Axtarış

The search found 105783 results in 0.077 seconds.

Search results

  1. Baş nazirin müavini: "Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq"

    "Türkiyənin İraqın şimalındakı kürd müxtar bölgəsinin sentyabrın 25-də "müstəqillik"lə bağlı referendum keçirməsi məsələsində mövqeyi qətidir və bu qərarın ləğv olunmasını gözləyir".
    Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
    Onun sözlərinə görə, İraqın şimalındakı kürd müxtar bölgəsinin başçısı Məsud Bərzani odla oynayır: "Bu od hər kəsi yandıracaq. Təbii ki, İraqın şımalında yaşayan kürdlərə daha çox ziyan vuracaq. Ona görə də referendum keçirmək israrlarından əl çəkməyə çağırırıq".

    Muxalifet2 - 20-09-2017

  2. Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”

    Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Türkiyədən şikayətlənib.
    Muxalifet.az xəbər verir ki, Sarkisyan işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejimini müstəqil göstərməyə cəhd edərək, “Qarabağ xalqı”nın pis vəziyyətdə olduğunu deyib. Həmçinin, Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf edərək, onları qorumaq üçün dünyaya yalvarıb.

    Muxalifet2 - 20-09-2017

  3. "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər" - ANDJEY DUDA

    "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər".
    "Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Polşa prezidenti Andjey Duda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyanla görüşdə deyib.
    "Polşanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalıb. Əminik ki, münaqişə sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində nizama salınmalıdır", - Polşa dövlət başçısı bildirib.

    Muxalifet2 - 20-09-2017

  4. Vergilər Nazirliyi “Turan”a qarşı işi dayandırdı

     Sentyabrın 19-da “Turan” informasiya agentliyi Vergilər Nazirliyindən elektron məktub alıb. Agentliyin verdiyi xəbərə görə, 11 sentyabr tarixli həmin məktubda avqust ayında agentliyə qarşı başlanmış istintaqa xitam verildiyi bildirilir.
     Məktub Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fərid adından göndərilib və orada qeyd olunub ki, “Turan” informasiya agentliyinin 14 avqust tarixli vergi yoxlamasının ləğvi ilə bağlı xahişinə baxılıb. Həmin şikayətdə agentliyin 2014-2016-cı illərdə fəaliyyətinə dair kameral yoxlamalar üzrə qəbul edilmiş qərarlara etiraz bildirilib.

    Muxalifet2 - 20-09-2017

  5. Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək

    Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək.
    Bunu barədə Azvision.az-a Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib.
    “Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”.
    O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.

    Muxalifet2 - 20-09-2017

  6. ABŞ aktyoru Putinin prezident olma səbəbini SÖYLƏDİ - VİDEO

    "Vladimir Putin SSRİ-nin dağılmasına görə ABŞ-dan qisas almaq üçün prezident olmağa qərar verib".
     
    Belə versiya ilə Amerika aktyoru Morqan Friman çıxış edib.
    “Və bu film üçün ssenari deyil”, - Friman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinin araşdırılması üçün yaradılan komitənin hazırladığı təbliğat videoçarxında bildirib.
    Aktyor həmçinin Rusiyanı kiberhücumlarda və demokratiyanın pozulmasında ittiham edib.

    Muxalifet - 20-09-2017

  7. ​Litva prezidentinin müşaviri Putinin niyyəti və Qarabağ haqda: “Qəbuledilməzdir...”

    Rusiya prezidenti Vladimir Putinin Donbassda təmas xətti boyu BMT sülhməramlılarının yerləşdirilməsi barədə təklifi qəbuledilməzdir və münaqişə ətrafında Qarabağda olduğu kimi status-kvo formalaşdırmağa hesablanıb.
    Bunu Litva prezidentinin xarici siyasət müşaviri Neriyus Alekseyunas bildirib.
    “Qəbuledilməzdir ki, belə missiyanın Ukraynanın şərqində haradasa demarkasiya xətti boyu yerləşdirilməs təklif olunur. Başlıca məqsəd bundan ibarət olmalıdır ki, əgər BMT missiyası yaradılacaqsa sülhməramlılar Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilsin”-prezidentin müşaviri deyib.

