Axtarış
The search found 105701 results in 0.006 seconds.
Search results
Eldar Mahmudovun və MTN rəsmilərinin həbs xəbəri təsdiqlənmir
Dünən Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudovun bu gecə həbs olunması ilə bağlı xəbər yayılıb.
Məlumatı haqqın.az saytı yayıb. Xəbərdə qeyd olunur ki, MTN şefi vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Və bu aşkarlandığına görə də həbs olunub.
İnformasiyada həmçinin bildirilir ki, Eldar Mahmudovla bərabər MTN-in digər bir qrup generalı da tutulub.Muxalifet - 18-10-2015
Yuşşenko Putinin Qarabağ planları haqda: "Bu, ona lazım deyil”
Ukraynanın üçüncü prezidenti, “narıncı inqilab” dalğasında hakimiyyətə gələrək ölkəsini 5 il (2005-2010) idarə edən Viktor Andreyeviç Yuşşenko bu gün siyasi fəaliyyətlə məşğul deyil. O, Çin və Uzaq Şərqdə bizneslə məşğuldur.
Bununla belə siyasətçilərlə təmaslarını kəsməyən V.Yuşşenko siyasi mühitdən tam uzaqlaşmayıb. Ukraynada və dünyada gedən geosiyasi prosesləri izləyir.
V.Yuşşenko virtualaz.org saytının müxbiri ilə söhbətində müasir dövrün bir sıra problmlərinə dair sualları cavablandırıb.Muxalifet - 18-10-2015
Ruslar Suriyada 6 azərbaycanlı uşaq və 2 qadını öldürdü
İŞİD üzvü olan azərbaycanlıların ailə üzvləri - 2 qadın və 6 uşaq Rusiya təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
APA TV-nin Syriahr.com-a istinadən xəbərinə görə, bu barədə Suriya insan haqları fəalları məlumat yayıb.
Hadisənin İŞİD nəzarətində olan əl-Mədain şəhərindəki çoxmərtəbəli binaya raket atılması nəticəsində baş verdiyi bildirilir.
Muxalifet - 18-10-2015
ŞOK: Cahangir Hacıyevin də həbs xəbəri yayıldı...
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edilib. Bu barədə məlumat hakimiyyət daxili mənbələrdən verilib.
Mənbə bildirir ki, həbsə səbəb dünən prezident İlham Əliyevin imzaladığı sərəncam olub. Belə ki, prezidentin imzaladığı sərəcamla milli təhülkəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.
Hakimiyyət daxilində də bu qərar çaşqınlıq yaradıb. Mənbə qeyd edir ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks nazirin qudası Cahangir Hacıyev həbs edilib.Muxalifet - 18-10-2015
Baş redaktor seçkidən çəkildi
81 saylı Beyləqan dairəsindən deputatlığa namizəd, Azərbaycan Mətbuat Şurasının üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas 1 noyabr seçkilərində iştirakdan imtina edib. Modern.azsaytının məlumatına görə, deputatlığa namizədliyini geri götürən T.Abbas bunu 81 saylı Beyləqan seçki dairəsində yaranmış süni gərginliyin getdikcə artması, seçilərin dairədə seçkinin nəticəsini indidən şübhə altına alması və seçkiyə inamsızlığı ilə izah edib.
Muxalifet - 18-10-2015
İlqar Əliyevin həbs xəbəri təsdiqlənmədi - ÖZƏL
Antiterror Mərkəzinin rəis müavini İ.Əliyev və general T.Quliyevin hazırda iş başında olduğu deyilir
Muxalifet - 18-10-2015
Rusiya mediasından Azərbaycana İŞİD xəbərdarlığı: “Təhlükə artır...”
Rusiya prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində “İslam Dövləti” (İŞİD) təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb.
Putin bildirib ki, hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onları geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.
Virtualaz.org saytı xəbər verir ki, lenta.ru bu mövzudan çıxış edərək “İslam Dövləti” sıralarında döyüşənlərin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana qarşı nə dərəcədə təhdid olduğuna dair məqalə ilə çıxış edib.Muxalifet - 18-10-2015
“The Guardian” Eldar Mahmudovdan yazdı
Britaniyanın məşhur “The Guardian” qəzeti millit təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından yazıb. Qəzet prezidentin sərəncamına müxalif liderlərdən də münasibət öyrənib:
Muxalifet - 18-10-2015
AMEA Ziya Məmmədovu “vurdu”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmənin səbəblərini açıqlayıb.
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmənin baş verməsinin başlıca səbəbi antropogen amillərdir.Muxalifet - 18-10-2015
Avro-2016-da pley-offun püşkü atıldı
Bu gün İsveçrənin Nyon şəhərində Avro-2016-nın pley-off mərhələsinin püşkü atılıb. Öz qruplarında 3-cü yerləri tutan 8 komanda Parisə son 4 vəsiqə uğrunda mübarizə aparacaq. Püşkatmanın nəticəsinə əsasən pley-offda aşağıdakı cütlüklər qarşılaşacaq.
