Gürcüstan-Rusiya sərhədində partlayış – 1 ölü, 2 yaralı

Gürcüstan-Rusiya sərhədində partlayış baş verib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi informasiya yayıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. İnsidentin qaz balonunun partlaması nəticəsində baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.