​Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq

Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq.
Muxalifet.az-ın report-a istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif olunur.
Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürmə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir.