Axtarış

The search found 105783 results in 0.08 seconds.

Search results

  1. Şəkidə 33 yaşlı qadın ÖZÜNÜ ASDI

    Şəkidə 33 yaşlı qadın intihar edib.
     
    Dünən günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
    A.Abdurəhmanovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.
    Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

    Muxalifet - 20-09-2017

  2. ​Mənzildən 7 min manatlıq qızıl oğurlandı - BAKIDA

    Bakıda mənzildən qızıl oğurlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərdən birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Süleymanov tutulub.

    Muxalifet2 - 20-09-2017

  3. Nazim İbrahimovla bağlı QALMAQAL - “Mənə 159 min borcu var”

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti müəyyənləşəcək. Saat 15:00-da başlayacaq konfransda yeganə namizəd Təhsil Naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarovdur. 
     
    Federasiyanın vitse-prezidenti Yaşar Məmmdov baş verənlərlə bağlı "Qafqazinfo”ya açıqlama verib. O, bir ay öncə federasiyada keçirilən seçkilərdən, Nazim İbrahimovun seçilməsindən və  istefasından danışıb.
    Məmmədov həmçinin özünün də vitse-prezident postundan göndərilməsi xəbərlərinə münasibət bildirib:

    Muxalifet - 20-09-2017

  4. ​Türkiyə S-400-ləri bura yerləşdirəcək

    Türkiyə və Rusiya arasında imzalanmış S-400 müqaviləsindən sonra sözügedən raket kompleksinin göndərilməsi məsələsində işlər sürətlənib.
    Axar.az xəbər verir ki, raket kompleksinin Ankaradakı Akıncı hərbi bazasına yerləşdirilməsi qərara alınıb. Buna görə bazada kompleks üçün lazım olan sistemin quraşdırılmasına başlanılıb.
    2018-ci ildə Rusiyadan Akıncıya iki S-400-ün göndərilməsi gözlənilir.
    Qeyd edək ki, bir müddət əvvəl Türkiyə ilə Rusiya arasında S-400-lərlə bağlı yekun razılaşma imzalanıb.

    Muxalifet2 - 20-09-2017

  5. Zəlzələdə azı 200 nəfər həlak oldu - MEKSİKADA

    Meksikanın mərkəzində baş vermiş güclü zəlzələ nəticəsində azı 200-dən çox adam ölüb.
    7,1 bal gücündə olan zəlzələ paytaxt Mexikoda bir neçə uşağın öldüyü bildirilən bir məktəb də daxil olmaqla onlarla binanı dağıdıb.
    Prezident Enrique Peña Nieto məktəbin dağılmasından sonra 20-dən çox uşağın, 2 böyük insanın öldüyünü və 30 adamın itkin düşdüyünü deyib.
    Zəlzələ Morelos və Puebla əyalətlərində və Mexiko ştatında da geniş ziyana səbəb olub.
    Bu ayın əvvəlində Meksikada 8,1 bal gücündə zəlzələ baş verib və azı 90 nəfər həlak olub.

    Muxalifet2 - 20-09-2017

  6. “Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ

    Zərdüşt Əlizadə: “Məgər şeyxin Çexiyada mülkünün olmasıyla dünya dağılır?!”
     
    Şərqşünas, politoloq Zərdüşt Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlı mətbuatda yazılan məlumatlar barədə Modern.az saytına müsahibə verib.
     

    Muxalifet - 20-09-2017

  7. FED dolları möhkəmləndirəcək - PROQNOZ

     ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gun başlayan 2-günlük iclasının nəticələrinə dair analitiklər müxtəlif proqnozlar verir. "Report" xəbər verir ki, sabahkı açıqlamalarda FED-in uçot dərəcəsini artıracağı gözlənilmir. Lakin FED 4,5 trln. dollar həcmində olan balansını azaltmağa başlayacağı tarixlə bağlı məlumat verə bilər.

    Muxalifet2 - 20-09-2017

  8. Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı

    Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
     
    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Muxalifet - 20-09-2017

  9. Mehman Əliyev YOLU: O, Azərbaycana siyasətçi yox, JURNALİST KİMİ GƏRƏKLİDİR

    “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı müəmmalar davam edir. Bəlli olduğu kimi, Vergilər Nazirliyi ötən həftə “Turan”a qarşı vergi borcunu ləğv etdikdən sonra, sentyabrın 18-də agentliyin bank hesabları açıldı. Sentyabrın 19-da isə prokurorluq “Turan”la bağlı cinayət işi istintaqının davam etdirildiyini açıqladı.

    Muxalifet3 - 20-09-2017

  10. "Kürdlərin müstəqillik referendumu tamamilə ləğv edilməlidir" - İraqın baş naziri

    İraqın baş naziri Heydər əl-İbadi Şimali İraq Kürd Muxtariyyatının 25 sentyabr müstəqillik referendumu ilə bağlı açıqlama verib.
     
    İbadi referendumun təxirə salınmasını yox, tamamilə ləğv edilməsini tələb edib. İbadi deyib: "Bunu kökündən rədd edirik. Referendumun təxirə salınması yox, tamamilə ləğv edilməsi lazımdır".

    Muxalifet - 20-09-2017

  11. Ziya Məmmədovun bacısının direktoru olduğu liseydə araşdırma aparılır - TƏHSİL NAZİRLİYİ

    Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır.
    Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
    Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.
    M. Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C. Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.

