​Rusiya yenidən 30 obyekti təcili boşaltdı

Moskvada yenidən 30 obyekt terror təhdidi ilə əlaqədar boşaldılıb.
Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Obyektlərin boşaldılmasına səbəb naməlum zənglər olub.
Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov naməlum şəxslərin sayının 4 olduğunu və onların xarici ölkələrdən zəng etdiyini bildirib.