Dəniz Baykal üçün KRİTİK AÇIQLAMA

 Yatızdırılaraq müalicəsinə davam edilən 79 yaşlı Baykalın həyatı təhlükəsinin olduğu bildirilib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş CHP sədri və CHP Antalya Millət Vəkili Dəniz Baykalın Ankara Universiteti Tibb Fakültəsinin İbn Sina Xəstəxanasında müalicəsi davam edir.
 
 HƏYATI TƏHLÜKƏSİ VAR
 
 3 dəfə əməliyyat olan Baykalın 72 saatlıq kritik dövrü keçdi.
  Həyati təhlükəsi davam edən Dəniz Baykalın müalicə prosesi tomoqrafiya nəticələrinə görə müəyyənləşdiriləcək.
 
 PİSƏ DOĞRU GEDİŞ YOXDUR
 
 Renimasiyada yatızdırılaraq intensiv müalicə edilən Dəniz Baykalın vəziyyətində pisə doğru gedişin olmaması bir ümid işığı kimi görünür.
 
 BAYKAL ÜÇÜN XÜSUSİ PROFESSOR
 
 Dəniz Baykalı xəstəxanada ziyarət edən prezident Rəcəb Tayyib Ərdoğanın göstərişilə dünyaca məşhur beyin cərrahı Professor Dr. Uğur Törə, prezidentə məxsus xüsusi təyyarə ilə İstanbuldan Ankaraya aparılıb.
 Törə, reanimasiya yatızdırılaraq müalicə edələn 79 yaşlı Baykalı müayinə edib.
Müxalifət.az