TÜRK QALXANI BÖYÜYÜR - Sensasion gəlişmə!

Suriyadakı terror dəhlizinin qarşısını kəsmək və təhdidləri dəf etmək üçün “Fərat Qalxanı” əməliyyatını başladan Türkiyə, İdlibə müdaxilə etməklə, təhlükəsizlik çevrəsini genişləndirir.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azez, Cerablus və Əl Babı təmizləyən TSK, buna son olaraq İdlibi əlavə edib. İndi növbədə Afrin və Münbiç üçün günlər sayılır.
Türkiyə atdığı addımlarla bölgədə qurulan oyunları pozur. İŞİD-i qovmaq və Suriyalıların təhlükəsiz şəkildə yaşayacağı bir region əldə etmək üçün edilən “Fərat Qalxanı” hərəkatı sayəsində terror dəhlizinə böyük bir xəncər vuruldu.
Azez-Bab-Cerablus üçbucağında 2 min 15 kvadrat kilometrlik ərazinin təhlükəsiz vəziyyətə gətirilməs ilə yüz minlərlə Suriyalı bu bölgəyə geri qayıtdı. Azez, Dabık, Bab, Cerablus sakinləri üçün evlərində əmin-amanlıqla yaşaya biləcək vəziyyət yaradıldı. TSK indi isə qərbdə yerləşən İdlibdə təhlükəsizlik hərəkatı həyata keçirir. Türkiyə milyonlarca məzlumun təhlükəsizliyi üçün ümid yeri oldu.
MÜNBİÇ VƏ AFRİN ZAMANI
Türkiyəyə sığınan çox sayda Suriyalı Babdan İdlibə uzanan ərazinin tam təhlükəsiz vəziyyətə gətirilməsini gözləyir ki, rahat ölkələrinə dönə bilsinlər. Planlaşdırmalara görə, “Fərat Qalxanı” genişlənərək davam edəcək. Azez-Cerablus-Bab-İdlib xəttində etibarlı dəhliz yaranacaq. Münbiç və Afrinin də terrorist ünsürlərdən təmizlənərək təhlükəsiz hala gətirilməsi ilə birlikdə Türkiyə 911 km-lik Suriya sərhəddinin 511 km-lik böyük hissəsində nizamı təmin etmiş olacaq.
Bu ərazi uzun illər Türkmənlərin yaşadığı torpaqlar kimi tanınır. İraqda isə Ovaköy ticarət yolu ilə terror zolağını yarmağı planlaşdıran Türkiyə, İraq və İran ilə atılacaq birgə addımlarla başda Kərkük və Mosul olmaqla, Bərzaninin işğalı nəticəsində dəyişdirilən demoqrafik vəziyyəti yenidən əvvəlki halına qaytaracaq. Ovaköy layihəsi sayəsində İraqdakı PKK ilə Suriyadakı PYD arasındakı “xilasetmə” xətti kəsiləcək. Dəclənin qərb hissəsi də tamamilə Bağdadın nəzarətinə keçəcək.
Türkiyə sərhədləri xaricində PKK-ya qarşı birgə əməliyyatlar da gündəmdədir. Zapdan Sincara qədər bütün bölgənin terrorçulardan təmizlənməsi məqsədi güdülür. Ağdənizdən İran sərhədinə qədər uzanan, hətta "Türkiyə Qalxanı” mənasını verən əməliyyatlar zənciri region ölkələri ilə əməkdaşlıq içində atılacaq. “Terror dəhlizi” planlarını dəfn edəcək hərəkatla birlikdə işğalçılar da bölgəni tərk etmək məcburiyyətində qalacaq.
Müxalifət.az