Ukrayna-Sloveniya
İsveç-Danimarka
Bosniya və Herseqovina-İrlandiya
Norveç-Macarıstan
İlk oyunlar 12-14 noyabr, cavab qarşılaşmaları isə 15-17 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, Avro-2016-nın final mərhələsinin püşkatması Parisdə dekabrın 12-də keçiriləcək.Muxalifet - 18-10-2015
İslam Kərimov MDB-i sərt tənqid etdi
Özbəkistan prezidenti İslam Kərimov bildirib ki, postsovet məkanında gündəm çərçivə xarakteri daşıyır, müzakirə olunan məsələlər isə reallıqdan uzaqdır. Onun sözlərinə görə, MDB iştirakçı ölkələrin mübahisələrini həll etmək imkanı verir, lakin müzakirə olunan məsələlərin mövcud situasiyaya heç bir aidiyyadı yoxdur.
Muxalifet - 18-10-2015
Deputat Eldar Mahmudovu “topa tutdu”
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Eldar Mahmudov işdən çıxarılandan sonra mətbuatda bu olayla bağlı geniş müzakirələr açılıb. Hətta eks-nazirin həbsini iddia edənlər də var.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Prezidentin sərəncamına münasibət bildirib.
Onun sözlərinə görə, bir çoxları üçün gözlənilməz olan bu addımın əsl səbəbləri yalnız ölkə rəhbərinə bəllidir.Muxalifet - 18-10-2015
Gürcüstan XİN-in yeni başçısı Bakıya gəlir
Gürcüstanın yeni təyin olunan xarici işlər naziri Georgi Kvirikaşvilinin sabahdan Azərbaycana rəsmi səfəri başlayır.
Xarici İşlər Naziriyindən mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı barəsində danışıqlar aparılacaq.
Qeyd edək ki, Georgi Kvirikaşvili xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana edir.Muxalifet - 18-10-2015
İlham Əliyev fövqəladə toplantı keçirdi
Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.
Məlumata görə, bu gün bazar günü olmasına baxmayaraq dövlət başçısı işə çıxıb.
Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.
Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.Muxalifet - 18-10-2015
Eldar Mahmudovun rəis əmisi oğlu işdən çıxarılıb... - YENİLƏNİB
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudov Səbayel Rayon Polis İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
Daxili İşlər Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, İ.Mahmudovun vəzifədən kənarlaşdırılması ilə bağlı daxili işlər naziri tərəfindən imzalanmış əmr də var, amma həmin əmrin icrası ləngiyir.
* * *10:22
Səbayel Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.Muxalifet - 20-10-2015
Putinin orden verdiyi azərbaycanlı iş adamı kimdir?
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu günlərdə azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu “Dostluq” ordeni ilə təltif edib.
Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə.Rəhimova “əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə” verildiyi qeyd olunub.
Bəs Putinin orden verdiyi azərbaycanlı iş adamı kimdir?Muxalifet - 20-10-2015
Beynəlxalq Avtovağzalın sökülmə təhlükəsi…
“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Lent.az-a açıqlamasında bildirib.
Ələmdar Piriyev bildirib ki, Avtovağzal kompleksi ərazisində oturma, aşınma prosesi hələ də davam edir, gün keçdikcə çatlarda genişlənmə müşahidə olunur: “Hazırda həmin ərazidə bərpa işləri davam etdirilir. Ərazi nəzarətdədir”.Muxalifet - 20-10-2015
Nizami Piriyev "Qazprom"la müqaviləni pozdu…
AzMeCo (Azərbaycan metanol zavodu) Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasını dayandırıb.
AzMeCo-dan verilən məlumata görə, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil.
"Mövcud qiymətlərlə qazın alınmasına davam etmək, istehsalın zərərlə işləməsinə səbəb olur, ona görə də "Qazprom" şirkətindən qazın alınmasını dayandırmaq haqqında qərar qəbul olunub" - AzMeCo-dan bildirilib.Muxalifet - 20-10-2015
Müştərinin hesabına səhvən 6 milyard dollar köçürüldü
Bu ilin iyun ayında Almaniyanın “Deutsche Bank” bankının müştərinin hesabına səhvən 6 milyard dollar köçürdüyü məlum olub.
“The Financial Times” qəzeti xəbər verir ki, əməliyyatı bankın valyuta şöbəsinin kiçik əməkdaşı həyata keçirib. Həmin vaxt şöbənin rəhbəri məzuniyyətdə olub.
Əməkdaşın xətası ondan ibarət olub ki, o, gün ərzində həyata keçirdiyi əməliyyatların qalığını hesablamayıb və onları ümumi məbləğ kimi götürüb.Muxalifet - 20-10-2015
Daha bir qurum Nəqliyyat Nazirliyindən alınacaq
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.
APA-nın məlumatına görə, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.
O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.Muxalifet - 20-10-2015