83 yaşlı kişi 5-ci mərtəbədən yıxıldı

Gürcüstan vətəndaşı Bakıda binadan düşərək ölüb.
 
Hadisə paytaxtın Xətai rayonunda baş verib.
İ.İsmayılov küçəsində yaşayan Gürcüstan vətəndaşı, 1934-cü il təvəllüdlü Kamal Əsgərov 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin balkonundan yerə yıxılıb. O, hadisə yerindəcə keçinib./qafqazinfo.az