FSB-dən şok: Terror təşkilatları millətçi dəstələrlə...
4-10-2017 14:47

Terrorçuların liderləri Avropa və Rusiyadakı etnik mütəşəkkil cinayətkar qruplarla güclü əlaqələr qura biliblər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov söyləyib.
“Öz məqsədlərinə çatmaq üçün beynəlxalq terror təşkilatlarının liderləri miqrasiya axınlarından geniş istifadə edirlər. Bəzi ölkələrin milli sərhədlərinin tam və qismən açıq olması terrorçuların bu ölkələrə qaçqın və ya miqrant şəklində daxil olmasına imkan yaradır”, - deyə o bildirib.
O, həmçinin, beynəlxalq terrorçular tərəfindən yaradılan kiber dəstələrin ekoloji fəlakət yaratmaq iqtidarında olduğunu söyləyib.