​İŞİD Rusiyanı DÇ İLƏ HƏDƏLƏDİ

İŞİD terror təşkilatı Rusiyanı təhdid edib. “Qafqazinfo” xəbər verir ki, onlar gələn il Rusiyada keçiriləcək dünya çempionatının stadionlarını partlatmaqla qorxudub.
Ümumiyyətlə, terrorçular son vaxtlar sosyal mediadakı hesablarından DÇ-lə bağlı təhdid dolu şəkillər paylaşmağa başlayıblar. Bu paylaşımlarda ən çox yadda qalanı isə Messi ilə bağlıdı.
Argentinalı ulduzun dəmir barmaqlılar arxasında qan ağlayan yerdə şəkli paylaşılıb. İŞİD-in Rusiyanı hədəf almasına əsas səbəb isə adıçəkilən ölkənin Suriyada Bəşşər Əsəd hökümətinə dəstək olması və terroristləri hava bombardmanına məruz qoymasıdır.