Sakit okeanda zəlzələ

Sakit okeanda Tonqo adası sahillərində 5.6 bal gücündə zəlzələ baş verib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların UTC vaxtı ilə 14:04-də baş verdiyi bildirilib.
Zəlzələnin episentri Nukualofa şəhərindən 238 km şimalda, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Sunami təhlükəsi gözlənilmir.