İraqda İŞİD-lə son döyüşlər Suriya ilə sərhəddə olacaq
8-10-2017 09:14
Həmin ərazidə 2 minə yaxın yaraqlı var
İraqda İŞİD terror qruplaşmasına qarşı həlledici döyüşlər Suriya ilə sərhəd yaxınlığında olacaq.
Bunu ABŞ-ın briqada generalı Robert Sofc deyib.
"İraqda İŞİD terrorçuları ilə həlledici döyüşlər Suriya ilə həmsərhəd bölgədə, Fərat çayının orta axınında olacaq", - deyə TASS İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya komandanlığının nümayəndəsinin sözlərini sitat gətirib.
Sofc əlavə edib ki, həmin ərazidə 2 minə yaxın yaraqlı var. Onun sözlərinə görə, bunlar əvvəlki döyüşlər zamanı sağ qalıb əsir götürülməyənlərdirlər. İndi sağ qalan ekstremistlər yerli əhali arasında səpələnərək gizlənməyə çalışırlar.