Axtarış

The search found 105783 results in 0.025 seconds.

Search results

  1. Ziya Məmmədovun bacısı işdən çıxarıldı - AÇIQLAMA

    Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb.
     
    Axar.az-ın əldə etdiyi məlumata əsasən, hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir.
    Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar.
    Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.

    Muxalifet - 20-09-2017

  2. Ərdoğan BMT-ni “düzəltmək” istəyir

    BMT Təhlükəsizlik Şurasında islahatlar keçirmək lazımdır.
     
    Bu sözləri BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvlərini 20-yə çatdırmaq vacibdir:

    Muxalifet - 20-09-2017

  3. Saakaşvili: “Poroşenkonun nağd pul anbarı var”

    Ukrayna Prezident Administrasiyasının binasında Pyotr Poroşenkonun nağd pulla dolu olan anbarı var.
    Axar.az xəbər evrir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilli deyib.
    “Adminstrasiyanın birinci mərtəbəsində pul ilə dolu anbar saxlanılır. Onları saxlamaqda əsas məqsəd deputatları rüşvətlə almaqdır. Mənim əsas problemim ölkəni məhv edən oliqarxlardır”, – deyə o bildirib.

    Muxalifet2 - 20-09-2017

  4. "Rusiya Qarabağdakı hiyləsini burda işlətməsin" - LİTVA

    Rusiyanın Ukraynanın şərqindəki separatçılarla Ukrayna ordusu arasında sülhməramlılar yerləşdirməsi təklifi qəbuledilməzdir.
     
    Bunu jurnalistlərə açıqlamasında Litva prezidentinin müşaviri Neriyus Alekseyunas söyləyib.

    Muxalifet - 20-09-2017

  5. Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
    APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
    Qeyd edək ki, Milli Şura sentyabrın 23-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.
    Beləki bir müddət əvvəl AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

    Muxalifet2 - 20-09-2017

  6. Avropa Birliyindən kürdlərə referendum çağırışı

    Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırır.
     
    Bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.
    “Avropa Birliyinin İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıram. Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”, - Moqerini bildirib.
    Xanım siyasətçi həmçinin məsələnin Bağdadla ŞİKM arasında sülhməramlı dialoqlar çərçivəsində həll edilməli olduğunu qeyd edib.

    Muxalifet - 20-09-2017

  7. Mikayıl Cabbarov Federasiya prezidenti seçildi

    Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.
    Tədbirdə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

    Muxalifet2 - 20-09-2017

  8. Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

    RT telekanalının əməkdaşlar Bağdadda sığınacaqların birində ehtimala görə valideynləri İŞİD tərəfindən döyüşən iki azərbaycanlı uşaq tapıblar.
    İki yaşlı Xədicə və üç yaşlı Abdulla özləri haqqında heç nə deyə bilmirlər. Amma danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

    Muxalifet2 - 20-09-2017

  9. Kürdlərin referendumu baş tutarsa... – TÜRKİYƏNİN İRAQ PLANI

    Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı tədbirlər planını 22 sentyabrda keçiriləcək Milli Təhlükəsizlik komitəsi və Nazirlər Kabinetinin iclasında müzakirə edəcək.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin “Təqvim” qəzeti yazıb. Nəşrin məlumatına görə, gündəmdə bir çox məsələlər dayanır:
    Baş konsulluğun bağlanması
    Türkiyə referenduma etiraz olaraq Ərbildə yerləşən Baş Konsulluğunu bağlaya bilər.
    Habur

    Muxalifet - 20-09-2017

  10. Жириновский назвал срок окончания «эпохи Путина»

    Лидер ЛДПР Владимир Жириновский в эфире радиостанции «Эхо Москвы» заявил, что «эпоха Путина» закончится в 2030 году.
     
    По его словам, некие «они» (кто именно — он уточнять отказался) сказали ему об этом еще 10 лет назад: «Мы до 2030 года».
     
    Дальнейшие перспективы России Жириновский описал следующим образом: «Путин с 2018-го по 2024-й и потом условно Медведев на один срок 6 лет. Все. И на сдачу: «Пожалуйста, теперь управляйте».

    Muxalifet - 20-09-2017

  11. Məhkəmə son söz üçün Akif Çovdarova vaxt verdi

    Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
    APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkilləri Kamandar Nəsibov və Şahin Rəfiyev çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyiblər.

    Muxalifet2 - 20-09-2017

  12. Сanavarlar Daşkəsənə hücüm edib: 34 qoyun, 1 inək tələf olub

    Kənd sakinləri tüfənglə canavar ovuna çıxıblar
     
    Daşkəsən rayonunda canavarlar kəndə hücumk edib, 34 qoyun və 1 inək tələf olub.
    Rayonun Təzəkənd kəndində yerləşən otlaq sahədə canavarlar mal-qaraya hücüm ediblər.

