Məzahir Pənahov maşınları SATIŞA ÇIXARTDI

Əmlak Məsələləri Dövlət Komitəsi Mərkəzi Seçki Komissiyasının balansında olan avtomobilləri hərraca çıxarıb.
Komitədən verilən məlumata görə, növbəti hərrac 31 oktyabr tarixində keçiriləcək. Hərracda Mərkəzi Seçki Komissiyasının 2 avtomobili özəlləşdirməyə təqdim edilib. Komissiyasının təqdim etdiyi 1995-ci ilin “Volksvagen Polo” avtomobili artıq 3-cü dəfədir ki, hərraca çıxarılıb. Bundan öncəki hərraclarda satılmyan avtomobil bu dəfə 10% endirimlə təkrar hərracdadır. Avtomobilin ilkin satış qiyməti isə 1600 manatdır.
Digər avtomobil isə 1998-ci ilin “Daevoo Leganza” markalı minik maşınıdır. Bu avtomobil də artıq 5-ci dəfədir hərraca çıxarılır. Bu səbəbdən avtomobil 50% endirimlə satılır. Qiyməti isə 1127 manat təklif edilib.