20 dollar rüşvət alan 4 futbol hakimi ömürlük cəzalanıb

Onlar rüşvət verən klubun qələbəsini təmin edə bilməyiblər
 
Malavidə 4 futbol hakimi üst-üstə 20 dollar rüşvət aldıqları üçün ömürlük cəzalandırılıb. Bu vəsait "Nçalo Yunayted" və "Çitipa Yunayted" komandaları arasındakı görüşündə nəticənin birincilərin xeyrinə olması məqsədilə verilib.
Lakin hakimlər anlaşma şərtlərini yerinə yetirə bilməyiblər: "Nçalo Yunayted" penaltilər seriyasında uduzub. Bundan sonra klub hakimlərdən pulu qaytarmağı tələb edib. Lakin "ədalət təmsilçiləri" cəmi 15 dollar verə biliblər. Bundan qəzəblənən klub rəsmiləri yerli futbol qurumuna müraciət ediblər.
Qeyd edək ki, Aziz Nyirendanın rəhbərlik etdiyi hakimlər briqadasında Limbani Çisambi, Stefano Qomani və Cimmi Firi yer alıb./report