    Muxalifet - 20-09-2017

  13. Tramp: “Türkiyəyə minnətdarıq”

    Biz İordaniyaya, Türkiyəyə və Livana suriyalı qaçqınlara sığınacaq verdiklərinə görə minnətdarıq.
    Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib. O, həmçinin, Avropadakı miqrasiya böhranına Suriya konfliktinin uzanmasının səbəb olduğunu bildirib.
    Qeyd edək ki, Suriya konflikti 2011-ci ildən bu yana davam edir.

    Muxalifet2 - 20-09-2017

  14. Məşhur komandanın məşq meydanında bomba tapıldı

    Almaniyanın Bundesliqa komandalarından olan "Ştutqart"ın məşq meydançasında bomba həyəcanı yaşanıb.
    Publika.az xəbər verir ki, məşq meydançasında 50 kiloluq bomba tapılıb.
    Partlayış təhlükəsi olduğu üçün meydança və ətrafındakı 200 metrlik ərazi tamamilə boşaldılıb.
    Bombanın II Dünya müharibəsi zamanı Amerikaya aid hərbi təyyarələrdən şəhərə atıldığı açıqlanıb.

    Muxalifet2 - 20-09-2017

  15. Moskvada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ

    Rusiyada azərbaycanlı qətlə yetirilib.
     
    Hadisə dünən Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib.
    Həmyerlilərimizin criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir.
    Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib.

    Muxalifet - 20-09-2017

  16. London metrosunda partlayışla əlaqəli daha iki şübhəli həbs edildi

    Keçən həftə London metrosunda 30 nəfərin xəsarət almasına səbəb olan bomba partlayışı ilə əlaqəli daha iki şübhəli şəxs həbs edilib.
    Britaniya polisi deyir ki, 48 və 30 yaşlı iki kişi şübhəli qismində Uelsin Nyuport şəhərində həbs edilib. Digər iki şübhəli - 18 yaşlı iraqlı qaçqın və 21 yaşlı suriyalı həftə sonu saxlanılıblar. Hələlik saxlanılanların heç birinə rəsmi ittiham irəli sürülməyib.
    Evdə hazırlanmış bomba pik saatlarında Parsons Garden metro stansiyasında qismət partlamışdı.

    Muxalifet2 - 20-09-2017

  17. Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO

      Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub.
     
    Qafqazinfo.az xəbər verir ki, hadisə 2 gün öncə baş verib.
    Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb.
    Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.
    Qeyd edək ki, Kamilin qardaşı Ramil Yusubov da hazırda Azərbaycan sərbəst güləş millisinin üzvüdür. Ramil son Azərbaycan çempionatında bürünc medal qazanıb.

    Muxalifet - 20-09-2017

  18. 7 yaşlı qızı öldürən şəxs edam olundu - İRANDA

    İranın Ərdəbil vilayətinin Parsabad şəhərində 7 yaşlı qızı öldürən şəxs yerli sakinlərin gözü qarşısında edam olunub.
    APA-nın Tehran bürosunun məlumatına görə, Atina Aslanini öldürən 40 yaşlı İsmayıl Rəngrəz məhkəmənin hökmü ilə asılıb.
    Qeyd edək ki, A. Aslani iyulun 19-da atasının işlədiyi dükana gedərkən itkin düşüb. 20 gün sonra onun cəsədi qatilin evinin ərazisində - avtomobil saxlanılan yerdə doğranmış vəziyyətdə tapılıb. Qatil cəsədi çəlləyin içərisində gizlədib.
    Qatil 14 gün cinayəti inkar etsə də, sonradan cəsədin yerini göstərməyə razılıq verib.

    Muxalifet2 - 20-09-2017

  19. Rusiyanın buna cürəti çatmaz - RASMUSSEN

    Moskvanın Avropa və Şimali Amerika ölkələrinə hücum etməyə cəsarəti çatmaz.
    Axar.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
    Rasmussenin sözlərinə görə, alyans ölkələrindən istənilən birinə hücum edəcəyi təqdirdə Rusiya qırmızı xətti keçəcək. Bu isə NATO ölkələrini istəməsələr belə cavab tədbirləri görməyə vadar edəcək.

    Muxalifet2 - 20-09-2017

  20. ​Türkiyənin baş nazir müavini: “Dağlıq Qarabağla bizim görüşümüz dəqiq və netdir”

    “Azərbaycan və Türkiyə həm dost, həm də qardaş, iki ayrı dövlət ancaq tək millətdir. Hazırda Azərbaycanla çox güclü bağlantılarımız var”.
    Bu sözləri Türkiyənin baş nazir müavini Musavat.com-a açıqlamasında bildirib. Baş nazir müavini iki ölkənin prezidnetləri arasındakı dostluq əlaqələrinə də toxunub:

    Muxalifet2 - 20-09-2017

Pages