İŞİD Əsədin silah anbarını belə partlatdı
25-10-2017 22:58

İŞİD terror qruplaşması Suriya rejiminin Deyr əz-Zorda yerləşən silah-sursat anbarını partladıb.
Muxalifet.az xəbər verir ki, partlayışın dron vasitəsilə törədildiyi bildirilib.
Ard-arda baş verən partlayışdan sonra silah anbarı tamamən külə dönüb.
Qeyd edək ki, Əsəd rejiminin Deyr əz-Zorda İŞİD-ə qarşı hərbi əməliyyatları davam edir.