Prezidentin maşınına tüpürdüyü üçün cərimələndi
27-03-2015 00:03

Prezident Rəcəb Tayyib Ərdoğanın avtomobilinə tüpürən gəncin cəzası bəlli olub.
Türkiyə mətbuatı xəbər verir ki, baş nazir olduğu dövrdə Ərdoğanın avtomobilinə tüpürdüyü iddiasıyla mühakimə olunan 28 yaşlı Fatih Koçkəsənə “İctimai vəzifəlini təhqir etməkdə təqsirli bilinmə” maddəsi ilə pul cəzası kəsilib.
Şübhəlinin şəxsiyyəti, ictimai və iqtisadi vəziyyəti, mühakimə etmə prosesində peşmanlığı və cinayətin xüsusiyyətlərini nəzərə alan məhkəmə Koçakəsənə 7 min 600 lirə pul cəzası verib.
Şübhəlinin daha əvvəl cinayət törətmədiyi nəzərə alınaraq ona oxunan hökm ləğv olunub.