Axtarış

The search found 105701 results in 0.092 seconds.

Search results

  1. MTN-lə DİN xüsusi əməliyyat keçirdi: 2 islamçı saxlanıldı

    Bu gün Neftçala rayonunda Nardaran hadisələri ilə əlaqəli 2 nəfər saxlanılıb.
    Musavat.com-a daxil olan məlumata görə, MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb.
    Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

    Muxalifet - 29-11-2015

  2. YAP-ın böyük qüsuru - TƏHLİL

    Heydər Əliyevə olan sevgi Azərbaycan Cumhuriyyətinin qurucusuna qarşı nifrətə çevrilə bilməz
     
    ...İki türk bir araya gələrsə, dövlət qurmaq haqda düşünərlər. Ona görə biz türklərdə dövlət müqəddəsdir və baba anlamına gəlir. Rəsulzadə də yoxdan dövlət quracaq o iki kişidən biridir. Ona görə də hər kəs həddini biləcək!
     

    Muxalifet - 4-12-2015

  3. ​MTN generalı daha 7 cinayətdə ittiham olundu

    Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olub.
     
    “Report”un əldə etdiyi məlumata görə, rəsmi ittihama əsasən S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb.
     

    Muxalifet - 8-12-2015

  4. ​"AST Telman"ın əfsanəvi restoranı satışa çıxarıldı

    Andrey Kostinin VTB qrupu Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun aktivlərinin mülkiyyətçisi olub və məşhur “Praqa” restoranı ilə “Tropikano” biznes mərkəzini satışa çıxarıb.
    Bu barədə "Forbes" öz mənbəsinə istinadən məlumat yayıb.
    Mənbə xatırladıb ki, “Praqa” restoranı və “Tropikano” biznes mərkəzi, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.
    VTB-də "Forbes"ə İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina ediblər.

    Muxalifet - 10-12-2015

  5. ​1 nömrəli narkobaron İŞİD liderini hədələdi: “Bir də mənim malıma əl vursan...”

    Dünyanın 1 nömrəli narkobaronu hesab edilən və bir neçə ay əvvəl yeraltı tunellə Meksikanın ən sərt rejimli həbsxanasından qaçan Hoakin Qusman “İslam Dövləti” terrorçu qruplaşmasının lideri, “xəlifə” Əbu Bəkr əl-Bağdadiyə məktub göndərərək ona məxsus narkotik partiyasını məhv etməyə görə hədələyib.
    Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Sick Chirpse” adlı internet-portala istinadən Rusiya KİV-ləri yazır.

    Muxalifet - 10-12-2015

  6. ​Cahangir Hacıyevdən ilginc hesabat

    Bankir «kredit qalmaqalı» ilə bağlı hazırladığı sənədi ölkə başçısına təqdim etmək istəyib

    Muxalifet - 10-12-2015

  7. Putin Rusiyanın Türkiyədəki agenti olub - İŞ YOLDAŞINDAN ŞOK İDDİA

    Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia irəli sürülüb.
    Türkiyə mətbuatında Putinin Türkiyədə agentlik etdiyi ilə bağlı məlumatlar dərc olunub.

    Muxalifet - 10-12-2015

  8. ​“MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli oldu

    Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə 21 şəxs məsuliyyətə cəlb edilib.
    Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa cəlb olunublar. Bir nəfər isə isintaqdan yayındığı üçün haqqında həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Həbs edilənlərin adı açıqlansa da, axtarışda olan şəxsin kimliyi məlum deyildi.

    Muxalifet - 10-12-2015

  9. ​Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi

    Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqinə real olaraq başlanılıb.
    Bu haqda vəkil Cavad Cavadov məlumat verib. O qeyd edib ki, bu dəyişiklik nazirlik rəhbərliyinin dəyişməsi ilə bağlıdır:

    Muxalifet - 10-12-2015

  10. ​Azərbaycan haqda sensasion açıqlama - 9 MİLYARDI ÖLKƏDƏN KİMLƏR VƏ NECƏ ÇIXARIB?

    ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb.
    Bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır.
    Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb. Siyahıda 148 ölkənin adı var.
    İlk sıralarda isə Çin 139,228 milyard dollarla Rusiya isə 104,977 milyard dollarla başçılıq edir.

