Axtarış
The search found 105712 results in 0.008 seconds.
Search results
ABŞ-ın ərəb ölkələrinin Qətərlə əlaqələri kəsməsinə münasibəti
Birləşmiş Ştatlar Körfəz ölkələri və Misirin Qətərlə aralarındakı fərqliliklər üzərində işləməyə çağırıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yəmən, Maldivlər və Misir terror təşkilatları ilə olan əlqələri və ABŞ-ın İrana qarşı qərəzini sual etməsi səbəbilə Qətərlə əlaqələrini kəsib. Bu ölkələrin hamısı İslam Dövləti və İranın nüfuzunu artırmasına qarşı mübarizədə ABŞ-ın müttəfiqidir. ABŞ rəsmiləri deyir ki, əlaqələrin kəsilməsi bu səylərə zərər vurmayacaq.Muxalifet - 7-06-2017
Qətər böhranının Trampdan gəldiyi bəlli oldu
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salmanla Ər-Riyadda Ərəb İslam Amerika sammitində
ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinin liderləri ilə Qətərlə diplomatik münasibətlərin kəsilməsi məsələsini müzakirə etdiyini bildirib.Muxalifet - 7-06-2017
Restoranlarda reyd - 8 vəhşi heyvan müsadirə olundu
Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlar, istirahət mərkəzlərində müxtəlif növ quş və yırtıcı heyvana rast gəlmək olar.
Ölkənin bəzi yüksək ranqlı məmurlarının vəhşi heyvanlara marağının olması da heç kəsə sirr deyil. Sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun restoranlardan birində ayı ətindən kabab bişirtdirməsindən sonra restoran şəbəkələrinin vəhşi heyvanlara marağı daha da artdı.
Elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) belə halların aradan qaldırılması üçün mütəmadi olaraq reydləri artırdı.Muxalifet - 7-06-2017
Polis əməkdaşını vurub xəstəxanalıq etdi... – BAKIDA
Bakıda "London taksisi" polis əməkdaşının vurub.
Hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb.
10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub.
Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib.
Muxalifet2 - 7-06-2017
"Minsk qrupu Qarabağ probleminin həllində acizdir" - Ərdoğan
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.
Türkiyə prezidenti deyib: "ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridirlər. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır".Muxalifet - 7-06-2017
Səfirliyin avtomobili qəzaya düşdü - BAKIDA
Bakıda səfirlik maşını qəzaya düşüb.
Belə ki, Nəsimi rayonu, Bakıxanov küçəsində Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Nissan Patrul” markalı, 062 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon sakini, 10 NP 318 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır(apa).Muxalifet2 - 7-06-2017
“Azərbaycandakı iqtisadi modeldə problemlər var” – Natiq Cəfərli
Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir ki, 2017-ci ildə Azərbaycanda ÜDM 1,4% azalacaq, 2018-ci ildə isə 0,6% artacaq. Proqnozlarda bildirilib ki, bu il resessiyaya bank sistemində baş verən neqativ proseslər, sərt pul-kredit siyasəti və s. amillər səbəb olacaq.
Bununla yanaşı, DB Azərbaycan iqtisadiyyatında irəliləyişin baş verdiyini də qeyd edir.
İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan 4 ayın rəsmi məlumatlarda da təxminən eyni göstəricilərdir:Muxalifet - 7-06-2017
Növbəti tədris ili üçün ali məktəblərə qəbul planı açıqlanıb
2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı açıqlanıb.
Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə 160 ixtisas üzrə 43000 plan yeri ayrılıb. Onlardan 14 000-i I, 12 500-ü II, 10 000-i III, 3300-ü IV, 3200-ü isə V ixtisas qrupu üzrə nəzərdə tutulur.Muxalifet - 7-06-2017
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu
Bakıda avtobus qəzası baş verib.
Verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb. 202 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu “İsuzu” markalı yük maşını ilə toqquşub.
Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
Muxalifet2 - 7-06-2017
Elektron hərracın QAYDALARI
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət hazırlanıb və Komitənin Elekton Xidmətlər (e-emdk.gov.az) o cümlədən Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilib.
Komitədən verilən məlumata görə, tətbiq edilən elektron xidmətlərin məqsədi vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini təmin etməkdir.Muxalifet - 7-06-2017
İran parlamentində atışma - SON DƏQİQƏ
İran parlamentində silah səsləri eşidilib.
