8 və 10 yaşlı iki qardaş suda boğulub
11-06-2017 16:30

Qazax rayonunda iki qardaş suda boğulub.
Rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlukəndin ərazisində süni yaradılmış göldə boğulub.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.