    Muxalifet - 10-12-2015

  11. ​Bakıda daha bir islamçı saxlanıldı

    "Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.
    Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb.
    O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
    Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

    Muxalifet - 10-12-2015

  12. ​Misir Mərdanovun qardaşı işdən çıxarıldı

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.
    Trend-in məlumatına görə, bu gün İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb.
    İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

    Muxalifet - 10-12-2015

  13. ​Qubalı məmur borca görə intihar edib - deputatdan açıqlama

    Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi Füzuli Şərifov ötən gün dünyasını dəyişib.
    48 yaşlı Füzuli Şərifovun intihara əl atmasının səbəbi məlum olub.
    Milli Məclisin Qubadan seçilmiş deputatı Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, icra nümayəndəsi borcu olduğuna görə canına qıyıb.
    “Füzuli Şərifovun müəyyən adamlara borcu olub. Borcunu ödəyə bilmədiyi üçün o, intihar edib. Füzuli yaxşı insan idi. Təəssüf ki, o, bu addımı ataraq canına qıydı”.

    Muxalifet - 10-12-2015

  14. ​Sabah Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq

    “Dekabr ayının 11-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apelyasiya şikayətinə baxılacaq”.
    Bu haqda məlumat verən vəkil Fəxrəddin Mehdiyev deyib ki, şikayət Nəsimi rayon Məhkəməsinin Fuad Qəhrəmanlı barəsində çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlıdır”.
    Hüquqşünas deyib ki, məhkəmədən sonra müvəkkili ilə Bakı İstintaq Təcridxanasında görüşəcək:

    Muxalifet - 10-12-2015

  15. ​ Rusiya bu dəfə də Gürcüstanın hava məkanını pozdu

    Gürcüstan Rusiya aviasiyasının ölkə sərhədlərini pozduğunu bildirib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Rusiya qırıcılarının bir neçə dəqiqə ərzində separatçı Abxaziya respublikasının ərazisindən Gürcüstanın hava məkanına daxil olduğunu bildiriblər.
    Rəsmi Tbilisi faktla bağlı İnsidentlərin qarşısının alıması üzrə beynəlxalq komitəyə müraciət ünvanlayıb.
    Son aylarda Gürcüstan Rusiya təyyarələrinin tez-tez hava məkanını pozduğunu xəbər verirlər.

    Muxalifet - 10-12-2015

  16. ​Şəmkir sakini 4-cü dəfə intihara cəhd etdi

    Gəncə şəhərində intihara cəhd edilib. Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərli şəhərin mərkəzində yerləşən yeni tikilmiş hündür mərtəbəli binanın 8-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib. Əraziyə polis əməkdaşları gəlib. Onunla aparılan söhbətdən sonra fikrindən daşındırmaq mümkün olub. T. Ələsgərli yaşayış yeri ilə bağlı problemlə üzləşdiyini və şikayətinə baxılmadığını deyib.

    Muxalifet - 10-12-2015

  17. ​Ramiz Həsənovun komitəsi ləğv edilir?

    Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir

    Muxalifet - 10-12-2015

  18. Vahid Əhmədov Naqif haqda: “Beləsi parlamentdə oturmamalıdır...”

    Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində Məmmədəmin Rəsulzadənin barəsində təhqiramiz fikirlər səsləndirən həmkarı Naqif Həmzəyevin deputat adına layiq olmadığını deyib. “Mən onun fikirlərinə çox pis yanaşıram və belə şeyləri qəbul etmirəm. Belə məsələləri tarix öz yerinə qoyur”-Vahid Əhmədov deyib.

    Muxalifet - 11-12-2015

  19. ​Mədət Quliyev: "MTN-də ixtisarlar davam edəcək"

    Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.
    M.Quliyev qeyd edib ki, MTN-də işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə, ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.
    M.Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

    Muxalifet - 11-12-2015

  20. ​Cahangir Hacıyev Maliyyə Nazirliyini ittiham edir: “O, hara baxırdı?”

    Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevə qarşı kreditlərin mənsimsənilməsi üzrə ittihamlar irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
     
    Virtualaz.org saytı xəbər verir ki, bu sözləri C.Hacıyevin vəkili Aqil Layıcov deyib.
     
    “Azadlıq” radiosuna açıqlamasında vəkil bildirib ki, əgər kredit verilibsə və qaytarılmayıbsa, bu, Cahangir Hacıyevlik məsələ deyil.
     

    Muxalifet - 11-12-2015

Pages