​Keçmiş spiker kürəkəninin həbsi haqda AÇIQLAMA YAYDI

Bülənt Arınç: “Əkrəm Yetər FƏTÖ üzvü olmayıb, dövlətin yanında yer alıb”
 
Türkiyə parlamentinin sabiq sədri, AKP-nin qurucularından və vaxtilə prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamlarından biri hesab olunan Bülənt Arınç kürəkəni Əkrəm Yetərin saxlanılması və daha sonra sərbəst buraxılması ilə bağlı yazılı açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkədəki profilində status paylaşan Arinç “Əkərm Yetər mənim kürəkənim olduğu üçün deyil, qanunun gərəyi olaraq sərbəst buraxılmışdır” - deyib.
O, daha sonra qeyd edib ki, kimliyindən asılı olmayaraq FƏTÖ ilə əlaqəsi olan hər bir şəxsin həbsinə tərəfdardır: “Qızım, oğlum, kürəkənim olmasından asılı olmayaraq, FƏTÖ ilə kriminal əlaqəyə girmiş hər bir şəxsin gözünün yaşına baxılmadan həbs olunmasını dəstəkləyirəm. Ancaq buna da əminəm ki, Əkrəm Yetər FƏTÖ üzvü olmayıb, dövlətin və vətənin yanından yer alıb”.
Xatırladaq ki, Yıldırım Beyazıt Universitetində müəllim işləyən Əkrəm Yetər Bülənt Arınçın qızı Ayşəgül Arınç ilə evlidir. Onların 12 yaşında Mehmet Akif adında bir övladları var.
Muxalifet.az