​“AST Telman”ın Kipr şirkətinə 140 milyon dollar borcu var

Məhkəmə oliqarxın şirkətinin aktivlərinə həbs qoyub

elman İsmayılovun Kipr şirkətinə 140 milyon dollar borcu var.
Beynəlxalq London Arbitraj məhkəməsinin 14 oktyabr tarixli qərarı ilə Telman İsmayılova məxsus Tandum LTD şirkəti Kiprin “Maqneziya” şirkətlər qrupuna daxil olan Sezaria LTD şirkətinə 2010 - 2011-ci ildə şəxsən Telman İsmayılovun zəmanəti ilə verilmiş borc üzrə 100 milyon dollar, eləcə də, 40 milyon dollardan çox faiz və məhkəmə xərclərini ödəməlidir.
“İsmayılovun Tandum LTD şirkəti 2011-ci ilin ortalarından başlayaraq, ödəməni dayandırıb. Maliyyə problemləri Ukraynada planlaşdırılmış layihələri həyata keçirmə imkanının olmaması ucbatından yaranmışdı”, - deyə şirkətin baş direktoru Yuliya Qaydukova məhkəmədə bildirib.
Hər iki şirkət borcların qaytarılması vaxtını 2013-cü ilin payızına qədər uzatmaq barədə razılığa gəliblər, amma o zaman da kreditora pul çatmayıb.
Ona görə, 2014-cü ilin iyul ayında Kipr şirkəti bu problemi həll etmək üçün Beynəlxalq London Arbitraj məhkəməsinə və iddia üzrə tədbirlərin təminatı üçün Kiprdə Nikosiya məhkəməsinə müraciət edib.
2014-cü ildə Nikosiya məhkəməsi Tandum şirkətinin aktivlərinə həbs qoymaq barədə qərar qəbul edib. Həbs qüvvədədir.
Bundan başqa, Beynəlxalq London Arbitraj məhkəməsi qərar verib ki, bu mülk 160 ölkədə tanınacaq və icra ediləcək, bu isə borclu olan və onlarla əlaqədar şəxslərlə səmərəli işə imkan yaradır.
İsmayılovun əmlakına, o cümlədən də, Sezaria şirkətinin iddiası ilə həbs qoyulmuş əmlakına digər kreditorlar da namizəddirlər(anspress).