Türkiyədən öz vətəndaşlarına QARABAĞ XƏBƏRDARLIĞI
4-10-2017 13:46

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altındakı ərazilərə səyahətlə bağlı bəyanat yayıb.
Nazirliyin bəyanatında Türkiyə vətəndaşlarına bu torpaqlara səyahət üçün Azərbaycan tərəfindən icazə alınmasının vacibliyi vurğulanıb.
Sənəddə bildirilib ki, bu ərazilərə səyahət edən şəxslər təhlükəsizliklə bağlı ciddi problemlərlə qarşı-qarşıya qala bilər:
“Bu problemlə üzləşməmək üçün Azərbaycanın işğal altındakı torpaqlarına səyahətdən çəkinmək məsləhət görülür”./teleqraf.com