Bununla bağlı "Fars" və "Mehr" agentlikləri məlumat yayıb.
Hadisə zamanı naməlum şəxs parlamentdə atəş açıb. Olay nəticəsində azı 1 nəfər yaralanıb.
"Tasnim" xəbər agentliyinin məlumatına görə, 3 silahlı parlament binasına hücum edib. Mühafizəçi və daha 2 nəfər yaralanıb.
Hazırda silah səsləri gəlməkdə davam edir.Muxalifet - 7-06-2017
Qətər XİN: "Dialoqa hazırıq"
Qətər bir sıra ərəb ölkələri ilə münasibətlərdə yaranmış böhranın həlli üçün dialoqa hazırdır.
Bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman bin Casim Al Tani deyib.
O qeyd edib: "Region ölkələri superdövlət deyillər ki, problemləri hərbi yolla həll etsinlər".
Nazir əlavə edib ki, Qətər terrorizmi dəstəkləmir.Muxalifet - 7-06-2017
Gəncə sakini özünü bıçaqlayaraq öldürüb
Gəncə şəhər sakini özünü öldürüb. APA-nın verdiyi məlumata görə, şəhər sakini 1955-ci il təvəllüdlü Allahverdiyev Vidadi Məhəmməd oğlu yaşadığı evdə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
V. Allahverdiyev aldığı bıçaq yarasından dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.Muxalifet2 - 7-06-2017
ZİYA MƏMMƏDOVUN AİLƏ ŞİRKƏTİ ƏLDƏN GEDİR - Villaları da satışa çıxarılıb
Sabiq nazirə Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb….
Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun və ailəsinin biznesinin tezliklə çökəcəyi barədə məlumatlar təsdiqlənir. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra ölkə iqtisadiyyatında ağırlıq təşkil edən biznes strukturlarını təhvil verməyə razılaşıb.Muxalifet - 7-06-2017
DİLLƏR UNİVERSİTETİNDƏ YENİ TƏYİNATLAR – Kamal Abdulla kadrlarını Universitetə transfer edir
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunun bazasında Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradıldıqdan sonra Kamal Abdullayev Dillər Universitetinə rektor təyin olundu.
Muxalifet - 7-06-2017
“İcra başçısı tanıyıram, çoban rayonu ondan qat-qat yaxşı idarə edər”
Strateq.az-ın budəfəki müsahibi cəsarətli qələmin, kəsərli sözün ucaltdıqlarındandır – Azərbaycanın xalq şairi, tanınmış yazıçı-publisist, 25 il Azərbaycan parlamentinin deputatı olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı… Ötən ay 71 yaşını haqlamış bu ziyalı-siyasətçimizlə hakimiyyətin ona olan soyuq münasibətindən tutmuş, son günlərin əsas problemlərinədək, bir çox məsələlər barədə söhbətləşmişik.
– Sabir bəy, çoxdandır görünmürsünz? İctimai planda, sanki, arxa planakeçmisiniz. Görünməyə ehtiyac duymursunuz?Muxalifet - 7-06-2017
Qətər böhranı neft qiymətlərinə risk yaradır
Muxalifet - 7-06-2017
Cəmil Həsənli yoxlanışa məruz qalması ilə bağlı danışdı
O, ilk dəfə belə halla rastlaşdırğını bildirib
Mayın 7-də Milli Şuranın sədri Cəmil Həsənli Çindən qayıdarkən Bakı hava limanında gömrük yoxlamasına məruz qalıb.
Milli Şuranın sədri Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu, ölkədə müxalifətə qarşı repressiya və ayrı-seçkilik siyasətinin tərkib hissəsidir. O, Bakı hava limanında ilk dəfə belə yoxlamaya məruz qaldığını deyib.Muxalifet - 7-06-2017
SEPAH GENERALI: "İntiqamımızı Səudiyyə Ərəbistanından alacağıq"
İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) bu gün Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami “Mehr” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
Bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.Muxalifet - 7-06-2017
"ABŞ İrandakı teraktla Türkiyəyə xəbərdarlıq etdi" - EKSPERT
Bu hücum ABŞ-ın Yaxın Şərqdə hökmranlıq qurmaq məqsədilə Türkiyə, İran və Qətərə etdiyi bir xəbərdarlıqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Rafət Aslandaş bildirib.Muxalifet - 7-06-2017