƏLALOĞLUNUN YAZISI

    Və yaxud kifayət qədər səlahiyyət əldə etmiş məmurun “birincilik” həvəsinə düşməsinin səbə

    Muxalifet - 30-10-2015

  12. ​MTN əcnəbilərə 15 gün ərzində elektron viza verəcək

    Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Reqlament oktyabrın 27-dən qüvvəyə minib.

    Muxalifet - 30-10-2015

  13. ​“Eldar Mahmudov kəşfiyyat rəisini tapança gəzdirməkdə ittiham edirdi...”

    “Eldar Mahmudov və ətrafı OBXSS-dəki bütün pis şeyləri milli təhlükəsizlik sisteminə gətirmişdi. Onlar nəinki təkcə təhlükəsizlik orqanları işçilərinin və hakimiyyətin nüfuzuna, eləcə də ölkənin özünün təhlükəsizliyinə ciddi zərbə vurdular.
    Onların səriştəsizliyinin və bacarıqsızlığının nəticələri özünü hələ uzun illər göstərəcək. Çünki Milli Təhlükəsizlik Nazirliyinin kadr potensialına ciddi zərbə dəyib. Yeni nəsil yetişdirmək üçün xeyli vaxt lazımdır”.
    Bunu “Turan”a müsahibəsində təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib.

    Muxalifet - 30-10-2015

  14. ​İş adamı atasının qəbri üstündə özünü güllələdi

    Azərbaycanda sahibkar atasının qəbiri üstündə özünü güllələyib.
    "Report" xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.
    Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirisanlığında atasının məzarı üstündə özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.
    Qeyd edək ki, İ.Mirələmov iki uşaq atası olub. O,biyan kökü toplama biznezi ilə məşğul olurmuş.
    Faktla bağlı araşdırma aparılılır

    Muxalifet - 30-10-2015

  15. ​Elşad Abdullayevin bacısı oğlu həbs edildi – “MTN İŞİ”

    Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.
    “Azadlıq” qəzeti yazır ki, bu haqda Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Rayon Polis Şöbəsində saxlanılır”.
    Qeyd edək ki, bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb.

    Muxalifet - 1-11-2015

  16. Nazir Əli Abbasov: "İş başındayam"

    "Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib".
    Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
    “Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq” - deyə nazir bildirib.

    Muxalifet - 1-11-2015

  17. MTN generalının adı ilə “işləyən” dələduz 4 nəfəri necə soyub-taladı...

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Aydın Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
    Virtualaz.org saytının əldə etdiyi məlumata görə, məhkəməyə hakim Zeynal Ağayev sədrlik edib.
    Dələduzluq etdiyinə görə əvvəllər də 6 il müddətinə azadlıqdan məhrum olunmuş Aydın Həsənov təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqda təqsirləndirilib.

    Muxalifet - 1-11-2015

  18. MTN-in daha bir yüksək rütbəli zabiti həbs edildi

    Milli Təhlükəsizlik Nazirliyinin daha bir yüksək rütbəli əməkdaşı həbs edilib.
    Bu barədə “Qafqazinfo” məlumat yayıb. Saytın əldə etdiyi xəbərə görə, MTN-in istintaq idarəsinin şöbə müdiri, polkovnik Vüsal Ələkbərov da işdən çıxarılıb.
    Onun cəzası bununla da bitməyib. Şöbə müdiri postundan gedəndən sonra həbs olunub.

    Muxalifet - 1-11-2015

  19. ​“Namizədliyimi geri götürmək üçün 1 milyon təklif etdilər”

    Noyabrın 1-də keçirilən parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə qoşulanların bəziləri səsvermənin nəticəsindən razı qalmayıblar. 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən namizədliyini irəli sürən professor, şair Vüqar Əhməd bu dairədə baş verən pozuntular barədə fikirlərini bölüşüb. Onun sözlərinə gör,ə dairədən deputat seçilən Dilarə Cəbrayılovanın qalibiyyətində Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin də böyük xidmətləri var:

    Muxalifet - 2-11-2015

  20. ​Araz Əlizadədən şok: "Məndə İqbalın videosu var"

    İki siyasi fiqur arasında yaranmış gərginlik get-gedə daha da artır
     
    "Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini sadəcə elan edib. Əlimdə dairə seçki komissiyasının və məntəqələrin mənə verdiyi protokollar var. Bu protokollara görə, Araz Əlizadə böyük səs fərqi ilə seçkiyə uduzub".
    Bunu ANS PRESS-ə açıqlamasında Ümid partiyasının sədri İqbal Ağazadə deyib.

    Muxalifet - 2-11-2015

Pages