​"Qarabağın həllində Rusiya…" - KEÇMİŞ HƏMSƏDR

ABŞ və Rusiya arasındakı gərgin münasibətlərə baxmayaraq, Qarabağ konflikti bizim Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir.
Bunu Helsinki Komissiyasının təşkil etdiyi brifinqdə çıxışı zamanı ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik söyləyib. Onun sözlərinə görə, Rusiya Qarabağın sülh yolu ilə həllinə sadiqdir.
Uorlikin bu fikri ilə daha bir keçmiş amerikalı həmsədr Keri Kavano da razılaşıb. O da Rusiyanın bu prosesə çox səy sərf etdiyini bildirib:
 “Rusiya 2016-cı ilin aprelində əsas oyunçu idi. Mənə elə gəlir ki, Rusiya hər zaman mərkəzi oyunçu olacaq”.
Kavano həmçinin Rusiyanın bu konflikti təkbaşına həll edə bilməyəcəyinə əmin olduğunu söyləyib. O, Moskvanın konfliktin bundan sonrakı eskalasiyasında maraqlı olmadığını deyib.