    Muxalifet2 - 20-09-2017

  12. Bərzani şərt qoydu: “Referendum təxirə düşə bilər, ancaq...”

    Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-nə planlaşdırılan müstəqillik referendumunun təxirə salınmayacağını bəyan edib. O bildirib ki, referendumu təxirə salmağı təklif edənlər ortaya alternativ təşəbbüs qoymalıdırlar.
     
    Bu haqda Məsud Bərzani Ərbildə təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
    O bildirib ki, referendumu referendum keçirmək xatrinə təşkil etmirlər: “Referendumda məqsədimiz dünyaya müstəqillik istədiyimizi göstərməkdir”.

    Muxalifet - 20-09-2017

  13. İraqda Türkiyə MİT-in iki əməkdaşı oğurlandı

    Şimali İraq Kürd Muxtariyyətinin ərazisində Türkiyə xüsusi xidmətinin iki əməkdaşı qaçırılıb.
     
    Türkiyə Milli İstihbarat Təşkilatının iki əməkdaşının hansı şəkildə qaçırılması bəlli deyil. Bir neçə gün öncə bu haqda xəbər yayılsa da, rəsmi təsdiqini tapmamışdı.
    Ancaq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nyu Yorkda “Al-Monitor”a verdiyi müsahibə zamanı ölkənin xüsusi xidmətinin iki əməkdaşının qaçırıldığını təsdiq edib:

    Muxalifet - 20-09-2017

  14. ​AFFA İntizam Komitəsi "Neftçi" və "Zirə" klublarını cərimələdi

    İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Zirə" matçı ilə bağlı məsələlərə baxılıb. "Report"un məlumatına görə, qonaq komanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.
    Meydan sahiblərindən isə futbolçu Mirabdulla Abbasov 86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun klubuna 200 manatlıq cərimə tətbiq olunub.
    Qeyd edək ki, "Neftçi" növbəti oyununu sentyabrın 24-də səfərdə "Qəbələ"yə qarşı keçirəcək.

    Muxalifet2 - 20-09-2017

  15. ABŞ Bərzanini qorumaq üçün əsgər göndərdi

    ABŞ İraq Kürdüstanına 650 xüsusi təyinatlı əsgər göndərib.
     
    Əsgərlər xüsusi təyyarələrlə Ərbil şəhərinə gətirilib.
    Məlumatlara görə, amerikalı xüsusi təyinatlılar Kərkük, Mahmur, Kəsik və Tuzhurmatu bölgələrində xidmət edəcək. Adı çəkilən bölgələr İraq Kürdüstanının lideri Məsud Bərzaninin nəzarətindədir.
    Vaşinqtonun atdığı bu addım bir sıra Qərb dövləti tərəfindən narahatlıqla qarşılanıb. Onlar ABŞ-ın “Referendumu dəstəkləmirik” açıqlamasından sonra bölgəyə göndərdiyi əsgərlərinin əsas vəzifəsinin Bərzanini qorumaq olduğunu düşünürlər.

    Muxalifet - 20-09-2017

  16. Ərdoğana böyük diqqət: Tramp qalxıb onun yanına getdi – FOTO

    BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-a səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Assambleyanın salonunda böyük diqqətlə qarşılanıb.
     
    Ərdoğan salona girər-girməz bütün gözlər ona tərəf dönüb. Dünya liderləri ilə bir-bir salamlaşan Ərdoğan Baş Assambleyada çıxış edib. Daha sonra bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirib.
    Nahar yeməyi zamanı isə ilginc bir an yaşanıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp yerindən qalxaraq Ərdoğanın yanına gəlib və iki prezident bir müddət söhbət edib.

    Muxalifet - 20-09-2017

  17. "Beynəlxalq Bank"ın vəzifəli şəxsi məhkəmədə ifadə verib

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin dələduzluqda təqsirləndirilən  Maliyyə Menecmenti Departamentinin direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Əliyeva pulu faizlə borc aldığını deyib. O, əməlində dələduzluq faktı olmadığını bildirib.

    Muxalifet2 - 20-09-2017

  18. İspaniya polisi Kataloniya hökumətinin binasına girdi

    İspaniya polisi Kataloniya hökumətinin mənzil-qərargahında axtarış aparır.
    Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb.
    Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirməyi planlaşdırır. İspaniya bu səbəbdən ötən gün muxtariyyətin bütün maliyyə qaynaqlarına həbs qoyub.

    Muxalifet2 - 20-09-2017

  19. Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO

    Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir. Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və həmkarı Aviqdor Libermanla danışıqlar apardı.
     
     “Pravda” nəşri Azərbaycanın erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün atdığı addımlar haqda yazıb.

    Muxalifet - 20-09-2017

  20. "Eşitmişəm, pinqvinlər İsrailin dostudur" - NETANYAHU

    İsrail və İran tarixi dostluğunu Tehrandakı hakim rejim dəyişdikdən sonra yeniləyə bilərlər.
     Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
     “İranla razılaşmanı müdafiə edənlər bir zamanlar Şimali Koreya ilə nüvə razılaşmasından danışanlar idi. Bunun axırının necə olduğu hamımız gördük. Heç nə etməsək, bu müqavilənin də axırı Şimali Koreya kimi olacaq.

    Muxalifet2 - 20-09-2017

Pages