Moskvada 16 idarədə BOMBA AXTARILIR
26-09-2017 17:01

Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir.
KİV-lər daha öncə 7 idarəyə bu cür zəng olması barədə xəbər yayıblar. Polis anonim zənglərdən dərhal bu binalarda təxliyə apardıqdan sonra axtarışlara başlayıb.
Qeyd edək ki, ötən gün də anonim zənglər Moskvada və Qroznıda 26 binanın boşaldılmasına səbəb olmuşdu.
Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu günədək müxtəlif şəhərlərdə 500 mindən çox adam təxliyə olunub.