Əri tərəfindən döyülən qadın xəstəxanalıq oldu – GƏNCƏDƏ
21-09-2017 08:50

Gəncə sakini döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Nəsirova Xəzangül Ələddin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə qadın ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.