Zəlzələ qurbanlarının sayı 345-ə ÇATDI
30-09-2017 10:12

Meksikada baş verən zəlzələ nəticəsində qurbanların sayı artıb.
Bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.
Onun sözlərinə görə, 345 nəfər güclü zəlzələ nəticəsində həlak olub. Ölənlərin əksəriyyəti Mexiko ştatının sakinləridir. Hazırda 38 şəhərdə xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına əsasan 7,1 bal gücündə zəlzələnin episentri paytaxt Mexikodan 111 km cənubda yerləşib.