    Muxalifet3 - 20-09-2017

  8. “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin istintaqı dayandırıldı

    “Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviçin barəsində cinayət işinin istintaqı dayandırılıb.
     APA-nın məlumatına görə, S. Kriman bir müddət əvvəl beynəlxalq axtarışa verilib. Bununla əlaqədar onun barəsində olan cinayət işinin istintaqının dayandırılmasına qərar verilib.

    Muxalifet2 - 20-09-2017

  9. Yeni nəqliyyat növü istifadəyə verildi: Yalnız qadınlar istifadə edəcək

    Türkiyənin Malatya şəhərində yeni növ trolleybuslar istifadəyə verilib.
    Publika.az xəbər verir ki, bu tolleybuslardan yalnız qadınlar istifadə edəcək.
    Çəhrayı fonda çobanyastığı çiçəyi ilə bəzədilmiş bu trolleybusların sürücüləri də qadınlar olacaq. Şəhər bələdiyyəsindən yeni nəqliyyat növü ilə bağlı verilən açıqlamada bu təşəbbüsün qadınların daha rahat və təhlükəsiz hərəkət edə bilməsi üçün həyata keçirildiyi bildirilib.
    Bələdiyyə nümayəndləri təklifin zərif cinsin nümayəndələrindən gəldiyini də qeyd edib.

    Muxalifet2 - 20-09-2017

  10. Ərdoğan-Makron görüşündə diqqətçəkən məqam - FOTO

    Prezident Adminstrasiyası rəsmi Tvitter hesabında Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makronun BMT sammiti çərçivəsində baş tutan görüşü ilə bağlı diqqət çəkən paylaşım edib.
    Axar.az xəbər verir ki, liderlərin fotosunu paylaşan rəsmi səhifə “Türkiyə prezidenti ilə görüşmək şərəfdir” - yazıb. Bu mesajla fotoda Ərdoğanın rahat, özünəinamlı şəkildə oturmasına, Makronun isə həyəcanlı görünüşünə eyham vurulub.

    Muxalifet2 - 20-09-2017

  11. “ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil” - İRAN RƏSMİSİ

    “ABŞ prezidenti Donald Trampın BMT-də İranla bağlı çıxışı onun beynəlxalq müqavilələri və hüquq prinsipləri zəif bilməsindən qaynaqlanır”.
    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
    O bildirib ki, bu kimi çıxışlar onun sülhə zidd mövqeyinin göstəricisidir: “Tramp hələ də seçki ab-havasından çıxmayıb. Məsləhətçiləri ona xatırlatmalıdır ki, təbliğat xarakterli hərəkətlərin ölkələrin iradəsinə heç biri təsiri yoxdur”.

    Muxalifet2 - 20-09-2017

  12. “Turan” MÜƏMMASI... NƏ BAŞ VERİR?

    Sentyabrın 19-da “Turan” informasiya agentliyi Vergilər Nazirliyindən elektron məktub alıb. Agentliyin verdiyi xəbərə görə, 11 sentyabr tarixli həmin məktubda avqus  ayında agentliyə qarşı başlanmış istintaqa xitam verildiyi bildirilir.
     

    Muxalifet - 20-09-2017

  13. ​"Barselona" Arda Turana fantastik qiymət qoydu - SİYAHI

    Neymarın 222 milyon avroya PSJ-yə keçidinə əngəl ola bilməyən "Barselona" futbolçularının sərbəst qalma qiymətlərini yeniləyib.
    Həmin siyahını təqdim edirik:
    Serxio Buskets - 40 milyon avro
    Serj Robertor - 40 milyon avro
    Samuel Umtite - 60 milyon avro
    Lukas Digne - 60 milyon avro
    Casper Killessen - 60 milyon avro
    Andre Qomes - 100 milyon avro
    Nelson Samedo - 100 milyon avro
    Xavyer Maskerano - 100 milyon avro
    Pako Alkaker - 100 milyon avro
    Arda Turan - 125 milyon avro
    Jordi Alba - 150 milyon avro

