Şəmkir sakini BIÇAQLANDI

Şəmkirdə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 32 yaşlı Taleh Abbasov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qohumları T. Abbasovun əmisi oğlu tərəfindən mübahisə zəminində bıçaqlandığını bildiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.