    Muxalifet2 - 20-09-2017

  14. Kreml vətəndaşları necə dinləyirdi? – “Vikiliks” hakimiyyəti İFŞA ETDİ

    Məşhur "Vikiliks" portalı Rusiyanın “Piter-Servis” şirkəti haqqında sənədlər seriyasını dərc edib.
    Publika.az xəbər verir ki, sənədlərdə şirkətin hakimiyyətə rusiyalıları izləməyə kömək etdiyi göstərilir.
    “Piter-Servis” şirkəti Rusiyada mobil telekommunikasiya şəbəkəsi üçün proqram təminatının əsas təchizatçısıdır. Şirkət “Rostelekom”, “Qazprom telekom”, MTS, “MeqaFon”, “Yota”, MTT, “Vodafone” və başqa böyük şirkətlərin müştərisidir. “Vikiliks”in məlumatına görə, şirkət onlara ölkə vətəndaşlarını izləməyə kömək edərək Rusiya hakimiyyəti ilə əməkdaşlıq edir.

    Muxalifet2 - 20-09-2017

  15. Qacarlar sülaləsinin 51 yaşlı şahzadəsi tapıldı

    Altı ay əvvəl İngiltərədə itkin düşmüş milyarder Ariane Lak İtaliyanın Milan şəhərində tapılıb.
     
    İngilis mediası Ariane Lakini İranda uzun müddət hakimiyyətdə olmuş Qacarlar nəslinin nümayəndəsi kimi təqdim edir.
    İtkin düşmüş şahzadənin ailəsi onu tapmaq üçün xüsusi detektivlərlə müqavilə bağlayıb. Məlumata görə, şahzadə Milanda tapılsa da, onu tanımaq çətin olub. Detektivlər onu geyimi olduqca çirkli, yaddaşı itmiş və qəzəbli halda tapıblar.

    Muxalifet - 20-09-2017

  16. BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
    APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
    Qeyd edək ki, Milli Şura sentyabrın 23-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.
     

    Muxalifet2 - 20-09-2017

  17. Rusiyadan Bərzaninin referendum qərarına REAKSİYA

    Rusiya İraqın ərazi bütövlüyünü dəstəkləyir.
     
    Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov İraq Kürdüstanında sentyabrın 25-ə planlaşdırılan müstəqillik referendumunu şərh edərkən deyib.
    Dmitri Peskov referendumun nəticələrini Rusiyanın tanıyıb-tanımayacağı sualını cavabsız qoyub.
    Qeyd edək ki, sentyabrın 25-də Məsud Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirməyə hazırlaşır./teleqraf.com

     

    Muxalifet - 20-09-2017

  18. Keçmiş deputatın oğlunun şikayəti təmin edilməyib

    Sentyabrın 20-si Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.
    Azadlıq radiosunun məlumatına götə bu barədə Ə.Salahzadənin yaxınları məlumat veriblər
    Onların demələrinə görə, məhkəmə Ə.Salahzadə barəsində həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

    Muxalifet2 - 20-09-2017

  19. Barselonada etirazlar başladı: İspaniyaya mesaj - Foto

    Kataloniyalılar İspaniya polisinin keçirdiyi axtarış və həbs əməliyyatlarına qarşı Barselonada etiraz aksiyalarına başlayıb.
    Axar.az xəbər verir ki, etirazçılar Kataloniya hökumətinə məxsus Maliyyə Nazirliyinin binasının önündə toplaşaraq müstəqillik şüarları səsləndiriblər.
    Aksiyaçıların üzərinə “İspaniya, problemin budurmu?” yazılmış seçki qutusunu daşıması diqqət çəkib.
    Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirməyi planlaşdırır. İspaniya bu səbəbdən ötən gün muxtariyyətin bütün maliyyə qaynaqlarına həbs qoyub.

    Muxalifet2 - 20-09-2017

  20. "Çudo Peçka"nın sahibi məhkəməyə müraciət etdi

    Bir müddət əvvəl həbs edilmiş iş adamı, “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov məhkəməyə müraciət edib.
    APA-nın məlumatına görə, Ç. Cəlilov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Onun müraciətinə yaxın günlərdə baxılacaq.

    Muxalifet2 - 20-09-2017

Pages